Bu ay 10 gün iş olmayacaq - Ardıcıl istirahət günləri gözlənilir
Azərbaycanda iyun ayında vətəndaşları əlavə istirahət günləri gözləyir.
Nazirlər Kabinetinin qərarları və əmək qanunvericiliyinə uyğun olaraq iyunda ümumilikdə 10 qeyri-iş günü olacaq.
Belə ki, 15 İyun - Milli Qurtuluş Günü və 26 İyun - Silahlı Qüvvələr Günü qeyri-iş günləri hesab edilir. Bu il 15 iyun bazar ertəsi, 26 iyun isə cümə gününə təsadüf edir.
Rəsmi bayramlarla yanaşı, ay ərzində şənbə və bazar günləri də istirahət günləri olacaq. Beləliklə, iyunun 6, 7, 13, 14, 20, 21, 27 və 28-i qeyri-iş günləri kimi qeyd ediləcək.
Nəticədə iyun ayında qeyri-iş günlərinin ümumi sayı 10-a çatacaq.
Bundan əlavə, bayram günlərinin həftəsonu ilə ard-arda düşməsi səbəbindən vətəndaşlar üçün iki dəfə ardıcıl üç günlük istirahət imkanı yaranacaq. Belə ki, 13, 14 və 15 iyun tarixləri, eləcə də 26, 27 və 28 iyun tarixləri ardıcıl qeyri-iş günləri olacaq.
Beləliklə, iyun ayında həm dövlət bayramları, həm də həftəsonları nəzərə alınmaqla vətəndaşlar ümumilikdə 10 gün istirahət edəcəklər.//Trend
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
"Leobank" kütləvi şikayət atəşinə tutuldu
Prezident açılışdan sonra sükan arxasına keçdi - Video
Müğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı
1,5 metrlik nəhəng balıq bazarda satışa çıxarıldı - görənlər təəccübləndi - VİDEO
Badamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər
"Bank of Baku"dan ŞİKAYƏT VAR
Tələbələri təhdid edən oğlan universitetdən qovuldu - Açıqlama
Balaəli Xosrov Maştağalıya butulka atıb? - Dostundan açıqlama
Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - FOTO
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO