Gənc qız anasının illərlə ona psixoloji travma yaşatdığını iddia edib: "Evdən qaçacağam"
Sosial şəbəkələrdə yayılan video geniş rezonans doğurub. Fiziki məhdudiyyətli gənc qız anasının illərdir ona qarşı laqeyd davrandığını, psixoloji təzyiq göstərdiyini və uşaqlıqdan etibarən ağır travmalar yaşatdığını iddia edib.
Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, videoda göz yaşları içində danışan gənc qız bildirib ki, anası alkoqol asılılığından əziyyət çəkir və onun uşaqlıq illəri ciddi problemlər içində keçib. O, 8 yaşından etibarən anasının şəxsi münasibətləri səbəbindən özünü narahat və təhlükəsiz olmayan mühitdə hiss etdiyini söyləyib.
Gənc qızın sözlərinə görə, anası ona heç vaxt kifayət qədər sevgi və qayğı göstərməyib. O, həyatında bir dəfə belə səmimi şəkildə "səni sevirəm" sözünü eşitmədiyini və anasının ona qucaq açmadığını iddia edib.
Qız həmçinin bildirib ki, 1,5 yaşında ikən yaşadığı ağır qəza nəticəsində bədəninin sağ tərəfi zədələnib və bu səbəbdən fiziki məhdudiyyətlə yaşayır. Onun sözlərinə görə, həm sağlamlıq problemləri, həm də ailədaxili münasibətlər səbəbindən uzun illər çətinliklərlə üzləşib.
Videoda evdə artıq özünü təhlükəsiz hiss etmədiyini vurğulayan gənc qız çıxış yolunu evdən uzaqlaşmaqda gördüyünü deyib. O, gələcəyi ilə bağlı narahatlığını ifadə edərək insanlardan dəstək və yardım istəyib.
Sosial mediada geniş müzakirələrə səbəb olan görüntülərdən sonra aidiyyəti qurumların məsələyə münasibət bildirəcəyi və səsləndirilən iddiaların araşdırılacağı gözlənilir. Hazırda videoda yer alan şəxslərin kimliyi və hadisənin hansı bölgədə baş verdiyi ilə bağlı rəsmi məlumat açıqlanmayıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
"Leobank" kütləvi şikayət atəşinə tutuldu
Prezident açılışdan sonra sükan arxasına keçdi - Video
Müğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı
1,5 metrlik nəhəng balıq bazarda satışa çıxarıldı - görənlər təəccübləndi - VİDEO
Badamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər
"Bank of Baku"dan ŞİKAYƏT VAR
Tələbələri təhdid edən oğlan universitetdən qovuldu - Açıqlama
Balaəli Xosrov Maştağalıya butulka atıb? - Dostundan açıqlama
Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - FOTO
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO