"Kişilər avtomobili yoxlatmağa daha həvəslidir, nəinki öz sağlamlığını" - Sosioloqdan AÇIQLAMA
"Qadınların kişilərdən daha uzunömürlü olması tək Azərbaycanda yox, demək olar ki, bütün dünyada müşahidə olunan bir tendensiyadır və bunun həm bioloji, həm də sosial səbəbləri var. Bioloji baxımdan qadınların hormonal sistemi müəyyən üstünlüklər yaradır. Bu, bilinən bir faktdır ki, estrogen hormonu ürək-damar xəstəliklərinə qarşı orqanizmin davamlılığını artırır. Bundan əlavə, genetik tədqiqatlar göstərir ki, iki X xromosomuna sahib olmaq bəzi xəstəliklərə qarşı əlavə müdafiə mexanizmi formalaşdıra bilir".
Bu sözləri Sonxeber.az-a sosioloq Yusif Nəbiyev danışıb.
O, açıqlamasında qeyd edib ki, məsələni yalnız biologiya ilə izah etmək düzgün olmaz:
"Məlum məsələdir ki, insan ömrü laboratoriyada yox, məhz cəmiyyətin içində keçir. Ona görə də burada həyat tərzi amilləri çox ciddi rol oynayır. Bir çox cəmiyyətlərdə kişilik güclü olmağı şərtləndirir. Bu isə öz arxasında risk almaq, emosiyaları gizlətmək və köməyə ehtiyac duymadığını nümayiş etdirmək kimi davranışları gətirir. Cəmiyyət kişilərdən daim "güclü olmağı" tələb edir, amma bu güc nümayişinin sağlamlıq üzərindəki bədəli ağır olur. Bu psixologiyanın nəticəsidir ki, kişilər həkimə daha gec-gec gedirlər, psixoloji yardıma ehtiyac duyduqda bunu daha az paylaşır və büruzə verirlər. Nə qədər qəribə səslənsə də, kişilər üçün avtomobillərini texniki baxışa aparmaq daha asan görünür, nəinki profilaktik müayinəyə getmək və ya hansısa psixoloqa baş çəkmək. Paradoks isə ondadır ki, uzun müddət yaşamaq üçün insanın hər zaman güclü görünməsi yox, lazım gəldikdə zəif olduğunu və ya köməyə ehtiyacının olmasını da etiraf edə bilməsi vacibdir. Bundan əlavə, statistik göstəricilərə əsaslansaq, deyə bilərik ki, siqaret və alkoqol istifadəsi kimi zərərli vərdişlərə meyl də kişilər arasında daha yüksək yayılmışdır. Həmçinin daha təhlükəli və zərərli iş mühitlərində də kişilərin sayı qadınlarınkından qat-qat çoxdur".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 594 Tarix: 01 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq
"TələbəPlus" vasitəsilə tələbələrə yeni üstünlük təqdim olunub. "Qafqazinfo" xəbər verir ki, belə ki, artıq tələbələr "BakıKart" üzrə gediş haqqını "TələbəPlus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. Bonus həm fiziki "TələbəPlus" kartı, hə
16 sentyabrSabahın hava proqnozu: Bakıda 29 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-23 isti, gündüz 25-2
18 sentyabrBakıda evli kişi 14 yaşlı qızı qaçırdı
Binəqədi Rayon Məhkəməsində 14 yaşına çatmış, lakin 16 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmədə təqsirləndirilən Kərim Kərimovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. -a istinadən xəbər verir ki, hakim Aytəkin İbrahimovanın sədrliyi ilə keçirilə
17 sentyabrAZAL Bakıdan Aktöbəyə ilk reysini həyata keçirib (FOTO)
"Azərbaycan Hava Yolları" (AZAL) QSC Qazaxıstanın Aktobe şəhərini marşrut şəbəkəsinə əlavə edərək bu istiqamət üzrə ilk uçuşunu həyata keçirib. Bu barədə -a səhmdar cəmiyyətindən bildirilib. Yeni marşrutun açılması ilə aviaşirkətin Qazaxıstanda uçuş həyata keçirdiyi şəhərlərin sayı altıya çatıb
17 sentyabrAlla Axundova vəfat etdi
Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Azərbaycan SSR Əməkdar incəsənət xadimi, ssenarist, şair, tərcüməçi Alla Axundova vəfat edib. xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin sədri Abuzər Bağırov məlumat verib. Qeyd edək ki, Alla Axundova 1939-cu ildə Moskvad
17 sentyabrBakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi
Bakıda yetkinlik yaşına çatmayan şəxslə münasibətdə olan 18 yaşlı oğlan cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"ya istinadla xəbər verir ki, bir müddət əvvəl Binəqədi rayonu Xocasən qəsəbə sakini, 14 yaşı hələ tamam olmamış Z.Abdulovanın (ad və soyad şərtidir) hamilə olması müəyyənləşib
18 sentyabrŞəxsiyyət vəsiqəsində ANA ADI yazılmalıdır? - AÇIQLAMA
Hazırda şəxsiyyət vəsiqəsində valideynlərə dair məlumatların necə əks etdirilməsi məsələsi cəmiyyətdə müzakirə olunan mövzulardan biridir. Həm ata, həm də ana adının sənəddə göstərilməsi uşağın hər iki valideyni ilə bağlı məlumatların eyni formada təqdim olunması baxımından yeni yanaşma kimi qiymətləndiril
17 sentyabrTahir Gozal bu bankın prezidenti oldu
"Azərbaycan Sənaye Bankı" ASC-nin Müşahidə Şurasının sədri dəyişib. "APA-Economics"ə istinadən xəbər verir ki, Tahir Gozal bankın Müşahidə Şurasının yeni sədri seçilib. O, bu vəzifədə qardaşı Əhməd Gozalı əvəz edib. Əhməd Gozal 2022-ci ildən "Azərbaycan Sənaye Bankı"nı
18 sentyabrAzərbaycanda zəlzələ oldu
Saatlı stansiyasından 25 km cənubda İmişli rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yeraltı təkanın maqnitudası 3.1, dərinliyi isə 43 km olub. Zəlzələ hiss edilməyib
16 sentyabr