Bu qaydanı bilməyənlər daha çox cərimə ödəyir
Cari İnzibati Xətalar Məcəlləsi 2016-cı il martın 1-dən qüvvəyə minib. Həmin vaxt balla qiymətləndirilən inzibati xətaların sayı 14 idi və ümumi bal sistemi 54 baldan ibarət idi.
Milli.Az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının ilk iclasında deputat Kamal Cəfərov məlumat verib.
Onun sözlərinə görə, 2016-cı ildə sürücülər sistemdə mövcud olan bütün balların təxminən 37 faizini - yəni 20 balı topladıqda sürücülük hüququnu 6 aylıq itirirdilər. Bu mexanizm o dövrün şərtlərinə uyğun şəkildə tənzimlənmişdi:
"Lakin son 10 il ərzində yol hərəkəti qaydalarında və mikromobillik sahəsində aparılan dəyişikliklər nəticəsində həm pozuntuların sayı, həm də balla qiymətləndirilən inzibati xətaların miqyası artıb. Belə ki, bu dövrdə balla ölçülən xətaların sayı 14-dən 27-yə, ümumi bal isə 54-dən 91-ə yüksəlib. Bu da deməyə əsas verir ki, sürücülərin risk zonası və məsuliyyət dairəsi genişlənib, amma cəza limiti olduğu kimi qalıb.
Hazırkı vəziyyətdə isə sürücülər sistemdəki ümumi balların cəmi 22 faizini toplamaqla sürücülük hüququnu itirirlər. Halbuki 2016-cı ildə bu göstərici 37 faiz idi".
Deputat qeyd edib ki, əvvəlki 37 faizlik nisbətin qorunması üçün riyazi baxımdan limitin 34 bala qaldırılması lazım gələrdi. Bununla belə, cəzanın çəkindirici təsirini və mütənasibliyi saxlamaq məqsədilə daha ehtiyatlı yanaşma təklif edilir: 20 ballıq limitin 30 bala qaldırılması və ya aşağı riskli, infrastruktur xarakterli pozuntulara görə yalnız cərimə tətbiq olunması. Onun sözlərinə görə, bir çox ölkələrdə də oxşar yanaşmalar mövcuddur.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 765 Tarix: 06 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Əhdiman və dostu sərbəst buraxıldı
Sosial şəbəkələrdə pornoqrafik xarakterli videomateriallar yaymaqda şübhəli bilinən Əhdiman Osmanov və tanışı Həsən Əliyev istintaq müddətində polisin nəzarəti altında qalmaqla sərbəst buraxılıblar. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, hər iki şəxs sərbəst buraxılsala
16 sentyabrMetro istifadəçilərinə ŞAD XƏBƏR - Tarix açıqlandı
"AZCON Holding" şirkətlərindən olan "Bakı Metropoliteni" QSC-nin "qırmızı xətti"nin "Həzi Aslanov" stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işlərində son mərhələ başlanıb. xəbər verir ki, yenidənqurma işləri təxminən 280 metrlik sahədə üç mərhələ üzr
17 sentyabrUNEC-ə gedən yoldakı təmir tələbələrə çətinlik yaratdı - Açıqlama - Video
Sosial şəbəkələrdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ikinci tədris binasının qarşısında tikinti işlərinin getməsi və ali təhsil müəssisəsinə gedən tələbələrin çətinliklə üzləşməsi ilə bağlı görüntülər yayılıb. "Qafqazinfo" məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlə
16 sentyabrƏhali sayı 10,2 milyona çatdı: Doğum və nikah göstəriciləri aşağı düşdü
Ölkə əhalisinin sayı ilin əvvəlindən 14215 nəfər və ya 0,14 faiz artaraq 2026-cı il avqust ayının 1-i vəziyyətinə 10276566 nəfərə çatıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri, 49,8 faizini kişilər
17 sentyabrAZAL Bakıdan Aktöbəyə ilk reysini həyata keçirib (FOTO)
"Azərbaycan Hava Yolları" (AZAL) QSC Qazaxıstanın Aktobe şəhərini marşrut şəbəkəsinə əlavə edərək bu istiqamət üzrə ilk uçuşunu həyata keçirib. Bu barədə -a səhmdar cəmiyyətindən bildirilib. Yeni marşrutun açılması ilə aviaşirkətin Qazaxıstanda uçuş həyata keçirdiyi şəhərlərin sayı altıya çatıb
17 sentyabrQarabağın yeni reallıqları beynəlxalq diplomatik korpusun gözü ilə
Sentyabrın 11-12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri regionda postmünaqişə reallıqlarının beynəlxalq diplomatik dairələr tərəfindən yerində müşahidə olunması baxımından diqqət çəkən hadisəyə çevrildi. İki gün davam edən səfərdə 58 ölkən
17 sentyabrTələbələri təhdid edən oğlan universitetdən qovuldu - Açıqlama
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) birinci kurs tələbələri ilə bağlı sosial mediada paylaşılan videoya münasibət bildirib. "Qafqazinfo"nun məlumatına görə, açıqlamada qeyd olunub ki, sosial şəbəkədə yayılan video ADMİU rəhbərliyi tərəfindən araşdırılıb. Sözügedə
16 sentyabr