Ölkədə məktəblər sentyabrın 1-i başlayacaq? - Məsələ GÜNDƏMDƏ

Ölkədə məktəblər sentyabrın 1-i başlayacaq? - Məsələ GÜNDƏMDƏUzun müddətdir müzakirə olunan məsələlərdən biri də dərslərin 1 sentyabrda başlayıb 25 mayda başa çatdırılması ilə bağlıdır. Bir çox valideyn hesab edir ki, iyun ayında havaların isti keçməsi uşaqların dərs prosesində çətinlik çəkməsinə səbəb olur.

Tədris ilinin əvvəlki qaydada təşkil olunması və dərslərin yenidən köhnə cədvəl üzrə keçirilməsi mümkündürmü?

Globalinfo.az-a danışan əməkdar müəllim, keçmiş deputat Sona Əliyeva Azərbaycanda dərs ilinin 15 sentyabrda başlayıb 14 iyunda bitməsi məsələsinə yenidən baxmaq olar deyib:

"Çünki valideynlərin iyun ayı ilə bağlı narahatlığı reallığa əsaslanır. Yüksək temperatur uşağın diqqətinə, yaddaşına və dərsi qavramasına təsir edir. Elmi araşdırmalar da göstərir ki, isti sinif otaqlarında öyrənmə keyfiyyəti aşağı düşür. Uşaqlar daha tez yorulur, diqqəti dağılır. Lakin sentyabr ayının əvvəli də iyun ayı qədər isti keçir. Odur ki, bu dəyişikliyin effektiv olacağını güman etmirəm".

Sona Əliyeva bildirib ki, indiki dərs təqvimi ilə tədris 34 həftədir:

"1 sentyabr-25 may modelində tədris müddəti 32-33 həftəyə qədər qısalır. Lakin belə olan halda dərs saatlarının sayı artacaq ki, bu da uşaqlar üçün əlavə yükdür. Yəni çevik model kimi çox isti aran rayonlarında tədris ilinin müddətində və ya dərs saatlarında dəyişiklik ola bilər. Hər bir halda isə daha doğru olan fənn kurikulumlarının sadələşdirilməsidir. Şagird özünü daim ağır dərs proqramının təzyiqi altında hiss edəcəksə, məktəbə həvəssiz gedəcək. Odur ki, əsas məqsəd uşağın sağlam, rahat və öyrənə bildiyi məktəb mühitini yaratmaq olmalıdır. Təhsil təqvimi də bu reallığa uyğun qurulmalıdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1030   Tarix: 06 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rəşid Mahmudovun evində partlayış baş verib?

Sosial şəbəkələrdə tanınmış həkim, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudovun evində qaz partlayışı baş verməsi ilə bağlı iddialar yayılıb. xəbər verir ki, paylaşımlarda iddia olunub ki, parlayış həkimin Badamdarda yerləşən evində baş verib. Məsələ ilə bağlı Rəşid Mahmudovla əlaqə saxladıq. Həki

17 noyabr
.

Deputat Ağalar Vəliyevin oğluna məxsus "Kristal Bakı" vətəndaşları aldadır?

Ölkənin aparıcı tikinti şirkətlərindən biri olan "Kristal Bakı" ASC (VÖEN - 3103396091) satışa çıxardığı mənzilləri alıcılara fərqli qiymətlərlə təqdim edir. "Real Azərbaycan" xəbər verir ki, şirkətin rəsmi saytı - " vasitəsilə satışa çıxarılan mənzillərin aylıq ödəniş məbləğlər

16 noyabr
.

Bu ərazilərə qar yağır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində qeyri-sabit yağıntılı və küləkli hava şəraiti davam edir. Bəzi dağlıq ərazilərdə - Altıağac, Xınalıq, Qrız, Quba, Qusar, Şahdağ, Kəlbəcər, Laçın və Qubadlıda arabir qa

16 noyabr
.

"Mahal MTK"da rüşvət və özbaşınalıq - Müştəriləri belə aldadırlar

Sumqayıt şəhərində fəaliyyət göstərən "Mahal MTK" tərəfindən tikilib sakinlərə təhvil verilməli olan mənzillərlə bağlı ciddi problemlər yaranıb. Tikinti şirkətinin qanunsuz tələbləri və vədlərinə əməl etməməsi vətəndaşların haqlı narazılığına səbəb olub. Məlumata görə, "Mahal MTK"

16 noyabr
.

Gürcüstanda azərbaycanlı gəncin meyiti tapıldı

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda faciəvi hadisə baş verib. "Qafqazinfo" yerli mediaya istinadən xəbər verir ki, rayonun Təzəkənd kənd sakini 26 yaşlı Emil Məmmədovun meyiti yaşadığı evdə tapılıb. Onun ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə Gürcüstanı

16 noyabr
.

Mediaya ayrılan pul çox azdır - Deputat

Mediaya ayrılan pul çox azdır. xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2027-ci ilin dövlət büdcəsi zərfinin müzakirəsində deputat Hikmət Babaoğlu deyib. Deputat bildirib ki, düşüncəni, milli düşüncə platformasının keyfiyyətini təyin edən mediadır, televiziyalardır, televiziy

16 noyabr
.

Milli kimliyin qorunması, Azərbaycan həqiqətlərinin təbliği və informasiya təhlükəsizliyinin strateji əhəmiyyəti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli radio və televiziya yayımının yubileyi münasibətilə televiziya və radio işçilərinə ünvanladığı müraciət ölkəmizin informasiya siyasətinin prioritetlərini, milli-mənəvi dəyərlərin qorunmasının əhəmiyyətini və teleradionun dövlətçilik tariximizdək

16 noyabr
.

Saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, aşağıdakı hallardan biri olduqda saatlıq əməkhaqqı müəyyən ediləcək:

17 noyabr
.

Milli Məclis gələn ilin büdcə zərfini I oxunuşda müzakirə edir

Milli Məclisin bu gün keçirilən plenar iclasında gələn ilin büdcə zərfi, o cümlədən "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 38 milyard 518 milyo

16 noyabr