İş müsahibələrində qıcıqlandırıcı suallar: Namizədlər hansı hallarda stresə düşürlər? - VİDEO
İş üçün müraciət edən şəxslər müsahibə zamanı bəzən "Sizi niyə işə götürməliyik?", "Azyaşlı övladlarınız varmı?", "Stres altında işləməyi bacarırsınızmı?" kimi gözlənilməz və bəzən şəxsi həyata toxunan suallarla qarşılaşırlar. Müsahiblər bildirirlər ki, bir çox hallarda iş görüşmələrində vakansiya ilə birbaşa əlaqəsi olmayan, qıcıqlandırıcı hesab edilən suallar namizədlərdə çaşqınlıq yaradır.
Sonxeber.az "Xəzər" TV-yə istinadən xəbər verir ki, işaxtaranlar xüsusilə "Nəyə görə məhz biz?" və ya "Beş il sonra özünüzü harada görürsünüz?" kimi sualların onları çaşdırdığını və bəzən narahat etdiyini qeyd edirlər.
Namizədlər hesab edirlər ki, işəgötürənlər ilk növbədə şəxsin potensialına və keyfiyyətlərinə baxıb, ona sınaq müddəti verməlidirlər.
İnsan Resursları üzrə mütəxəssis Röyal Əhmədovun sözlərinə görə, bəzi müsahibələrdə işəgötürənlərin namizədlərə ünvanladığı qəribə suallar şirkət haqqında mənfi təəssürat formalaşdırır:
"Namizədin şəxsi keyfiyyətlərinin şirkətə uyğunluğunu yoxlamaq üçün müəyyən suallar verilə bilər, lakin bunların üslubu və mahiyyəti çox önəmlidir. Evli olması, övladının olması, kirayədə yaşaması və ya gələcək şəxsi planları ilə bağlı suallar doğru ünvanlanmadıqda müsahibə prosesini poza bilər. Məsələn, birbaşa "stresə davamlısınızmı?" deyə soruşmaq əvəzinə, daha düzgün istiqamətləndirilmiş suallar seçilməlidir".
Mütəxəssis bildirir ki, inkişaf etmiş ölkələrdə namizədin inancı, cinsiyyəti, yaşı və ya ailə vəziyyəti ilə bağlı suallar verilməməsinə xüsusi diqqət yetirilir. Bu tip sualların qanunvericiliyin tələblərinə zidd olduğu və iş mühitinə zərər vurduğu vurğulanır.
Röyal Əhmədov qeyd edir ki, iş müsahibəsi təkcə namizədin yoxlanılması deyil, həm də şirkətin özünü təqdimetmə prosesidir:
"Aqressiv və qıcıqlandırıcı suallar namizəddə stres yaradır, özünəinamı azaldır və şirkətlə bağlı mənfi düşüncə formalaşdırır. Düzgün qurulan müsahibə hər iki tərəfin bir-birini daha yaxşı tanımasına imkan yaradır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"
"Leobank" kütləvi şikayət atəşinə tutuldu
Prezident açılışdan sonra sükan arxasına keçdi - Video
Müğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı
Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər
Badamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
"Bank of Baku"dan ŞİKAYƏT VAR
1,5 metrlik nəhəng balıq bazarda satışa çıxarıldı - görənlər təəccübləndi - VİDEO
ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır
Balaəli Xosrov Maştağalıya butulka atıb? - Dostundan açıqlama
Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - FOTO
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO