Stefano Titotto: "Ağıllı şəhər"lər "ağıllı" materiallara ehtiyac duyur
Azərbaycanın layihələri üzərində fəal şəkildə çalışdığı "ağıllı şəhər"lərin inkişafı təkrar emal olunmuş xammaldan istehsal olunan ekoloji təmiz tikinti materiallarından geniş istifadəni tələb edir.
"Report"un Avropa bürosu xəbər verir ki, bunu azərbaycanlı jurnalistlərə İtaliyanın "Breton" şirkətinin regional direktoru və "Engineered stone" bölməsinin rəhbəri Stefano Titotto bildirib.
"Ağıllı şəhər"lər "ağıllı" materiallara ehtiyac duyur. Biz texnologiyalarımızın köməyi ilə gələcəyin şəhərlərinin inşası üçün təkrar emal olunmuş materiallardan istifadəni təklif edirik", - o bildirib.
Titottonun sözlərinə görə, texnologiya, eyni zamanda şəhər inkişafının ekoloji təsirini azaltmaqla döşəmə örtüklərinin, fasad üzlüklərinin, stolüstü səthlərin və digər memarlıq səthlərinin istehsalı üçün tətbiq edilə bilər.
"Ən "ağıllı" daş - artıq çıxarılmış, lakin ənənəvi daş məmulatlarında istifadə edilə bilməyən daşdır. Texnologiyalarımızın köməyi ilə biz belə materialdan yeni daş yarada bilirik", - o qeyd edib.
Titotto vurğulayıb ki, təkrar xammaldan istifadə tullantıların həcmini azaltmağa və Azərbaycandakı potensial layihələr də daxil olmaqla, şəhər infrastrukturunun inkişafına daha dayanıqlı yanaşmanı dəstəkləməyə imkan verir.
O, Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumunda "BretonTerraStone" - ekoloji dayanıqlı "ağıllı şəhər"lər üçün intellektual sənaye prosesləri və onların Azərbaycanda tətbiq imkanları" mövzusunda təqdimatla çıxış edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 417 Tarix: 07 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Əhdiman və dostu sərbəst buraxıldı
Sosial şəbəkələrdə pornoqrafik xarakterli videomateriallar yaymaqda şübhəli bilinən Əhdiman Osmanov və tanışı Həsən Əliyev istintaq müddətində polisin nəzarəti altında qalmaqla sərbəst buraxılıblar. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, hər iki şəxs sərbəst buraxılsala
16 sentyabrMetro istifadəçilərinə ŞAD XƏBƏR - Tarix açıqlandı
"AZCON Holding" şirkətlərindən olan "Bakı Metropoliteni" QSC-nin "qırmızı xətti"nin "Həzi Aslanov" stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işlərində son mərhələ başlanıb. xəbər verir ki, yenidənqurma işləri təxminən 280 metrlik sahədə üç mərhələ üzr
17 sentyabrUNEC-ə gedən yoldakı təmir tələbələrə çətinlik yaratdı - Açıqlama - Video
Sosial şəbəkələrdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ikinci tədris binasının qarşısında tikinti işlərinin getməsi və ali təhsil müəssisəsinə gedən tələbələrin çətinliklə üzləşməsi ilə bağlı görüntülər yayılıb. "Qafqazinfo" məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlə
16 sentyabrƏhali sayı 10,2 milyona çatdı: Doğum və nikah göstəriciləri aşağı düşdü
Ölkə əhalisinin sayı ilin əvvəlindən 14215 nəfər və ya 0,14 faiz artaraq 2026-cı il avqust ayının 1-i vəziyyətinə 10276566 nəfərə çatıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri, 49,8 faizini kişilər
17 sentyabrAZAL Bakıdan Aktöbəyə ilk reysini həyata keçirib (FOTO)
"Azərbaycan Hava Yolları" (AZAL) QSC Qazaxıstanın Aktobe şəhərini marşrut şəbəkəsinə əlavə edərək bu istiqamət üzrə ilk uçuşunu həyata keçirib. Bu barədə -a səhmdar cəmiyyətindən bildirilib. Yeni marşrutun açılması ilə aviaşirkətin Qazaxıstanda uçuş həyata keçirdiyi şəhərlərin sayı altıya çatıb
17 sentyabrQarabağın yeni reallıqları beynəlxalq diplomatik korpusun gözü ilə
Sentyabrın 11-12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri regionda postmünaqişə reallıqlarının beynəlxalq diplomatik dairələr tərəfindən yerində müşahidə olunması baxımından diqqət çəkən hadisəyə çevrildi. İki gün davam edən səfərdə 58 ölkən
17 sentyabrTələbələri təhdid edən oğlan universitetdən qovuldu - Açıqlama
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) birinci kurs tələbələri ilə bağlı sosial mediada paylaşılan videoya münasibət bildirib. "Qafqazinfo"nun məlumatına görə, açıqlamada qeyd olunub ki, sosial şəbəkədə yayılan video ADMİU rəhbərliyi tərəfindən araşdırılıb. Sözügedə
16 sentyabr