Məcnun Məmmədov: "Ərzaq itkilərinin azaldılması ilə bağlı kompleks tədbirlər görülür"
Azərbaycan kənd təsərrüfatı dəyər zənciri boyunca ərzaq itkilərinin azaldılması istiqamətində kompleks tədbirlər həyata keçirir.
"Report" Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir Məcnun Məmmədov Türkiyənin İstanbul şəhərində keçirilən "Sıfır Tullantı Forumu 2026" çərçivəsində "Məhsul yığımından sonrakı itkilərin azaldılması - Qida təchizat zəncirində səmərəliliyin artırılması" mövzusunda Yüksək Səviyyəli Kənd Təsərrüfatı Nazirlər Toplantısında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, aqrar sahəyə investisiyaların ərzaq və məhsul itkilərinin azaldılmasına, kənd təsərrüfatı dəyər zəncirinin gücləndirilməsinə, bazarlara çıxış imkanlarının yaxşılaşdırılmasına və ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verəcəyi gözlənilir.
M. Məmmədov çıxışında qlobal ərzaq təhlükəsizliyi, resurslardan səmərəli istifadə və aqrar sahənin dayanıqlı inkişafının təmin olunmasına toxunub. O vurğulayıb ki, məhsul yığımından sonrakı itkilərin azaldılması əsas prioritetlərdən olmalıdır: "Bu baxımdan aqro-logistika mərkəzləri, saxlama infrastrukturu, nəqliyyat şəbəkələri və rəqəmsal texnologiyalara investisiyaların artırılması vacibdir. Süni intellekt, ağıllı monitorinq sistemləri, dəqiq kənd təsərrüfatı texnologiyaları və məlumat analitikası məhsulların real vaxt rejimində izlənilməsinə, təchizat zəncirinin səmərəliliyinin yüksəldilməsinə və itkilərin azaldılmasına imkan yaradır".
Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı bildirib ki, müasir çağırışlar və əhalinin sürətlə artımı fonunda ərzaq təhlükəsizliyinin təmin olunması mühüm əhəmiyyət kəsb edir.
O qeyd edib ki, qlobal miqyasda istehsal olunan qidanın 13%-i məhsul yığımından sonrakı mərhələlərdə itirilir. Bundan başqa, qidanın 19 %-i ev, market, restoran və ictimai iaşə məkanlarında israf olunur. Nəticədə istehsal olunan qidanın üçdə biri süfrələrə çatmadan məhv olur. Aparılan hesablamalara görə, qida itkisi və israfının qlobal iqtisadiyyata vurduğu illik zərər 1 trilyon ABŞ dolları təşkil edir: "Ərzaq təhlükəsizliyini gücləndirmək üçün daha çox məhsul istehsal etmək kifayət deyil. Biz mövcud istehsalı qorumalı, onu uyğun şəraitdə saxlamalı, təhlükəsiz şəkildə daşınmasını təmin etməli və səmərəli şəkildə bazarlara, nəticə etibarilə isə istehlakçılara çatdırmalıyıq. Məhsul yığımından sonra itirilən hər bir məhsul süfrəyə çata biləcək qidanın yox olması, su, torpaq və enerji kimi təbii resursların itirilməsi deməkdir."
Nazirlər Toplantısından sonra "Kənd təsərrüfatında tədqiqat və innovasiyanın, soyuq zəncir və ağıllı logistika tətbiqlərinin məhsul yığımından sonrakı itkilərin azaldılmasında rolu" və "Kənd təsərrüfatı və ərzaq ticarətində normativ uyğunlaşdırma, texniki maneələr və yeni nəsil ticarət siyasətləri" mövzularında panel sessiyalar keçirilib.
Panel müzakirələr sual-cavab formatında davam etdirilib, mütəxəssislər qlobal iqlim dəyişikliyi fonunda kənd təsərrüfatının inklüziv və dayanıqlı inkişafının təmin olunması, təbii resurslardan səmərəli istifadə, aqrar sahədə istehsalın artırılması, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, məhsul itkilərinin azaldılması, ərzaq təhlükəsizliyinin təmin olunması, bu istiqamətdə beynəlxalq əməkdaşlığın gücləndirilməsi ilə bağlı fikirlərini bölüşüblər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"
"Leobank" kütləvi şikayət atəşinə tutuldu
Prezident açılışdan sonra sükan arxasına keçdi - Video
Müğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı
Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər
Badamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
1,5 metrlik nəhəng balıq bazarda satışa çıxarıldı - görənlər təəccübləndi - VİDEO
"Bank of Baku"dan ŞİKAYƏT VAR
ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır
Balaəli Xosrov Maştağalıya butulka atıb? - Dostundan açıqlama
Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - FOTO
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO