Ətin qiyməti bu qədər UCUZLAŞA BİLƏR - VACİB AÇIQLAMA : Yaxın günlərdə...
Qurban bayramı ərəfəsində ətin qiyməti 8-10 faiz ətrafında bahalaşdı. Bayramdan sonra qiymət artımı dayansa da, hələ ki, azalma da qeyd alınmır. Nəzərə alaq ki, havalar istiləşir, həm də hicri-qəməri təqvimi ilə Məhərrəm ayı gəlir. Bu isə ətə tələbatı azaldır.
Bəs bu faktorlar bazarda ətin qiymətini aşağı sala bilərmi?
Mövzunu Bizim.Media üçün şərh edən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətin sədri Vüqar Oruc deyib ki, qarşıdan isti yay günləri gəlir:
"Yay günlərində alternativ qida rasionuna üstünlük verilir. Paxlalı bitkilərə, yüngül yeməklərə yay aylarında maraq daha çox olur. Ona görə də yay aylarında ətə maraq bir qədər azalır. Üstəlik, isti havada ət daha tez qaralır. Bu da alıcı marağını azaldır. Digər tərəfdən qarşıdan Məhərrəm ayı gəlir. Bu ayda toy və nişanlara adətən ara verilir. Bu da ət istehlakını azaldır.
Saydığımız hallar yaxın günlərdə ətin qiymətinin enməsi ehtimalını gücləndirir. Amma bunlar nəzəri ehtimallardır. Çünki xaricdən ət idxalı da son aylar bir qədər səngiyib. Nəzərə alaq ki, ətə olan tələbatımızın bir hissəsi idxal hesabına ödənilir. Ona görə də idxalın azalması həm də təklifin aşağı düşməsi deməkdir.
Bildiyiniz kimi, qiymətlər yalnız iki halda ucuzlaşır. Ya təklif tələbi üstələyir, ya da məhsulun maya dəyəri aşağı düşür. Hazırda isə bu iki halın heç birinin baş vermədiyi üçün ətin qiymətinin böyük ölçüdə aşağı düşəcəyini söyləmək düzgün olmazdı.
Qurban bayramının arxada qalması və Məhərrəmlik ayının gəlişi ətin qiymətində müəyyən sabitlik yaradacaq. Amma son illərin təcrübəsi göstərir ki, Qurban bayramında qalxan qiymətlər sonrakı aylarda da yüksək olaraq qalır. Ucuzlaşma isə 2-5 faiz civarında baş verir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 756 Tarix: 07 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Əhdiman və dostu sərbəst buraxıldı
Sosial şəbəkələrdə pornoqrafik xarakterli videomateriallar yaymaqda şübhəli bilinən Əhdiman Osmanov və tanışı Həsən Əliyev istintaq müddətində polisin nəzarəti altında qalmaqla sərbəst buraxılıblar. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, hər iki şəxs sərbəst buraxılsala
16 sentyabrMetro istifadəçilərinə ŞAD XƏBƏR - Tarix açıqlandı
"AZCON Holding" şirkətlərindən olan "Bakı Metropoliteni" QSC-nin "qırmızı xətti"nin "Həzi Aslanov" stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işlərində son mərhələ başlanıb. xəbər verir ki, yenidənqurma işləri təxminən 280 metrlik sahədə üç mərhələ üzr
17 sentyabrUNEC-ə gedən yoldakı təmir tələbələrə çətinlik yaratdı - Açıqlama - Video
Sosial şəbəkələrdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ikinci tədris binasının qarşısında tikinti işlərinin getməsi və ali təhsil müəssisəsinə gedən tələbələrin çətinliklə üzləşməsi ilə bağlı görüntülər yayılıb. "Qafqazinfo" məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlə
16 sentyabrƏhali sayı 10,2 milyona çatdı: Doğum və nikah göstəriciləri aşağı düşdü
Ölkə əhalisinin sayı ilin əvvəlindən 14215 nəfər və ya 0,14 faiz artaraq 2026-cı il avqust ayının 1-i vəziyyətinə 10276566 nəfərə çatıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri, 49,8 faizini kişilər
17 sentyabrAZAL Bakıdan Aktöbəyə ilk reysini həyata keçirib (FOTO)
"Azərbaycan Hava Yolları" (AZAL) QSC Qazaxıstanın Aktobe şəhərini marşrut şəbəkəsinə əlavə edərək bu istiqamət üzrə ilk uçuşunu həyata keçirib. Bu barədə -a səhmdar cəmiyyətindən bildirilib. Yeni marşrutun açılması ilə aviaşirkətin Qazaxıstanda uçuş həyata keçirdiyi şəhərlərin sayı altıya çatıb
17 sentyabrQarabağın yeni reallıqları beynəlxalq diplomatik korpusun gözü ilə
Sentyabrın 11-12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri regionda postmünaqişə reallıqlarının beynəlxalq diplomatik dairələr tərəfindən yerində müşahidə olunması baxımından diqqət çəkən hadisəyə çevrildi. İki gün davam edən səfərdə 58 ölkən
17 sentyabrTələbələri təhdid edən oğlan universitetdən qovuldu - Açıqlama
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) birinci kurs tələbələri ilə bağlı sosial mediada paylaşılan videoya münasibət bildirib. "Qafqazinfo"nun məlumatına görə, açıqlamada qeyd olunub ki, sosial şəbəkədə yayılan video ADMİU rəhbərliyi tərəfindən araşdırılıb. Sözügedə
16 sentyabr