Uşaqlarda piylənmə halları artır: Səbəb və fəsadları nədir?
"Son illərdə uşaqlar arasında artıq çəki və piylənmə hallarında ciddi artım müşahidə olunur. Vaxtilə əsasən böyüklərin problemi hesab edilən bu problem artıq azyaşlıların da sağlamlığını təhdid edən mühüm tibbi məsələyə çevrilib. Uşaqlarda piylənmə bədəndə piy toxumasının yaş və cins üçün müəyyən edilmiş normalardan artıq toplanması ilə xarakterizə olunur. Bu vəziyyət yalnız xarici görünüşlə bağlı deyil, həm də metabolik, fiziki və psixoloji sağlamlıq üçün ciddi risklər yaradır. Piylənmənin yaranmasında bir sıra amillər rol oynayır. Bunlara yüksək kalorili, şəkərli, yağlı və emal olunmuş qidaların həddindən artıq istehlakı, hərəkətsiz həyat tərzi, genetik meyillilik, psixoloji gərginlik və yuxu rejiminin pozulması daxildir. Telefon, planşet və televizor qarşısında uzun müddət vaxt keçirmək enerji sərfiyyatını azaltdığından çəki artımını sürətləndirir"
Bu sözləri Sonxeber.az-a Tibb üzrə fəlsəfə doktoru, həkim Ramin Qasımov danışıb.
O, açıqlamasında qeyd edib ki, uşaqlarda artıq çəki, piylənmə yaş və cins göstəricilərinə uyğun bədən kütlə indeksi (BKİ) və xüsusi persentil cədvəlləri əsasında qiymətləndirilir:
"Piylənmə mədə-bağırsaq sistemi xəstəlikləri, arterial hipertenziya, ürək-damar problemləri, insulin müqaviməti, tip 2 şəkərli diabet, hormonal pozuntular, sümük-əzələ sistemi xəstəlikləri və tənəffüs problemləri kimi ciddi fəsadlara səbəb ola bilər. Tənəffüs yollarının ətrafında piy toplanması yuxu zamanı nəfəsin qısa müddət dayanması (apnoe), xoruldama və gündüz yorğunluğu ilə nəticələnə bilər.
Problemin psixoloji təsirləri də az deyil. Artıq çəkiyə görə həmyaşıdlarının təzyiqi ilə üzləşən uşaqlarda özünəinamın azalması, sosial təcrid, depressiya və təşviş halları yarana bilər. Bu isə təhsil göstəricilərinə və gündəlik fəaliyyətə mənfi təsir göstərir.
Piylənmənin müalicəsində əsas məqsəd yalnız çəkinin azaldılması deyil, sağlam həyat tərzinin formalaşdırılmasıdır. Bunun üçün balanslı qidalanma, müntəzəm fiziki aktivlik, ekran vaxtının məhdudlaşdırılması və düzgün yuxu rejimi vacib hesab olunur.
Ağırlaşmaların müşahidə edildiyi hallarda isə müalicə fərdi qaydada aparılır və yanaşı xəstəliklərin aradan qaldırılmasını da əhatə edir. Bu zaman pediatr, uşaq endokrinoloqu, həmçinin zərurət yarandıqda kardioloq, qastroenteroloq, ortoped və psixoloqun iştirakı tələb oluna bilər.
Uşaqlarda piylənmənin qarşısının alınmasında ailə, məktəb və səhiyyə qurumlarının birgə fəaliyyəti mühüm rol oynayır. Sağlam qidalanma və aktiv həyat tərzinin erkən yaşlardan təşviq edilməsi gələcəkdə bir çox sağlamlıq problemlərinin qarşısını almağa kömək edə bilər".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"
"Leobank" kütləvi şikayət atəşinə tutuldu
Prezident açılışdan sonra sükan arxasına keçdi - Video
Müğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı
Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər
Badamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
"Bank of Baku"dan ŞİKAYƏT VAR
1,5 metrlik nəhəng balıq bazarda satışa çıxarıldı - görənlər təəccübləndi - VİDEO
ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır
Balaəli Xosrov Maştağalıya butulka atıb? - Dostundan açıqlama
Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - FOTO
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO