Uzaqdan işləmək tək yaşayanların psixikasına mənfi təsir göstərir - Alimlər
Koronavirus pandemiyası zamanı geniş yayılmış evdən işləmə modeli, Ukraynada isə genişmiqyaslı müharibə fonunda daha da aktuallaşıb. Lakin "Science" jurnalında dərc olunan yeni araşdırma göstərir ki, bu iş forması işçilərin psixi sağlamlığına mənfi təsir göstərə bilər.
Qaynarinfo xəbər verir ki, tədqiqat müəllifləri uzaqdan işləməyə uyğun peşələrdə (məsələn, proqramlaşdırma, marketinq) çalışanlarla fiziki mövcudluq tələb edən sahələrdə işləyənləri (məsələn, tibb bacıları, mexaniklər) müqayisə ediblər.
Nəticələrə görə, uzaqdan iş 2019-cu ildə 7 faiz olan göstəricidən 2023-cü ildə 28 faizə yüksəlib. Bununla paralel olaraq "uzaqdan işləyən" peşələrdə çalışan insanlar daha çox vaxtı tək keçirməyə başlayıblar.
Ən güclü təcrid artımı tək yaşayan insanlar arasında qeydə alınıb. Onların bütün günü sosial kontaktsız keçirmə ehtimalı 7 faiz bəndi artaraq 83 faizə çatıb. Bu qrup işdən sonra belə sosiallaşmanı kompensasiya edə bilməyib.
Eyni zamanda psixi sağlamlıq göstəricilərində də pisləşmə müşahidə olunub. Kessler şkalası üzrə psixoloji gərginlik 0,1 standart sapma artıb. Tək yaşayanlarda bu artım təxminən iki dəfə yüksək olub. Depressiya halları, psixoloji yardıma müraciətlər və antidepressant təyinatlarında da oxşar tendensiyalar qeydə alınıb.
"Bizim nəticələr göstərir ki, uzaqdan iş təcridi artırır və psixi sağlamlığı pisləşdirir, xüsusilə tək yaşayanlarda", deyə tədqiqat müəllifləri bildiriblər.
Alimlər vurğulayırlar ki, ümumilikdə cəmiyyətdə psixoloji gərginlik son illərdə artıb və bunun təxminən üçdə biri uzaqdan işlə bağlı ola bilər.
Araşdırma həmçinin göstərir ki, əvvəllər uzaqdan işləyən, lakin hazırda işləməyən şəxslərdə bu cür pisləşmə müşahidə olunmur. Bu isə effektin məhz iş şəraiti ilə bağlı olduğunu təsdiqləyir.
Müəlliflər qeyd edirlər ki, bir çox insan evdən işləməni rahatlıq kimi görsə də, onun uzunmüddətli psixoloji təsirlərini kifayət qədər qiymətləndirməyə bilər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 538 Tarix: 08 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda hərbi rütbələrin verilməsi qaydasına dəyişiklik edilir
Hərbi rütbənin vaxtından əvvəl verilməsi qaydası dəyişir. xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" v
16 sentyabrDiplomatik səfər niyə erməni revanşist dairələrini narahat etdi?
Sentyabrın 11-12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri regionda formalaşmış yeni reallıqların beynəlxalq diplomatik dairələr tərəfindən yerində müşahidə edilməsi baxımından mühüm hadisəyə çevrildi. Səfərdə 58 ölkəni və 9 beynəlxalq təşkilat
17 sentyabr"Burger King" maaşımızı vermir" - Şikayət
"Burger King" restoranlar şəbəkəsinin keçmiş əməkdaşları maaşlarının ödənilməməsi ilə bağlı -a müraciət ediblər. Şikayətçilərin sözlərinə görə, 2023-cü ildən etibarən 30-dan çox keçmiş əməkdaşın əməkhaqqı tam ödənilməyib. Onlar problemin pandemiya dövründə, restoranların fəaliyyətini onlay
17 sentyabrBakıda evli kişi 14 yaşlı qızı qaçırdı
Binəqədi Rayon Məhkəməsində 14 yaşına çatmış, lakin 16 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmədə təqsirləndirilən Kərim Kərimovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. -a istinadən xəbər verir ki, hakim Aytəkin İbrahimovanın sədrliyi ilə keçirilə
17 sentyabrTələbələri təhdid edən oğlan universitetdən qovuldu - Açıqlama
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) birinci kurs tələbələri ilə bağlı sosial mediada paylaşılan videoya münasibət bildirib. "Qafqazinfo"nun məlumatına görə, açıqlamada qeyd olunub ki, sosial şəbəkədə yayılan video ADMİU rəhbərliyi tərəfindən araşdırılıb. Sözügedə
16 sentyabrAYNA sərnişinlərə müraciət etdi
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişinlərə müraciət edib. xəbər verir ki, AYNA-nın məlumatına görə, sərnişindaşımanın fasiləsiz təşkili istiqamətində tədbirlər davam etdirilir. Qeyd olunub ki, metro xətlərinin ayrılması layihəsi çərçivəsində AYNA tərəfindən təşkil edilən ekspres avtobuslarl
17 sentyabr"Leobank" kütləvi şikayət atəşinə tutuldu
Rəqəmsal bankçılıq xidməti olan "Leobank"ın tətbiqində və daxili əməliyyat sistemində kütləvi texniki nasazlıq yaranıb. "Yeni Sabah" xəbər verir ki, sosial şəbəkələrdə bankın fəaliyyətindən narazı olan yüzlərlə müştəri şikayət paylaşmağa başlayıb. İstifadəçilərin sözlərinə görə, bi
16 sentyabr