Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
8 iyun 2026-cı il tarixində Bakcell baş icraçı direktor vəzifəsinə yeni təyinatla bağlı rəsmi məlumat yayıb. Telekommunikasiya sahəsində 35 ildən artıq beynəlxalq təcrübəyə sahib Qunnar Panke şirkətin baş icraçı direktoru vəzifəsinə təyin olunub.
Qunnar Panke telekommunikasiya sektorunda müştəriyönümlü biznes transformasiyası, strateji inkişaf və dayanıqlı artım istiqamətlərində geniş təcrübəyə malikdir. O, Azərbaycan, Almaniya, Fransa, Rumıniya və digər ölkələrin aparıcı telekommunikasiya şirkətlərində müxtəlif rəhbər vəzifələrdə çalışıb.
Qunnar Panke Fransanın Poitiers Universitetində strateji idarəetmə üzrə fəlsəfə doktoru (PhD) dərəcəsinə, həmçinin ENSPTT Universitetinin MBA dərəcəsinə sahibdir. Bundan əlavə, o, INSEAD (Fransa), Oksford Universiteti (İngiltərə), London Biznes Məktəbi (İngiltərə), IE (Madrid), ESMT (Almaniya) və Darden Biznes Məktəbi (ABŞ) kimi dünyanın nüfuzlu ali təhsil müəssisələrində rəhbərlik proqramlarını uğurla tamamlayıb.
"Ölkənin rəqəmsal inkişafında mühüm rol oynayan Bakcell-ə təyinatım mənim üçün böyük məsuliyyət və şərəfdir. Məqsədim innovasiya, süni intellekt və müştəriyönümlü həllər vasitəsilə abunəçilərimiz üçün daha çox dəyər yaratmaqla, Bakcell-in telekommunikasiya sektorundakı mövqeyini daha da gücləndirmək və ölkənin rəqəmsal inkişafında strateji rolunu genişləndirməkdir", - deyə Qunnar Panke vurğulayıb.
Yeni təyinat Bakcell-in müştəriyönümlü innovasiya, süni intellekt və rəqəmsal xidmətlər istiqamətində uzunmüddətli strateji prioritetlərinin daha da sürətləndirilməsinə təkan verəcək. Qunnar Pankenin rəhbərliyi ilə şirkət müştəri təcrübəsinin daha da təkmilləşdirilməsi və süni intellekt əsaslı həllərin tətbiqinin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
Bakcell müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan Azerconnect Group-a daxildir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 564 Tarix: 08 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda hərbi rütbələrin verilməsi qaydasına dəyişiklik edilir
Hərbi rütbənin vaxtından əvvəl verilməsi qaydası dəyişir. xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" v
16 sentyabrDiplomatik səfər niyə erməni revanşist dairələrini narahat etdi?
Sentyabrın 11-12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri regionda formalaşmış yeni reallıqların beynəlxalq diplomatik dairələr tərəfindən yerində müşahidə edilməsi baxımından mühüm hadisəyə çevrildi. Səfərdə 58 ölkəni və 9 beynəlxalq təşkilat
17 sentyabr"Burger King" maaşımızı vermir" - Şikayət
"Burger King" restoranlar şəbəkəsinin keçmiş əməkdaşları maaşlarının ödənilməməsi ilə bağlı -a müraciət ediblər. Şikayətçilərin sözlərinə görə, 2023-cü ildən etibarən 30-dan çox keçmiş əməkdaşın əməkhaqqı tam ödənilməyib. Onlar problemin pandemiya dövründə, restoranların fəaliyyətini onlay
17 sentyabrBakıda evli kişi 14 yaşlı qızı qaçırdı
Binəqədi Rayon Məhkəməsində 14 yaşına çatmış, lakin 16 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmədə təqsirləndirilən Kərim Kərimovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. -a istinadən xəbər verir ki, hakim Aytəkin İbrahimovanın sədrliyi ilə keçirilə
17 sentyabrTələbələri təhdid edən oğlan universitetdən qovuldu - Açıqlama
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) birinci kurs tələbələri ilə bağlı sosial mediada paylaşılan videoya münasibət bildirib. "Qafqazinfo"nun məlumatına görə, açıqlamada qeyd olunub ki, sosial şəbəkədə yayılan video ADMİU rəhbərliyi tərəfindən araşdırılıb. Sözügedə
16 sentyabrAYNA sərnişinlərə müraciət etdi
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişinlərə müraciət edib. xəbər verir ki, AYNA-nın məlumatına görə, sərnişindaşımanın fasiləsiz təşkili istiqamətində tədbirlər davam etdirilir. Qeyd olunub ki, metro xətlərinin ayrılması layihəsi çərçivəsində AYNA tərəfindən təşkil edilən ekspres avtobuslarl
17 sentyabr"Leobank" kütləvi şikayət atəşinə tutuldu
Rəqəmsal bankçılıq xidməti olan "Leobank"ın tətbiqində və daxili əməliyyat sistemində kütləvi texniki nasazlıq yaranıb. "Yeni Sabah" xəbər verir ki, sosial şəbəkələrdə bankın fəaliyyətindən narazı olan yüzlərlə müştəri şikayət paylaşmağa başlayıb. İstifadəçilərin sözlərinə görə, bi
16 sentyabr