Parlamentdə komitələrin birgə iclası və ictimai dinləmə keçirilib

Parlamentdə komitələrin birgə iclası və ictimai dinləmə keçirilibİyunun 8-də Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası və ictimai dinləmə keçirilib. Tədbirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

İclası açan İnsan hüquqları komitəsinin sədri Zahid Oruc təqdim edilən qanun layihəsinin mühüm əhəmiyyətini nəzərə alaraq, məsələnin daha geniş formatda - ictimai dinləmə şəklində müzakirəsinə yaradılan şəraitə və verilən dəstəyə görə Milli Məclisin sədri Sahibə Qafarovaya təşəkkürünü ifadə edib.

Komitə sədri uşaqların rəqəmsal məkanda hüquqlarının qorunmasını təmin edən qanun layihəsinin həm parlamentarilər, həm də dövlət və hökumət nümayəndələri, media, müvafiq təhsil, səhiyyə orqanlarının təmsilçiləri ilə birlikdə müzakirəsinin təqdirəlayiq olduğunu deyib. O, Milli Məclisin son illərdə uşaqların rəqəmsal mühitdə zərərli informasiyadan qorunmasına dair ardıcıl və sistemli qərarlar qəbul etdiyini, bu gün təqdim edilən yeni qanun layihəsinin bu siyasətin davamı olduğunu bildirib. Komitə sədri rəqəmsal platformalara qoşulmanın yaş həddinin qanunla tənzimlənməsi ilə bağlı bir sıra dünya ölkələrinin mövcud təcrübələrini diqqətə çatdırıb. Qeyd olunub ki, dünya üzrə uşaq sosial media istifadəsinin statistikasını göstərən Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, yeniyetmələrin 35 faizi bir gündə orta hesabla 5 saatdan çox vaxtını telefonda keçirir. Təşkilat 2019-cu ildən oyun asılılığını rəsmi xəstəlik kimi siyahısına daxil edib. Azərbaycan uşaqları ilə bağlı göstəricilərə toxunan komitə sədri, ötən il aparılan sorğuya əsasən, 10-17 yaş arasında uşaqların 89 faizinin smartfon istifadəçisi olduğunu, onların 76 faizinin gündəlik olaraq sosial media platformalarından istifadə etdiyini, eyni zamanda, sosial media asılılığının ailə büdcəsinə də təsir etdiyini söyləyib.

Müzakirəyə təqdim edilən qanun layihəsi ilə bağlı fikirlərini bölüşən Zahid Oruc bildirib ki, layihədə 16 yaşadək uşaqların fiziki və psixoloji sağlamlığının mühafizəsi, onların müxtəlif sövqedici və təhrikedici çağırışlardan qorunması məqsədilə sosial şəbəkələrdə fərdi rəqəmsal hesabların açılması üçün minimum rəqəmsal yetkinlik yaş həddi 16 yaş müəyyən olunur. Yeni normaya görə platforma provayderləri yoxlama mexanizmlərini, yəni bank kartı, elektron poçt, mobil nömrə əsaslı yaş doğrulama üsullarını tətbiq etməlidirlər. 16-18 yaş qrupu üçün fərqli - daha çevik, lakin nəzarətli mexanizm müəyyən olunur. Bu yaş qrupunda yeniyetmələr valideynin razılığı ilə platformalarda hesab yarada bilərlər. Fərdi məlumatların kənar şəxslərə ötürülməsi yolverilməz hesab edilir. Komitə sədri 2025-ci ilin dekabr ayında aparılan sorğunun nəticələrinə əsasən, ölkəmizdə insanların 87,3 faizinin 16 yaşdan aşağı uşaqların sosial mediadan istifadəsinin tənzimlənməsi ilə bağlı təklifləri dəstəklədiklərini, yəni bunun sosial sifariş olduğunu vurğulayıb.
Sonra Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxış edərək, informasiya-kommunikasiya texnologiyalarının dövrümüzün ən vacib tələblərindən biri olduğunu qeyd edib. O, bildirib ki, ölkə başçısı İlham Əliyevin öz çıxışlarında bildirdiyi kimi, hər bir dövlətin uğurlu inkişafı texnoloji təminata əsaslanır. Dövlətimiz tərəfindən həyata keçirilən rəqəmsal inkişaf, innovasiya siyasəti prioritet məsələlərdəndir. Bu sahədə müvafiq strateji sənədlər, normativ hüquqi aktlar, fəaliyyət planları qəbul edilir, institusional mexanizmlər formalaşdırılır.

Komitə sədri vurğulayıb ki, Azərbaycanda uşaqların müdafiəsi yüksək səviyyədə təmin olunur, onların sağlam inkişafı, təlim-tərbiyəsi, bilik və bacarıqlarının artırılması üçün imkanlar yaradılır. Uşaqlara qayğı Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir. Uşaqların zərərli təsirlərdən qorunması, onların sağlam böyüməsi üçün hərtərəfli şəraitin yaradılması və dəstəyin verilməsi dövlətin sosial siyasətinin tərkib hissəsidir. Hazırda sosial şəbəkələrin həyatın ayrılmaz hissəsi olduğu bir dövrdə, uşaqların psixoloji sağlamlığı üçün nəzarətsiz istifadənin qarşısının alınması vacib məsələlərdəndir.

Hicran Hüseynova bildirib ki, bu gün müzakirə olunan qanun layihəsi uşaqları kibertəhdidlərdən, zorakılıqdan, zərərli məzmundan və zehni sağlamlığa mənfi təsirlərdən qorumaq məqsədi daşıyır. Ölkəmizdə uşaqların yaşına uyğun informasiya əldə etmək hüququnun həyata keçirilməsi ilə əlaqədar onların zərərli informasiyadan qorunması tədbirlərinin müəyyən edildiyini, bu sahədə yaranan münasibətlərin tənzimləndiyini söyləyən komitə sədri, bu prosesin davamı olaraq, indiki dövrdə bu məsələlərin sosial şəbəkələrdə həllinə yönəlmiş addımların atılmasının vacibliyindən bəhs edib.

Sonra çıxış edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim olunan qanun layihəsinin rəqəmsal mühitdə uşaqların hüquq və mənafelərinin daha effektiv qorunması, sosial şəbəkə platformalarından təhlükəsiz istifadənin təmin olunması, habelə platformaların fəaliyyətinin hüquqi tənzimlənməsinin təkmilləşdirilməsinə xidmət etdiyini söyləyib.

O, bildirib ki, layihəyə əsasən, İnzibati Xətalar Məcəlləsinə yaş həddi tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına dair yeni 388-4-cü maddənin əlavə edilməsi təklif olunur. Komitə sədri dispozisiyada müvafiq qanunvericiliyin pozulmasına görə cərimə sanksiyalarının tətbiqinin nəzərdə tutulduğunu deyib. Cərimə sanksiyalarının subyektinin vəzifəli şəxslər və hüquqi şəxslər olduğunu, sanksiyaların törədilə biləcək xətaya adekvat olduğunu qeyd edib.
Tədbirdə layihə ilə bağlı İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, səhiyyə nazirinin müavini İlqar Qasımov və rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov, Tibb Universitetinin rektoru Gəray Gəraybəyli çıxış edərək təmsil etdikləri qurumların qanun layihəsinə dair mövqeyini, həmçinin təklif olunan dəyişikliklərin əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüblər.
Çıxışlarda bildirilib ki, rəqəmsal texnologiyaların sürətli inkişafı və geniş tətbiqi uşaqların zərərli təsirlərə məruz qalmasına və sağlamlıqları baxımından yeni risk və təhlükələrlə üzləşməsinə səbəb olur. Aparılan araşdırmalar son illərdə uşaqlar arasında geniş yayılmış sosial şəbəkələrin, interaktiv platformaların və onlayn oyunların onların fiziki, psixoloji və emosional inkişafına mənfi təsir göstərə bildiyini ortaya qoyur. Uşaqların internetdən istifadəsinə qoyulan yaş hədlərinin isə bir çox hallarda formal xarakter daşıması, effektiv nəzarət mexanizmlərinin yetərincə olmaması və digər boşluqlar uşaqların hüquqlarının pozulması riskini artırır. Qeyd olunub ki, bu şərait uşaqların rəqəmsal təhlükəsizliyinin təmin edilməsi, onların zərərli məzmunlardan qorunması və sağlamlıqlarının müdafiəsi istiqamətində daha təsirli hüquqi və institusional mexanizmlərin yaradılmasını zəruri edir.

Bildirilib ki, təqdim olunan qanun layihəsi də məhz bu məqsədlərə xidmət edir. Layihədə sosial şəbəkə platformalarının fəaliyyətinin tənzimlənməsi, onların məsuliyyətinin artırılması, uşaqların fərdi məlumatlarının daha etibarlı qorunması və zərərli məzmunun yayılmasının qarşısının alınması ilə bağlı hüquqi mexanizmlərin təkmilləşdirilməsi nəzərdə tutulur.

Çıxışçılar qanun layihəsinin hazırlanmasında müxtəlif dövlət qurumlarının iştirak etdiyini, beynəlxalq təcrübənin öyrənildiyini və aidiyyəti qurumların təkliflərinin nəzərə alındığını vurğulayıblar. Bildirilib ki, hazırda dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da uşaqların rəqəmsal mühitdə zərərli təsirlərdən qorunmasına yönəlmiş qanunvericilik və müdafiə mexanizmləri müasir çağırışlara uyğun şəkildə təkmilləşdirilir.
Müzakirələr zamanı xüsusi vurğulanıb ki, bu sahədə qarşıya qoyulan məqsədlərə nail olmaq üçün dövlət qurumlarının birgə fəaliyyəti ilə yanaşı, valideynlərin, ailələrin, təhsil müəssisələrinin və bütövlükdə cəmiyyətin fəal iştirakı vacibdir. Əsas məqsəd uşaqları rəqəmsal mühitin təhlükələrindən qorumaqla yanaşı, onların müasir texnologiyaların yaratdığı imkanlardan təhlükəsiz və səmərəli şəkildə faydalanmasına şərait yaratmaqdır. Bu isə yalnız bütün maraqlı tərəflərin birgə əməkdaşlığı və məsuliyyətli yanaşması nəticəsində mümkün ola bilər.

Daha sonra məsələ ilə bağlı aparılan müzakirələrdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, deputatlar Azər Allahverənov, Erkin Qədirli, "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova, "Qadın və Uşaqların Təhsilinə Dəstək" İctimai Birliyinin sədri Sevinc Abdullayeva, "Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyinin rəhbəri Kəmalə Aşımova, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsinin Hüquq təminatı şöbəsinin müdiri Taliyə İbrahimova çıxış edərək öz fikirlərini və təkliflərini səsləndiriblər.

Çıxışlarda qeyd olunub ki, sənəd uşaqların zərərli kontent, kibertəzyiq, onlayn asılılıq, dezinformasiya və digər mənfi təsirlərdən qorunmasının təmin edilməsinə xidmət edəcək. Vurğulanıb ki, bu sənəd rəqəmsal mühitdə uşaqların təhlükəsizliyinin gücləndirilməsinə, onların hüquq və mənafelərinin daha etibarlı şəkildə müdafiəsinə mühüm töhfə olacaq.Müzakirələrin sonunda rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov qaldırılan məsələlərə aydınlıq gətirib.

İclasın yekununda qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Tədbirdə Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin üzvləri, parlament Aparatının təmsilçiləri, aidiyyəti dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.
Parlamentdə komitələrin birgə iclası və ictimai dinləmə keçirilibParlamentdə komitələrin birgə iclası və ictimai dinləmə keçirilibParlamentdə komitələrin birgə iclası və ictimai dinləmə keçirilib


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 459   Tarix: 08 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rəşid Mahmudovun evində partlayış baş verib?

Sosial şəbəkələrdə tanınmış həkim, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudovun evində qaz partlayışı baş verməsi ilə bağlı iddialar yayılıb. xəbər verir ki, paylaşımlarda iddia olunub ki, parlayış həkimin Badamdarda yerləşən evində baş verib. Məsələ ilə bağlı Rəşid Mahmudovla əlaqə saxladıq. Həki

17 noyabr
.

Deputat Ağalar Vəliyevin oğluna məxsus "Kristal Bakı" vətəndaşları aldadır?

Ölkənin aparıcı tikinti şirkətlərindən biri olan "Kristal Bakı" ASC (VÖEN - 3103396091) satışa çıxardığı mənzilləri alıcılara fərqli qiymətlərlə təqdim edir. "Real Azərbaycan" xəbər verir ki, şirkətin rəsmi saytı - " vasitəsilə satışa çıxarılan mənzillərin aylıq ödəniş məbləğlər

16 noyabr
.

Bu ərazilərə qar yağır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində qeyri-sabit yağıntılı və küləkli hava şəraiti davam edir. Bəzi dağlıq ərazilərdə - Altıağac, Xınalıq, Qrız, Quba, Qusar, Şahdağ, Kəlbəcər, Laçın və Qubadlıda arabir qa

16 noyabr
.

"Mahal MTK"da rüşvət və özbaşınalıq - Müştəriləri belə aldadırlar

Sumqayıt şəhərində fəaliyyət göstərən "Mahal MTK" tərəfindən tikilib sakinlərə təhvil verilməli olan mənzillərlə bağlı ciddi problemlər yaranıb. Tikinti şirkətinin qanunsuz tələbləri və vədlərinə əməl etməməsi vətəndaşların haqlı narazılığına səbəb olub. Məlumata görə, "Mahal MTK"

16 noyabr
.

Gürcüstanda azərbaycanlı gəncin meyiti tapıldı

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda faciəvi hadisə baş verib. "Qafqazinfo" yerli mediaya istinadən xəbər verir ki, rayonun Təzəkənd kənd sakini 26 yaşlı Emil Məmmədovun meyiti yaşadığı evdə tapılıb. Onun ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə Gürcüstanı

16 noyabr
.

Mediaya ayrılan pul çox azdır - Deputat

Mediaya ayrılan pul çox azdır. xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2027-ci ilin dövlət büdcəsi zərfinin müzakirəsində deputat Hikmət Babaoğlu deyib. Deputat bildirib ki, düşüncəni, milli düşüncə platformasının keyfiyyətini təyin edən mediadır, televiziyalardır, televiziy

16 noyabr
.

Milli kimliyin qorunması, Azərbaycan həqiqətlərinin təbliği və informasiya təhlükəsizliyinin strateji əhəmiyyəti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli radio və televiziya yayımının yubileyi münasibətilə televiziya və radio işçilərinə ünvanladığı müraciət ölkəmizin informasiya siyasətinin prioritetlərini, milli-mənəvi dəyərlərin qorunmasının əhəmiyyətini və teleradionun dövlətçilik tariximizdək

16 noyabr
.

Saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, aşağıdakı hallardan biri olduqda saatlıq əməkhaqqı müəyyən ediləcək:

17 noyabr
.

Milli Məclis gələn ilin büdcə zərfini I oxunuşda müzakirə edir

Milli Məclisin bu gün keçirilən plenar iclasında gələn ilin büdcə zərfi, o cümlədən "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 38 milyard 518 milyo

16 noyabr