"Müəllimi oğlumun çeynədiyi saqqızı dərsdə onun başına yapışdırıb" - Video
Dərsdə saqqız çeynəyən şagirdin müəllim tərəfindən alçaldıcı rəftara məruz qaldığı iddia olunur.
"Qafqazinfo" xəbər verir ki, bu şikayətlə Xəzər TV-yə Suraxanı rayonu Dədə Qorqud qəsəbə sakini Ceyran Kazımova müraciət edib.
Onun sözlərinə görə, 315 nömrəli tam orta məktəbin müəllimi Rahibə Zəkiyeva 8-ci sinif şagirdi H.B.-dən çeynədiyi saqqızı öz saçına yapışdırmağı tələb edib, daha sonra onun saçını kəsib: "Müəllim uşağın ağzında saqqızı görərək onu lövhəyə çağırıb. Məcbur edib ki, saqqızı çıxarıb başına yapışdırsın. Uşaq da qorxusundan yavaşca yapışdırıb. Deyib ki, yox, sən yaxşı yapışdırmadın, 18-19 şagirdin qarşısında çeynəyib, tüpürcəkləyib başına yapışdıracağam..."
Valideyn qeyd edib ki, saqqızı saça daha çox yayan müəllim bundan sonra həmin hissələri qayçı ilə kəsib və uşaqları hədələyib ki, bu söhbət burada qalsın. O, hadisədən sonra 15 yaşlı oğlunun ciddi psixoloji travma aldığını, psixoloq müayinəsində olduğunu vurğulayıb.
315 saylı tam orta məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini Leyli Rüstəmova hadisə ilə bağlı araşdırma aparıldığını deyib.
Daha ətraflı süjetdə:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 632 Tarix: 09 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər
Bakı Qızlar Universitetinin fəaliyyətinin dayandırılması ilə əlaqədar tələbələrin təhsilinin fasiləsizliyinin təmin edilməsi məqsədilə onların digər ali təhsil müəssisələrinə köçürülməsi yekunlaşıb. xəbər verir ki, bu barədə Bizim.Media-ya Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib. Qey
16 sentyabrSabah 35° isti olacaq
Sentyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimal
16 sentyabrTələbələri təhdid edən oğlan universitetdən qovuldu - Açıqlama
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) birinci kurs tələbələri ilə bağlı sosial mediada paylaşılan videoya münasibət bildirib. "Qafqazinfo"nun məlumatına görə, açıqlamada qeyd olunub ki, sosial şəbəkədə yayılan video ADMİU rəhbərliyi tərəfindən araşdırılıb. Sözügedə
16 sentyabrŞəhid xanımının faciəli ölümünün səbəbi bilindi - VİDEO
Yevlax sakini, 91 yaşlı Qərənfil Məmmədovanın faciəli ölümünün səbəbi məlum olub. Baku TV-yə istinadla xəbər verir ki, qadın yaşadığı mənzilin pəncərəsindən paltar yığan zaman ayağının altından stul qaçıb və o, aşağı yıxılıb. Yevlax Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, sentyabrın 16-d
17 sentyabrTələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq
"TələbəPlus" vasitəsilə tələbələrə yeni üstünlük təqdim olunub. "Qafqazinfo" xəbər verir ki, belə ki, artıq tələbələr "BakıKart" üzrə gediş haqqını "TələbəPlus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. Bonus həm fiziki "TələbəPlus" kartı, hə
16 sentyabrAlla Axundova vəfat etdi
Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Azərbaycan SSR Əməkdar incəsənət xadimi, ssenarist, şair, tərcüməçi Alla Axundova vəfat edib. xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin sədri Abuzər Bağırov məlumat verib. Qeyd edək ki, Alla Axundova 1939-cu ildə Moskvad
17 sentyabrADMİU-dan qovulan tələbə: "Sırğa taxdığıma görə..."
Ötən gün sosial şəbəkədə açdığı canlı yayım zamanı birinci kurs tələbələrinə qarşı hədə-qorxunu əks etdirən ifadələr işlətməsinə görə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən (ADMİU) qovulan Kənan Zindadil təhsil ocağına yenidən qaytarılmasını istəyir. xəbər verir ki, bu barədə o, ö
17 sentyabr