Bundan sonra gəlinlik seçmək üçün mağazalara giriş ödənişli olacaq
Bartında toy hazırlığı görən cütlüklərlə gəlinlik salonları arasında uzun müddətdir müzakirə olunan "gəlinlik sınaq haqqı" məsələsində ilk rəsmi addım atılıb. Şəhərdə gəlinliklərin sınaqdan keçirilməsi üçün ödəniş tətbiqi qanuni əsaslara salınaraq rəsmi qiymət cədvəlinə daxil edilib.
Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, Bartın Dərzilər Palatası tərəfindən hazırlanan və Türkiyə Esnaf və Sənətkarları Konfederasiyası (TESK) tərəfindən təsdiqlənən yeni tarifə şəhərdə bu sahədə ilk rəsmi tənzimləmə kimi qiymətləndirilir.
Dərc olunan siyahıya əsasən, mağazalarda tətbiq edilə biləcək "Yeni gəlinliyin sınaq haqqı" üçün maksimum məbləğ 2 min Türkiyə lirəsi olaraq müəyyənləşdirilib. Bununla da gəlinlik sınaq haqqı rəsmi status qazanıb.
Qərar bütün gəlinlik salonlarının bu ödənişi məcburi şəkildə alacağı anlamına gəlmir. Müəyyən edilən 2 min lirə sahibkarların tətbiq edə biləcəyi ən yüksək məbləği ifadə edir. Bartındakı salonlar bu ödənişi tələb edib-etməməkdə sərbəstdirlər. Lakin sınaq haqqı almağı seçən və müəyyən edilən həddi aşan müəssisələrə qarşı qanuni tədbirlərin görüləcəyi bildirilib.
Buna baxmayaraq, qərar şəhərdə fəaliyyət göstərən gəlinlik salonları arasında fikir ayrılığı yaradıb. Tənzimləməyə etiraz edən bəzi sahibkarlar evlənməyə hazırlaşan cütlüklərin onsuz da ciddi maliyyə yükü altında olduqlarını vurğulayıblar.
Qərara qarşı çıxan salon sahibləri "Bartın kiçik şəhərdir, burada hər kəs bir-birini tanıyır. İnsanlardan əlavə olaraq 2 min lirə tələb etmək doğru deyil. Bu qərar müştərilərin mağazalardan uzaqlaşmasına səbəb olacaq" deyərək tətbiqi öz müəssisələrində həyata keçirməyəcəklərini bildiriblər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 732 Tarix: 09 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər
Bakı Qızlar Universitetinin fəaliyyətinin dayandırılması ilə əlaqədar tələbələrin təhsilinin fasiləsizliyinin təmin edilməsi məqsədilə onların digər ali təhsil müəssisələrinə köçürülməsi yekunlaşıb. xəbər verir ki, bu barədə Bizim.Media-ya Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib. Qey
16 sentyabrSabah 35° isti olacaq
Sentyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimal
16 sentyabrTələbələri təhdid edən oğlan universitetdən qovuldu - Açıqlama
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) birinci kurs tələbələri ilə bağlı sosial mediada paylaşılan videoya münasibət bildirib. "Qafqazinfo"nun məlumatına görə, açıqlamada qeyd olunub ki, sosial şəbəkədə yayılan video ADMİU rəhbərliyi tərəfindən araşdırılıb. Sözügedə
16 sentyabrŞəhid xanımının faciəli ölümünün səbəbi bilindi - VİDEO
Yevlax sakini, 91 yaşlı Qərənfil Məmmədovanın faciəli ölümünün səbəbi məlum olub. Baku TV-yə istinadla xəbər verir ki, qadın yaşadığı mənzilin pəncərəsindən paltar yığan zaman ayağının altından stul qaçıb və o, aşağı yıxılıb. Yevlax Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, sentyabrın 16-d
17 sentyabrTələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq
"TələbəPlus" vasitəsilə tələbələrə yeni üstünlük təqdim olunub. "Qafqazinfo" xəbər verir ki, belə ki, artıq tələbələr "BakıKart" üzrə gediş haqqını "TələbəPlus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. Bonus həm fiziki "TələbəPlus" kartı, hə
16 sentyabrAlla Axundova vəfat etdi
Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Azərbaycan SSR Əməkdar incəsənət xadimi, ssenarist, şair, tərcüməçi Alla Axundova vəfat edib. xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin sədri Abuzər Bağırov məlumat verib. Qeyd edək ki, Alla Axundova 1939-cu ildə Moskvad
17 sentyabrADMİU-dan qovulan tələbə: "Sırğa taxdığıma görə..."
Ötən gün sosial şəbəkədə açdığı canlı yayım zamanı birinci kurs tələbələrinə qarşı hədə-qorxunu əks etdirən ifadələr işlətməsinə görə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən (ADMİU) qovulan Kənan Zindadil təhsil ocağına yenidən qaytarılmasını istəyir. xəbər verir ki, bu barədə o, ö
17 sentyabr