"Şuşa Bəyannaməsi Türk dünyasının strateji birliyini rəsmiləşdirən tarixi sənəddir" - Bəhruz Quliyev

"Şuşa Bəyannaməsi Türk dünyasının strateji birliyini rəsmiləşdirən tarixi sənəddir" - Bəhruz QuliyevŞuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək mərhələsini ifadə edən, iki qardaş dövlət arasında müttəfiqlik münasibətlərini hüquqi və siyasi müstəviyə daşıyan tarixi sənəddir. 2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan bu bəyannamə təkcə iki ölkə arasında münasibətlərin deyil, bütövlükdə Türk dünyasının və regionun gələcək təhlükəsizlik, əməkdaşlıq arxitekturasının əsasını təşkil edən mühüm siyasi sənəddir.
Şuşa Bəyannaməsinin imzalanmasının xüsusi simvolik mənası var. Sənəd Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən sonra işğaldan azad edilmiş Şuşada imzalanmaqla, qardaş Türkiyənin Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə verdiyi dəstəyin növbəti təsdiqi oldu. Bu addım həm də bütün dünyaya Azərbaycan-Türkiyə birliyinin sarsılmaz olduğunu nümayiş etdirdi.

Bəyannamənin məzmununa nəzər saldıqda görürük ki, sənəd siyasi, hərbi, iqtisadi, enerji, nəqliyyat, humanitar və informasiya sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Ən mühüm məqamlardan biri qarşılıqlı hərbi yardım öhdəliyidir. Bəyannaməyə əsasən, tərəflərdən birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və ya beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşı təhdid və ya təcavüz olduğu halda, bir-birinə lazımi dəstək göstərmək barədə razılığa gəliblər.

Sənəddə müdafiə sənayesində əməkdaşlığın gücləndirilməsi, silahlı qüvvələrin müasir tələblərə uyğun inkişaf etdirilməsi, birgə hərbi təlimlərin keçirilməsi və təhlükəsizlik sahəsində koordinasiyanın artırılması da öz əksini tapıb. Bu müddəalar regionda sülhün və sabitliyin təmin olunmasına xidmət edən mühüm amillərdən biridir.
Şuşa Bəyannaməsi iqtisadi əməkdaşlıq baxımından da böyük əhəmiyyət daşıyır. Sənəddə nəqliyyat-kommunikasiya layihələrinin inkişafı, beynəlxalq dəhlizlərin genişləndirilməsi, enerji təhlükəsizliyi və qarşılıqlı investisiyaların təşviqi məsələləri xüsusi yer tutur. Xüsusilə, regionun nəqliyyat xəritəsini dəyişdirəcək layihələrin reallaşdırılması istiqamətində ortaq mövqe ifadə olunub.

Bəyannamədə Türk dünyasının birliyi, ortaq tarixi və mədəni irsin qorunması, gənclər siyasəti, təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi də mühüm prioritet kimi müəyyənləşdirilib. Bu, sənədin yalnız hərbi-siyasi deyil, həm də mənəvi və sivilizasiya xarakterli əhəmiyyət daşıdığını göstərir.

Bu gün Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin yol xəritəsi olmaqla yanaşı, regionda yeni geosiyasi reallıqların formalaşmasının əsas sütunlarından biri hesab olunur. Sənəd Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" fəlsəfəsinin siyasi-hüquqi ifadəsi, Türk dünyasının həmrəyliyinin və strateji əməkdaşlığının parlaq nümunəsidir.
Şuşa Bəyannaməsi göstərdi ki, Azərbaycan və Türkiyə yalnız dost və qardaş ölkələr deyil, eyni zamanda ortaq maraqları, ortaq təhlükəsizlik məkanı və ortaq gələcək vizyonu olan müttəfiq dövlətlərdir. Bu sənədin tarixi əhəmiyyəti də məhz bundan ibarətdir. Azərbaycandan yüksələn bu birlik modeli bu gün regionun sabitliyi, təhlükəsizliyi və inkişafı üçün etibarlı təminatlardan biri kimi çıxış edir.

Bəhruz Quliyev
Səs qəzetinin baş redaktoru, siyasi ekspert


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 327   Tarix: 11 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ADMİU-dan qovulan tələbə: "Sırğa taxdığıma görə..."

Ötən gün sosial şəbəkədə açdığı canlı yayım zamanı birinci kurs tələbələrinə qarşı hədə-qorxunu əks etdirən ifadələr işlətməsinə görə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən (ADMİU) qovulan Kənan Zindadil təhsil ocağına yenidən qaytarılmasını istəyir. xəbər verir ki, bu barədə o, ö

17 sentyabr
.

Azərbaycanın Xankəndi şəhəri ilə qardaşlaşma prosedurunu başlayan ilk Avropa şəhəri Rumıniyanın Baia Mare şəhəri oldu

17 sentyabr tarixində Rumıniyanın Baia Mare şəhərinin meri Ioan Doru Denkuş və Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov Baia Mare və Xankəndi şəhərləri arasında qardaşlaşma sazişin imzanması haqqında niyyət protokolu imzalayıblar

17 sentyabr
.

Tələbənin həm oxuyub, həm işləməsi karyerasına hansı üstünlükləri verə bilər? - AÇIQLAMA

Universitet illərində təhsillə yanaşı işləməyə üstünlük verən tələbələrin sayı artır. İş təcrübəsi tələbəyə həm maddi baxımdan dəstək ola, həm də gələcək peşə fəaliyyəti üçün praktiki bacarıqlar qazandıra bilər. Lakin iş saatlarının çox olması, yorğunluq və dərslərə kifayət qədər vaxt ayırmamaq təhsi

16 sentyabr
.

UNEC-ə gedən yoldakı təmir tələbələrə çətinlik yaratdı - Açıqlama - Video

Sosial şəbəkələrdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ikinci tədris binasının qarşısında tikinti işlərinin getməsi və ali təhsil müəssisəsinə gedən tələbələrin çətinliklə üzləşməsi ilə bağlı görüntülər yayılıb. "Qafqazinfo" məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlə

16 sentyabr
.

Bakı ABŞ Konqresində böyük həmləyə hazırlaşır

Milli Məclis əlaqələrin inkişafı üçün xüsusi tədbirlər nəzərdə tutub; bu yaxınlaşma 907-ci düzəlişin ləğvinə təsir edəcəkmi?. Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələsinə uyğun olaraq Milli Məclisin ABŞ Konqresi ilə əlaqələrin inkişaf etdirilməsinə yönəlmiş xüsusi tədbirlər həyata keçirməsi nəzərd

16 sentyabr
.

Şəxsiyyət vəsiqəsində ANA ADI yazılmalıdır? - AÇIQLAMA

Hazırda şəxsiyyət vəsiqəsində valideynlərə dair məlumatların necə əks etdirilməsi məsələsi cəmiyyətdə müzakirə olunan mövzulardan biridir. Həm ata, həm də ana adının sənəddə göstərilməsi uşağın hər iki valideyni ilə bağlı məlumatların eyni formada təqdim olunması baxımından yeni yanaşma kimi qiymətləndiril

17 sentyabr
.

Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq

"TələbəPlus" vasitəsilə tələbələrə yeni üstünlük təqdim olunub. "Qafqazinfo" xəbər verir ki, belə ki, artıq tələbələr "BakıKart" üzrə gediş haqqını "TələbəPlus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. Bonus həm fiziki "TələbəPlus" kartı, hə

16 sentyabr
.

Qarabağın yeni reallıqları beynəlxalq diplomatik korpusun gözü ilə

Sentyabrın 11-12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri regionda postmünaqişə reallıqlarının beynəlxalq diplomatik dairələr tərəfindən yerində müşahidə olunması baxımından diqqət çəkən hadisəyə çevrildi. İki gün davam edən səfərdə 58 ölkən

17 sentyabr
.

Qarabağa diplomatik səfər niyə erməni dairələrində narahatlıq yaratdı? Yeni reallıqla köhnə siyasi ritorikanın toqquşması

Sentyabrın 11-12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri regionda yaranmış yeni siyasi reallıqların beynəlxalq diplomatik dairələr tərəfindən yerində müşahidə edilməsi baxımından diqqət çəkən hadisəyə çevrildi. İki günlük səfərdə 58 ölkən

17 sentyabr