"SOCAR artıq yalnız neft və qaz hasil edib satan bir qurum deyil, öz bacarıqlarını ixrac edən bir şirkətə çevrilir" - Elnur Soltanov
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bacarıq ixrac edən şirkətə çevrilir.
Sonxeber.az xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov "Dayanıqlılıq və enerji transformasiyası" mövzusunda Bakıda keçirilən "Technovation" Forumunda bildirib.
Onun sözlərinə görə, 2020-2025-ci illər arasında Azərbaycanda təbii qaz hasilatında əhəmiyyətli artım müşahidə olunub: "Lakin ehtimal ki, biz yaxın gələcəkdə bu miqyasda kəskin artımı yenidən görməyəcəyik. SOCAR ilə bağlı müşahidələr isə çox yaxşı bir nümunədir və mən əvvəl dediklərimə istinad edirəm. SOCAR Sovet standartları dövründə formalaşarkən, həmin dövr üçün kifayət qədər inkişaf etmiş bir şirkət idi. Lakin eyni zamanda maliyyə və texnologiya baxımından xarici dəstəyə arxalanırdı və bunun müqabilində böyük ödənişlər edirdi.
Bu gün isə SOCAR-ın fəaliyyətində fərqli bir tendensiya müşahidə olunur. Şirkət Azərbaycanla yanaşı Gürcüstan, Türkiyə və İtaliya daxil olmaqla bir sıra Avropa ölkələrində dəyər zəncirinin müxtəlif mərhələlərinə inteqrasiya olunur".
"SOCAR artıq yalnız neft və qaz hasil edib satan bir qurum deyil, öz bacarıqlarını ixrac edən bir şirkətə çevrilir. Söhbət artıq təkcə neft və qazdan deyil, həm də bilik, idarəetmə və texnoloji kompetensiyaların ixracından gedir. Məncə, iqtisadi inkişafın ən mühüm göstəricisi də məhz budur - bir ölkənin insan kapitalında toplanmış bacarıqları qlobal bazarda sata bilməsi", - deyə nazir müavini əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 400 Tarix: 11 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ADMİU-dan qovulan tələbə: "Sırğa taxdığıma görə..."
Ötən gün sosial şəbəkədə açdığı canlı yayım zamanı birinci kurs tələbələrinə qarşı hədə-qorxunu əks etdirən ifadələr işlətməsinə görə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən (ADMİU) qovulan Kənan Zindadil təhsil ocağına yenidən qaytarılmasını istəyir. xəbər verir ki, bu barədə o, ö
17 sentyabrUNEC-ə gedən yoldakı təmir tələbələrə çətinlik yaratdı - Açıqlama - Video
Sosial şəbəkələrdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ikinci tədris binasının qarşısında tikinti işlərinin getməsi və ali təhsil müəssisəsinə gedən tələbələrin çətinliklə üzləşməsi ilə bağlı görüntülər yayılıb. "Qafqazinfo" məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlə
16 sentyabrBakı ABŞ Konqresində böyük həmləyə hazırlaşır
Milli Məclis əlaqələrin inkişafı üçün xüsusi tədbirlər nəzərdə tutub; bu yaxınlaşma 907-ci düzəlişin ləğvinə təsir edəcəkmi?. Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələsinə uyğun olaraq Milli Məclisin ABŞ Konqresi ilə əlaqələrin inkişaf etdirilməsinə yönəlmiş xüsusi tədbirlər həyata keçirməsi nəzərd
16 sentyabrŞəxsiyyət vəsiqəsində ANA ADI yazılmalıdır? - AÇIQLAMA
Hazırda şəxsiyyət vəsiqəsində valideynlərə dair məlumatların necə əks etdirilməsi məsələsi cəmiyyətdə müzakirə olunan mövzulardan biridir. Həm ata, həm də ana adının sənəddə göstərilməsi uşağın hər iki valideyni ilə bağlı məlumatların eyni formada təqdim olunması baxımından yeni yanaşma kimi qiymətləndiril
17 sentyabrTələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq
"TələbəPlus" vasitəsilə tələbələrə yeni üstünlük təqdim olunub. "Qafqazinfo" xəbər verir ki, belə ki, artıq tələbələr "BakıKart" üzrə gediş haqqını "TələbəPlus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. Bonus həm fiziki "TələbəPlus" kartı, hə
16 sentyabrQarabağın yeni reallıqları beynəlxalq diplomatik korpusun gözü ilə
Sentyabrın 11-12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri regionda postmünaqişə reallıqlarının beynəlxalq diplomatik dairələr tərəfindən yerində müşahidə olunması baxımından diqqət çəkən hadisəyə çevrildi. İki gün davam edən səfərdə 58 ölkən
17 sentyabr