"Şuşa Bəyannaməsi" iki qardaş dövlət arasında strateji tərəfdaşlığın müttəfiqlik səviyyəsinə yüksəldiyini rəsmən təsbit etdi

"Şuşa Bəyannaməsi" iki qardaş dövlət arasında strateji tərəfdaşlığın müttəfiqlik səviyyəsinə yüksəldiyini rəsmən təsbit etdi15 iyun 2021-ci il tarixində, Vətən müharibəsindən dərhal sonra Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış, "Şuşa Bəyannaməsi" iki qardaş dövlət arasında strateji tərəfdaşlığın yeni səviyyəyə - müttəfiqlik səviyyəsinə yüksəldiyini rəsmən təsbit etdi. Bu gün biz əminliklə deyə bilərik ki, dünyada elə iki dövlət yoxdur ki, Azərbaycan və Türkiyə kimi bir-biri ilə bu qədər yaxın dostluq və qardaşlıq münasibətlərində olsun. Şuşa bəyannaməsi məhz, bu dostluq və qardaşlığın institutsionallaşdırılması, "Bir millət, iki dövlət" prinsipinin siyasi və hüquqi müstəvidə daha da möhkəmləndirilməsi idi. Bu Bəyannamənin məhz Şuşada imzalanması xüsusi məna kəsb edir. 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi nəticəsində şəhərin işğaldan azad edilməsindən sonra burada belə mühüm sənədin imzalanması ölkəmizin ərazi bütövlüyünün bərpasının və regionda yaranmış yeni geosiyasi reallıqların təsdiqi idi.

Şuşa Bəyannaməsində tərəflər qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər üzrə birgə fəaliyyət göstərmək, xarici siyasət sahəsində koordinasiyanı gücləndirmək barədə razılığa gəlmişlər. Sənəddə beynəlxalq hüququn fundamental prinsiplərinə, dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmət öz əksini tapır.

Bəyannamənin ən mühüm müddəalarından biri hərbi əməkdaşlıqla bağlıdır. Sənədə əsasən, tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə və ya ərazi bütövlüyünə qarşı təhdid və ya təcavüz halında qarşılıqlı məsləhətləşmələr aparacaq və zəruri dəstək göstərəcəklər. Bu müddəa Azərbaycan-Türkiyə münasibətlərinin müttəfiqlik xarakterini açıq şəkildə nümayiş etdirir. Bununla yanaşı, müdafiə sənayesi, hərbi təlimlər, silahlı qüvvələrin modernləşdirilməsi və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da genişləndirilməsi nəzərdə tutulur. Şuşa Bəyannaməsi ilə Türkiyə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verməsi halında, ordu ilə ölkəmizin yanında yer alacağını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır.
Şuşa Bəyannaməsində iqtisadi əlaqələrin dərinləşdirilməsi, qarşılıqlı investisiyaların artırılması, ticarət dövriyyəsinin genişləndirilməsi və nəqliyyat-logistika layihələrinin inkişaf etdirilməsi mühüm yer tutur. Xüsusilə enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq, o cümlədən Cənub Qaz Dəhlizi layihəsinin əhəmiyyəti vurğulanmışdır. Şuşa Bəyannaməsi əraziyə yeni sərmayə qoyuluşu prosesini stimullaşdırır. Regionun artan investisiya potensialı yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olacaqdır.

Regionda yeni nəqliyyat-kommunikasiya xətlərinin yaradılması, o cümlədən Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsinin vacibliyi Bəyənnamədə önəmli yer alır. Bu dəhliz Mərkəzi Asiya ilə Avropa arasındakı ticarəti genişləndirməklə yanaşı, siyasi əlaqələri də artırır və bu əlaqələrin formalaşmasında Türkiyə ilə Azərbaycan aparıcı rol oynayır. Orta Dəhlizin yeni nəfəsi olan Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi uğurla həyata keçirilir. Həmin dəmir yolu layihəsi muxtar respublikanın nəqliyyat və iqtisadi potensialını artıracaq, eyni zamanda, beynəlxalq ticarətə yeni imkanlar yaradacaq. Bu layihənin Azərbaycan, Türkiyə və bütövlükdə region ölkələri, o cümlədən Ermənistanla normallaşma kontekstində bu ölkə ilə iqtisadi əlaqələrin genişlənməsinə töhfə verəcəyi şübhəsizdir.

Bəyənnamə həmçinin təhsil, elm, mədəniyyət, gənclər siyasəti və idman sahələrində əməkdaşlığın inkişafını da əhatə edir. İki ölkə arasında ortaq tarixi və mədəni irsin qorunması, türk dünyasının inteqrasiyasının gücləndirilməsi əsas prioritetlərdən biridir. Sənədin ortaya qoyduğu mühüm məsələlərdən biri də xaricdə yaşayan türk və Azərbaycan icmaları arasında informasiya mübadiləsini artırmaq və diplomatik səyləri birləşdirməkdir.

Şuşa Bəyannaməsi yalnız ikitərəfli münasibətlərin sənədi deyil, həm də regionun gələcək təhlükəsizlik və əməkdaşlıq arxitekturasına təsir edən strateji sənəddir. Bəyannamə Cənubi Qafqazda sülhün, sabitliyin və inkişafın təmin olunmasına yönəlmiş mühüm siyasi mesaj kimi qiymətləndirilir. Müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyətdir. Ölkələr bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaqdır.

Beləliklə, Şuşa Bəyannaməsi iki qardaş dövlət arasında siyasi, hərbi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın hüquqi əsaslarını daha da möhkəmləndirmiş, münasibətləri strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəltmişdir. Bəyannamə həm Azərbaycan-Türkiyə qardaşlığının rəmzi, həm də regionun gələcək inkişafına istiqamət verən mühüm siyasi-hüquqi sənəd kimi tarixə daxil olmuşdur.

Pərvanə Vəliyeva
Milli Məclisin deputatı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 364   Tarix: 11 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Ölən öləcək, qalan qalacaq, həyat davam edir" - Rəşid Mahmudov pandemiyadan danışdı

Mütəxəssislər havaların soyuması ilə əlaqədar olaraq yoluxma sayının artacağını proqnozlaşdırırlar. Bununla bağlı artıq həyəcan təbili çalınır. Maraqlıdır insanların qapalı məkanlarda toplaşması, məktəblərin açılması həqiqətənmi yoluxmanı artıracaq?. Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşi

17 sentyabr 2021
.

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

18 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021
.

Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO

Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib

17 sentyabr 2021
.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021