Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda reabilitasiya xidmətləri niyə əlçatmazdır?
Azərbaycanda səhiyyə sisteminin ən mühüm və strateji hissələri - elmi-tədqiqat institutları, ixtisaslaşmış tibbi mərkəzlər və bərpa müəssisələri Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Bu qurumların yaradılmasında əsas məqsəd ağır xəstəliklərdən əziyyət çəkən insanların müalicəsi, reabilitasiyası, eləcə də tibbi elmin inkişaf etdirilməsi olub.
Bizimesr.com-un araşdırmasına görə, uzun illərdir vətəndaşlardan daxil olan çoxsaylı şikayətlər göstərir ki, dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılan bu institutlara düşmək faktiki olaraq mümkünsüz hala gəlib. Vətəndaşların ən çox şikayət etdiyi müəssisələrdən biri də Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutudur.
Qapılar xəstələrin üzünə niyə bağlıdır?
Məlum olduğu kimi, bu institutun tərkibində konsultativ poliklinika, stasionar şöbələr, diaqnostik tədqiqat bölmələri və müxtəlif fiziki müalicə üsullarının tətbiq olunduğu reabilitasiya şöbələri fəaliyyət göstərir. Məhz bu səbəbdən infarkt keçirmiş, insult sonrası reabilitasiyaya ehtiyacı olan, dayaq-hərəkət sistemi xəstəliklərindən əziyyət çəkən və digər ağır pasiyentlərin bu müəssisəyə yönləndirilməsi nəzərdə tutulur.
Lakin instituta müraciət edən xəstələrə əksər hallarda "yer yoxdur", "gözləmə siyahısına yazılın", "bir neçə həftə sonra yenidən müraciət edin" kimi cavablar verilir. Ən ağır vəziyyət isə məhz təcili reabilitasiya tələb edən xəstələrdə müşahidə olunur. Çünki bir çox hallarda vaxtında başlanmayan bərpa müalicəsi insanın sağlamlığına və həyat keyfiyyətinə ciddi təsir göstərir.
Dövlət vəsaiti ayrılır, nəticədən isə narazılıq var
Azərbaycan dövləti hər il səhiyyə sisteminin inkişafı üçün böyük həcmdə vəsait ayırır. Müasir tibbi avadanlıqlar alınır, binalar təmir olunur, yeni texnologiyalar tətbiq edilir.
Bəs belə olan halda vətəndaşların qarşılaşdığı əsas problem niyə məhz xidmətə çıxışdır? Əgər stasionar şöbələrdə yer yoxdursa, o zaman bu müəssisələrdə kimlər müalicə alır? Əgər xəstələr aylarla növbə gözləyirsə, institutların faktiki doluluq səviyyəsi nə qədərdir? Əgər dövlət büdcəsindən ayrılan vəsait hesabına fəaliyyət göstərən müəssisələr vətəndaşların ehtiyaclarını qarşılaya bilmirsə, ayrılan vəsaitin səmərəliliyi necə qiymətləndirilir?
Bu sualların cavabı uzun illərdir ictimaiyyətə açıqlanmır.
Reabilitasiya xidmətləri niyə əlçatmazdır?
Mütəxəssislərinin fikrincə, infarkt, insult və digər ağır xəstəliklərdən sonra ilk aylarda aparılan reabilitasiya müalicəsi xəstənin gələcək sağlamlığı üçün həlledici rol oynayır. Ancaq vətəndaşlar bildirirlər ki, dövlət müəssisələrində yer tapa bilmədikləri üçün məcburən özəl klinikalara üz tuturlar. Bu isə minlərlə manat əlavə xərc deməkdir. Pulu olmayanlar isə evdə ölmüə məhkumdur… Bir çox ailələrin isə belə xərcləri qarşılamaq imkanı yoxdur.
Bu gün Azərbaycanda minlərlə insan infarkt, insult, ağır travmalar və digər xəstəliklərdən sonra reabilitasiya xidmətlərinə ehtiyac duyur. Dövlətin balansında olan ixtisaslaşmış institutların əsas vəzifəsi məhz bu insanlara xidmət göstərməkdir. Əgər vətəndaşlar bu müəssisələrin qapısından geri qaytarılırsa, günlərlə və hətta həftələrlə gözləməyə məcbur edilirsə, o zaman sistemin fəaliyyətindəki problemlər araşdırılmalı və aydın izahat verilməlidir.
Səhiyyə naziri Teymur Musayev nəyi gözləyir? Niyə bu dövlətin imkanları ilə yaradılmış müalicə müəssisələrində insanlar müalicə oluna bilmir? Bu biabırçı prosess daha neçə il davam edəcək?
Qeyd edək ki, Teymur Musayevin fəaliyyətsizliyi artıq ölkənin səhiyyə sistemini tamamilə iflic vəziyyətə salıb. elmi-tədqiqat institutları, ixtisaslaşmış tibbi mərkəzlər və bərpa müəssisələri sözün əsl mənasında vətəndaşlara xitmət etmək imkanlarını itirib və bu artıq insanların boğazında düyünə çevirilib.
Qeyd edək ki, Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun Baş həkimi Nurlana Əliyevadır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"
"Leobank" kütləvi şikayət atəşinə tutuldu
Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama
Prezident açılışdan sonra sükan arxasına keçdi - Video
Müğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı
Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər
Badamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
Mənzurə Musayevanın işdən çıxarılan qardaşına yeni vəzifə verildi
"Bank of Baku"dan ŞİKAYƏT VAR
ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır
Tələbələri təhdid edən oğlan universitetdən qovuldu - Açıqlama
Balaəli Xosrov Maştağalıya butulka atıb? - Dostundan açıqlama
Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - FOTO