"Alko Ltd"şirkətinin zavodundan Xəzər dənizinə kimyəvi tullantı axıdılır?
Bakının Xətai rayonu ərazisində yerləşən pivə zavodu çirkab suları birbaşa Xəzər dənizinə axıdır.
XALQ xəbər verir ki, bununla bağlı videogörüntü yayımlanıb.
Bildirilib ki, axıdılan zəhərli maddə hektarlarla ərazidə suda yaşayan canlıların məhvinə səbəb olur.
"Külli miqdarda balıqlar zəhərlənir, insan sağlamlığı üçün ciddi təhlükə yaradır", - deyə şikayətdə bildirilir.
Oxu.Az-ın sorğusuna cavab olaraq Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən bildirilib ki, axıdılan kəskin qoxulu qırmızımtıl-qonur rəngli tullantı sularının laboratoriya sınaqları aparılıb.
"Xidmətimizin əməkdaşları tərəfindən 2026-cı il mayın 8-də keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, Xətai rayonu, Pivəzavod küçəsi ünvanında fəaliyyət göstərən "Alko LMD Azər Spirt 2024" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) məxsus spirtli içkilərin istehsalı zavodunda formalaşan tullantı sularının əvvəlcə açıq axarla, daha sonra isə diametri 300 mm olan yeraltı plastik boru xətti ilə Xəzər dənizi istiqamətində axıdıldığı müəyyən edilib.
Axıdılan kəskin qoxulu qırmızımtıl-qonur rəngli tullantı sularının tərkibinin müəyyən olunması məqsədilə götürülmüş su nümunələrinin laboratoriya sınaqları aparılıb. Laborator analiz nəticələrinə əsasən, su nümunələrində asılı maddələrin, oksigenə kimyəvi tələbatın (OKT), oksigenə bioloji tələbatın (OBT5) və ammoniumun miqdarının yol verilən qatılıq həddindən dəfələrlə yüksək olduğu üzə çıxıb.
Qeyd etmək istəyirik ki, tullantı sularının tərkibində OBT5, OKT və asılı maddələrin miqdarının normadan artıq olması Xəzər dənizi ekosisteminə və su bioresurslarına ciddi mənfi təsir göstərir. Belə ki, OBT5 və OKT göstəricilərinin yüksək dərəcəsi suda çoxlu üzvi və kimyəvi çirkləndiricinin olduğunu göstərir ki, bu maddələrin parçalanması suda həll olmuş oksigenin sürətlə azalmasına və nəticədə su canlılarının oksigen çatışmazlığından məhvinə səbəb ola bilər. Eyni zamanda, asılı maddələrin çox olması günəş işığının suyun dərin qatlarına keçməsini məhdudlaşdırır, fotosintezi zəiflədir, dib canlılarının üzərini örtərək onların məhvolma riskini artırır.
Aşkar edilmiş faktlara əsasən, Azərbaycan Respublikasının Su Məcəlləsinin, "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 sentyabr 1999-cu il tarixli 146 saylı Qərarı ilə təsdiq edilmiş "Balıqçılıq su obyektlərinə zərərli təsirlərin yol verilən normaları"nın tələblərinin pozulduğu müəyyən edilib.
Bu da öz növbəsində, dəniz ətraf mühitini quruda olan mənbələrdən çirkləndirməklə insan sağlamlığı və dənizin canlı sərvətləri üçün zərərli olan, yaxud dənizdən qanuni istifadəyə mane olan maddələri və ya materialları tullama qaydalarını pozmaqla dəniz ətraf mühitini çirkləndirməklə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 252.1-ci, eyni zamanda, yerüstü və ya yeraltı suların, istifadə olunan su mənbələrinin çirkləndirilməsi, tükənməsi və ya onların təbii xassələrinin başqa cür dəyişdirilməsi, balıq və digər su bioresurslarına əhəmiyyətli zərərin vurulması ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 250.1-ci maddəsinin tələbinə əsasən cinayət tərkibinin əlamətləri olduğundan iş üzrə toplanmış materiallar pozuntunun qarşısının alınması və məsələyə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinə göndərilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"
"Leobank" kütləvi şikayət atəşinə tutuldu
Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama
Prezident açılışdan sonra sükan arxasına keçdi - Video
Müğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı
Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər
Badamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
Mənzurə Musayevanın işdən çıxarılan qardaşına yeni vəzifə verildi
"Bank of Baku"dan ŞİKAYƏT VAR
ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır
Tələbələri təhdid edən oğlan universitetdən qovuldu - Açıqlama
Balaəli Xosrov Maştağalıya butulka atıb? - Dostundan açıqlama
Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - FOTO