İxtisas seçərkən bu səhvləri etməyin - Təhsil ekspertindən mühüm tövsiyələr

İxtisas seçərkən bu səhvləri etməyin - Təhsil ekspertindən mühüm tövsiyələr"Düzgün ixtisas seçimi sadəcə universitet divarları arasında keçəcək bir neçə ilin deyil, bütöv bir insan ömrünün təyinat nöqtəsidir. Müasir dövrdə bu seçimi edərkən atılacaq ilk və ən doğru addım gəncin fərdi maraqları ilə onun daxili potensialı və real bacarıqları arasında harmoniyanı tapmaqdır. Təbii ki, insanın bir sahəyə həvəsinin olması gözəldir, lakin bu həvəs rəqabətədavamlı vərdişlərlə və fərdi istedadla qidalanmırsa, gələcəkdə yarımçıq mütəxəssislərin yetişməsinə rəvac verir. Eyni zamanda, zamanın nəbzini tutmaq, yerli və qlobal əmək bazarının sürətlə dəyişən arxitekturasını dərindən təhlil etmək mütləqdir. Bu gün seçilən ixtisas gəncin ayağını yerdən kəsməməli, əksinə, onu sabahın rəqəmsal və yaşıl iqtisadiyyat reallıqlarına hazırlamalıdır. İxtisas seçərkən gənclər strateji düşünməli, subbakalavr dərəcəsi verən yüksək peşə təhsilindən tutmuş ali təhsil pillələrinədək bütün ömürboyu öyrənmə imkanlarını geniş bir vizionla dəyərləndirməlidirlər".

Bu sözləri Sonxeber.az-a təhsil eksperti Şəmsi Qoca danışıb.

O, açıqlamasında qeyd edib ki, abituriyentlərin bu taleyüklü dönəmdə etdikləri ən böyük və təhlükəli səhv isə kor-koranə "diplom xatirinə" seçim etmək, dəb arxasınca qaçmaq və ya ixtisasların cəmiyyətdəki zahiri parıltısına aldanmaqdır:

"Çox zaman gənclər öz gələcəklərini deyil, valideynlərinin reallaşmamış arzularını yaşamaq məcburiyyətində qalırlar ki, bu da sonradan fərdin öz peşəsinə yadlaşması ilə nəticələnir. Digər tərəfdən, əmək bazarının bugünkü və gələcək tələblərini deyil, yalnız keçmişin stereotiplərini əsas götürmək, texnoloji transformasiyanı görməzdən gəlmək abituriyentləri işsizlik dalğası ilə üz-üzə qoyur. Unutmaq olmaz ki, robotların və süni intellektin insan zəkasını sınağa çəkdiyi bu əsrdə mexaniki vərdişlərə söykənən peşələr sıradan çıxır. Gənclər yalnız keçid ballarına görə təsadüfi seçimlər etməkdən çəkinməli, emosional qərarlarla deyil, fərdi bacarıqlarının fəlsəfəsinə inanaraq və əmək bazarının sabahını oxuyaraq öz gələcək karyeralarının memarına çevrilməlidirlər".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1649   Tarix: 12 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu ərazilərə qar yağır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində qeyri-sabit yağıntılı və küləkli hava şəraiti davam edir. Bəzi dağlıq ərazilərdə - Altıağac, Xınalıq, Qrız, Quba, Qusar, Şahdağ, Kəlbəcər, Laçın və Qubadlıda arabir qa

16 noyabr
.

Azərbaycanda Milli Dirçəliş Günüdür

Bu gün - noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür. Bayram 1988-ci ilin noyabr-dekabrında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır. Həmin vaxt SSRİ rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı anti-Azərbaycan siyasəti nəticəsində Azərbaycanda antisovet xalq hərəkatı təşəkkü

17 noyabr
.

Bab əl-Məndəb və Hörmüz eyni vaxtda risk altında: Azərbaycan tranzit marşrutları üçün bunun mənası nədir?

Körfəzdə gərginlik yenidən artıb. Noyabrın 13-də İran İnqilab Keşikçiləri Korpusu Bəhreyndəki ABŞ radarına hücum etdiyini açıqladı. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iki dronun vurulduğunu bildirdi, itki və zərər olmadığını dedi və radar iddiasını təkzib etdi (Al Jazeera, Reuters). Hər iki tərəfin iddias

16 noyabr
.

Kirayəçi evi boşaltmaqdan imtina edirsə, ev sahibi nə etməlidir? - EKSPERTDƏN AÇIQLAMA

Kirayə münasibətlərində ev sahiblərinin üzləşdiyi problemlərdən biri də müqavilənin müddəti başa çatdıqdan və ya kirayə haqqı ödənilmədikdən sonra kirayəçinin mənzili boşaltmaqdan imtina etməsidir. Belə hallarda mülkiyyətçilər həm əmlak hüquqlarını qorumaq, həm də qanun çərçivəsində hərəkət etmək məcburiyyətind

17 noyabr
.

Direktorların işə qəbul nəticələri - Açıqlandı

2026-cı ildə keçirilmiş direktorların işə qəbulu müsabiqəsinin nəticələri elan edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb. Bildirilib ki, müsabiqədə müəyyən edilmiş tələblərə cavab verən 463 nəfər uğur qazanıb. Namizədlərin müsabiqə nəticələri barədə məlumatlar onları

16 noyabr
.

Bakıda müşavirələr keçirildi - Qarlı havalara hazırlıq tədbirləri müzakirə olundu

Bakı şəhərinin bütün rayonlarında təsdiq edilmiş tədbirlər planlarına uyğun qış mövsümündə qarlı havalara hazırlıq tədbirləri davam edir. xəbər verir ki, ilk növbədə şəhər və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib, bir sıra yaşayış və qeyri yaşayış binalarınd

17 noyabr
.

Bu hərbçilərin həyat yoldaşlarına müavinət ödənilməsi təklif olunur

Yeni xidmət yerinə köçən hərbçilərin həyat yoldaşlarına minimum əməkhaqqı məbləğində müavinət ödənilməsi təklif olunur. Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib. Arzu Nağıyev deyib ki, bununla bağlı "Hərb

17 noyabr
.

Mediaya ayrılan pul çox azdır - Deputat

Mediaya ayrılan pul çox azdır. xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2027-ci ilin dövlət büdcəsi zərfinin müzakirəsində deputat Hikmət Babaoğlu deyib. Deputat bildirib ki, düşüncəni, milli düşüncə platformasının keyfiyyətini təyin edən mediadır, televiziyalardır, televiziy

16 noyabr
.

Saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, aşağıdakı hallardan biri olduqda saatlıq əməkhaqqı müəyyən ediləcək:

17 noyabr