"Şuşa Bəyannaməsi Qafqaz regionunda sabitliyin və uzunmüddətli sülhün təmin edilməsinə mühüm töhfədir" - DEPUTAT

"Şuşa Bəyannaməsi Qafqaz regionunda sabitliyin və uzunmüddətli sülhün təmin edilməsinə mühüm töhfədir" - DEPUTAT2021-ci il iyunun 15-də "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanmasının beş ili tamam olur.Şuşa Bəyannaməsi İkinci Qarabağ Müharibəsində Azərbaycanın Ermənistan üzərində əldə etdiyi qələbəsindən sonra regionda yaranan yeni geosiyasi reallıqların məntiqi nəticəsi kimi çox mühüm bir tarixi sənədddir.Bu Bəyannamə imzalanandan sonra baş verən hadisələr arasında xüsusi tarixi əhəmiyyət kəsb edən və Vətən müharibəsindəki möhtəşəm zəfərimizin davamı və xalqımıza böyük qürur gətirən şanlı səhifə kimi tariximizə əbədi yazılan 2023-cü ilin 19-20 sentyabrda keçirilmiş antiterror əməliyyatı nəticəsindəə suverenliyimizin təmin olunması, təkcə 30 il işğal altında olan torpaqlarımızın azad edilməsi və dirçəlişini deyil, həm də bu Zəfər sayəsində Azərbaycanın regionda yaratdığı yeni situasiya Cənubi Qafqazın sülh və sabitlik mərhələsinə keçmək, regionumuz üçün öz potensialına layiq səviyyədə sosial-iqtisadi tərəqqiyə nail olmaq ümidini artıran etibarlı və perspektivli bir amildir. Bu kontekstdə ŞUŞA Bəyannaməsi Böyük Zəfərin təntənəsidir.Böyük sərvətimiz olan suverenliyimizin təmin olunması isə daha böyük hədəflərə nail olmağımıza geniş yol açdı.Azərbaycanın ərazi bütövlüyünün bərpası və suverenliyin təmin olunması uğrunda mübarizədəki möhtəşəm qələbəsi sayəsində yaratdığı yeni situasiyada Cənubi Qafqazda uzun illər tətbiq edilən təsir rıçaqları artıq öz təsir gücünü itirib, diqtə olunan köhnə qaydalar da artıq işləmir.

Bu kontekstdə Şuşa Bəyannaməsinin ən mühüm özəlliyi onun təhlükəsizlik aspektidir. Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapıb. Bu, çox ciddi bir tarixi nailiyyətdir.Bu, bir daha göstərir ki,Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir.Bu birlik daha da möhkəmlənib, daha geniş planda yeni reallıqlar yaratmağa başlayıb,regionumuzda dayanıqlı sülh,əminamanlıq, təhlükəsizlik və dayanıqlı inkişafı təmin edən güclü amilə, düşmənlərimizlə münasibətdə isə çəkindirir gücə çevrilib.

Şuşa Bəyannaməsi Azərbaycanın milli təhlükəsizlik,müstəqilliyimizə real məzmun verilməsinin dərinləşdirilməsi baxımından əhəmiyyəti ilə yanaşı, Cənubi Qafqaz bölgəsi daxil regional təhlükəsizlik baxımından da mühüm əhəmiyyət kəsb edir.Bu baxımdan Şuşa Bəyannaməsində öz əksini tapan məsələlərin reallaşdırılması təkcə Qarabağın deyil,ümumilikdə regionun abı-havasını və mənzərəsini yaxşıya doğru əhəmiyyətli dərəcədə dəyişməyə yönəlib ki,bu da yaşadığımız regionun bütün xalqlarının əmin-amanlığı və rifahı üçün çox vacibdir.

Şuşa Bəyannaməsinin çox taleyüklü, həm regional,həm də qlobal proseslərə təsir etmə gücündə olan hərbi əməkdaşlıq aspekti təbii olaraq daha çox şərh edilsə də, bu sənəd strateji əhəmiyyət kəsb edən bütün əməkdaşlıq istiqamətlərini-siyasi münasibətlər,ticari-iqtisadi əlaqələr, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, təhsil, mədəniyyət, idman, gənclər siyasəti və sair məqamları əhatə edir. Bununla yanaşı Bəyannamədə enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi göstərilib.Zaman keçdikcə Azərbaycanın Qarabağ zəfərinin Azərbaycanla yanaşı,elə Ermənistanın özünə,Cənubi Qafqaza və dünyaya gətirdiyi faydalar daha yaxşı anlaşılaşılır. Bu baxımdan Şuşa Bəyannaməsi həm də üç Cənubi Qafqaz, eləcə də region ölkələrinin iqtisadi inkişafına da müsbət təsir edən tarixi bir sənəddir. Eyni zamanda xüsusi qeyd etmək yerinə düşər ki, gələcəklə bağlı addımlar atarkən, bu Bənannamədə təkcə iki ölkəni deyil, bölgəni əhatə edən bir qətiyyətin ifadə olunduğunu, illər keçdikcə,daha aydın şəkildə görürük.

İkinci Qarabağ müharibəsində Azərbaycanın haqq-ədaləti bərpa etməsi ilə həm də uzun zaman kəsiyindən sonra Türkiyə çox möhtəşəm bir şəkildə Cənubi Qafqazın siyasət və hərb səhnələrində öz layiqli yerini tutmağa başlayıb. Belə bir gerçəklik şəraitində Azərbaycan Qarabağı yeni həyata qaytarmaqla yanaşı, həm də regiona qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan yeni davranış tərzi, yeni həyat,yeni perspektivlər təqdim edib. Bu kontekstdə Şuşa Bəyannaməsinin əsas qayəsi də elə ondan ibarətdir ki,Azərbaycan və Türkiyə dostluq,qardaşlıq və işbirliyini daha yüksək zirvələrə daşımaqla həm özləri, həm də region ölkələri üçün yeni əməkdaşlıq modeli, yeni mühit yaradır və yaxşı gələcəyi olan perspektivlər təklif edirlər.

Şuşa Bəyannaməsi iki qardaş ölkə arasındaki strateji əməkdaşlığı ən yüksək səviyyəyə qaldırmaqla yanaşı, həm də keyfiyyətcə daha yüksək işbirliyinin güclü təminatıdır.Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərində Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq getdikcə genişlənməkdədir.Belə bir genişmiqyaslı əməkdaşlıq,eləcə də dünyada gedən proseslər, yeni geosiyasi çağırışların ticari, iqtisadi əlaqələrə yaratdığı risklərin aradan qaldırılmasında başlıca çıxış yollarından biri kimi qlobal nəqliyyat şaxələndirilməsinin aktuallığını artdığı bir zamanda,Rusiya-Ukrayna,eləcə də İsrail,ABŞ-İran müharibəsi,loqistika sahəsində yaranan yeni problemlər Şuşa Bəyannaməsində xüsusi qeyd edilən və böyük geosiyasi və iqtisadi əhəmiyyətə malik Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsinin sürətləndirilməsinin aktuallığını gündən günə daha da artırır.Zəngəzur dəhlizi,regionumuzda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası və inkişafı,həm də Orta dəhlizin inkişafının təşviqi kimi Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi,malların,insanların,sərmayələrin hərəkətində yeni bir ortaq iqtisadi dəhlizdən faydalanma işini də sürətləndirəcəkdir.Orta dəhliz eyni zamanda Türk Dövlətləri Təşkilatı (TDT) üzvlərinin ticari-iqtisadi əlaqələrdən faydalanması üçün yeni imkanlar yaratmaq baxımından TransXəzər əməkdaşlığının inkişafına və dərinləşməsinə kömək edir. Zəngəzur Dəhlizi layihənin gerçəkləşməsi Orta dəhlizin sərfəliliyini, rəqabət qabiliyyətini və faydalı iş əmsalının xeyli artıracaq.
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanmasından keçən beş il ərzində iki qardaş ölkə arasındaki strateji əməkdaşlıq daha da dərinləşib və genişlənib.Bu özünü ticari-iqtisadi əlaqələrin müsbət dinamikasında, onun türk dünyasına təsirinin multiplikativ effektlərini daha əyani göstərir.Şuşa Bəyannaməsinin altında Azərbaycan və Türkiyə prezidentlərinin imzası olsa da,onun beynəlxalq konteksdə genişmiqyaslı xarakterə malik olması, həm də ona dəlalət edir ki, Türk dünyasının davamlı inkişafına yönəlmiş qarşılıqlı fəaliyyətlərin regional və beynəlxalq müstəvidə irəli aparılmasında səyləri birləşdirir.Bəyannamədə öz əksini tapan məqamların xeyli hissəsi iki ölkənin sərhədlərini aşaraq bütün türk coğrafiyasını əhatə etməyə başlayıb. Bu baxımdan Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə tərəfindən imzalanıb, iki qardaş ölkənin siyasi iradəsinin,strateji əlaqələrinin, məqsəd, mənafe,gələcəyə ortaq baxış və bu yöndə hərəkət birliyini ifadə edən yol xəritəsini müəyyənləşdirməklə yanaşı, həm də Türk dünyasında inteqrasiya proseslərini sürətləndirən, regional əməkdaşlığı dərinləşdirən və yeni iqtisadi platformaların formalaşmasına təkan verən bir strateji yol xəritəsidir. Beş il əvvəl imzalanan tarixi Şuşa Bəyannaməsi Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası,eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi işinə, eləcə də yeni dünya düzəninə mühüm töhfədir.

Əli Məsimli
Milli Məclisin deputatı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 767   Tarix: 13 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ötən gün avtobuslara 2 milyon sərnişin minib - Rekord

Yeni tədris ili ilə əlaqədar avtobuslarla rekord sayda səfər olub. xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Bildirilib ki, 15 sentyabr 2026-cı ildə Bakı üzrə 2 milyondan çox sərnişin daşınıb. "Bu ötən ilin eyni günü ilə müqayisədə 300 00 sərnişin (+18%) artıq deməkdir"

16 sentyabr
.

Şəxsiyyət vəsiqəsində ANA ADI yazılmalıdır? - AÇIQLAMA

Hazırda şəxsiyyət vəsiqəsində valideynlərə dair məlumatların necə əks etdirilməsi məsələsi cəmiyyətdə müzakirə olunan mövzulardan biridir. Həm ata, həm də ana adının sənəddə göstərilməsi uşağın hər iki valideyni ilə bağlı məlumatların eyni formada təqdim olunması baxımından yeni yanaşma kimi qiymətləndiril

17 sentyabr
.

Diplomatik səfər niyə erməni revanşist dairələrini narahat etdi?

Sentyabrın 11-12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri regionda formalaşmış yeni reallıqların beynəlxalq diplomatik dairələr tərəfindən yerində müşahidə edilməsi baxımından mühüm hadisəyə çevrildi. Səfərdə 58 ölkəni və 9 beynəlxalq təşkilat

17 sentyabr
.

Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər

Bakı Qızlar Universitetinin fəaliyyətinin dayandırılması ilə əlaqədar tələbələrin təhsilinin fasiləsizliyinin təmin edilməsi məqsədilə onların digər ali təhsil müəssisələrinə köçürülməsi yekunlaşıb. xəbər verir ki, bu barədə Bizim.Media-ya Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib. Qey

16 sentyabr
.

Tələbələri təhdid edən oğlan universitetdən qovuldu - Açıqlama

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) birinci kurs tələbələri ilə bağlı sosial mediada paylaşılan videoya münasibət bildirib. "Qafqazinfo"nun məlumatına görə, açıqlamada qeyd olunub ki, sosial şəbəkədə yayılan video ADMİU rəhbərliyi tərəfindən araşdırılıb. Sözügedə

16 sentyabr
.

Alla Axundova vəfat etdi

Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Azərbaycan SSR Əməkdar incəsənət xadimi, ssenarist, şair, tərcüməçi Alla Axundova vəfat edib. xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin sədri Abuzər Bağırov məlumat verib. Qeyd edək ki, Alla Axundova 1939-cu ildə Moskvad

17 sentyabr
.

Bakıda 29 dərəcə isti olacaq, rayonlarda leysan yağacaq

Sabah - sentyabrın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-23 isti, gündü

17 sentyabr
.

Şəhid atası vəfat etdi - Foto

Vətən müharibəsi şəhidi Elnur Məmmədovun atası İsrafil Məmmədov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bir müddət əvvəl səhhətində ciddi problem yaranan şəhid atası Gəncədə həyatını itirib. Mərhum Gəncənin Köhnə Səbiskar qəbiristanlığında dəfn olunub. Qeyd edək ki, E. Məmmədov Kəlbəcər rayonunu

17 sentyabr
.

"Kənd məhsulu" adı məhsulun yüksək keyfiyyətli olması demək deyil - AÇIQLAMA

Bazarda "kənd məhsulu", "təbii məhsul" və "ev məhsulu" adı ilə müxtəlif qida məhsulları satılır. İstehlakçı isə məhsulun həqiqətən kənd şəraitində hazırlanıb-hazırlanmadığını və təhlükəsizlik tələblərinə cavab verib-vermədiyini yalnız görünüş və dada əsasən müəyyən etməkd

17 sentyabr