"Müsabiqənin məqsədi gənclərin texnologiyaların yaradıcısı və inkişaf etdiricisi olmasına şərait yaratmaqdır" - İndira Hacıyeva
Müsabiqənin 15 İyun - Milli Qurtuluş Günü ərəfəsində keçirilməsi rəmzi məna daşıyır.
Sonxeber.az xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini İndira Hacıyeva Bakıda keçirilən "Robot Challenge" müsabiqəsinin açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, ilk dəfə təşkil olunan tədbirdə 205 komanda iştirak edir: "Bununla yanaşı, qeyd etmək istərdim ki, bu il avtomatlaşdırma, süni intellekt, yüksək texnologiyalar və proqramlaşdırma sahələrini əhatə edən artıq yeddinci milli müsabiqəmiz keçirilir. Bu isə ölkəmizdə innovativ cəmiyyətin formalaşdırılmasına, gənclərin kreativ düşüncəsinin inkişafına və süni intellektin cəmiyyətin müxtəlif sahələrində, idarəetmədə, eləcə də insanların gündəlik həyatında oynadığı rolun daha geniş şəkildə mənimsənilməsinə verilən önəmin göstəricisidir".
Nazir müavininin sözlərinə görə, müsabiqənin keçirilməsində məqsəd gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı və inkişaf etdiricisi olmasına şərait yaratmaqdır: "Texnologiyanı görüb onu daha da təkmilləşdirmək, gündəlik həyat tərzimizin ayrılmaz hissəsinə çevirmək ölkəmizdə müəyyən edilmiş əsas inkişaf istiqamətlərindən biridir. Bu baxımdan, belə bir tədbirin keçirilməsi olduqca vacib və dəyərlidir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 455 Tarix: 13 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ötən gün avtobuslara 2 milyon sərnişin minib - Rekord
Yeni tədris ili ilə əlaqədar avtobuslarla rekord sayda səfər olub. xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Bildirilib ki, 15 sentyabr 2026-cı ildə Bakı üzrə 2 milyondan çox sərnişin daşınıb. "Bu ötən ilin eyni günü ilə müqayisədə 300 00 sərnişin (+18%) artıq deməkdir"
16 sentyabrŞəxsiyyət vəsiqəsində ANA ADI yazılmalıdır? - AÇIQLAMA
Hazırda şəxsiyyət vəsiqəsində valideynlərə dair məlumatların necə əks etdirilməsi məsələsi cəmiyyətdə müzakirə olunan mövzulardan biridir. Həm ata, həm də ana adının sənəddə göstərilməsi uşağın hər iki valideyni ilə bağlı məlumatların eyni formada təqdim olunması baxımından yeni yanaşma kimi qiymətləndiril
17 sentyabrDiplomatik səfər niyə erməni revanşist dairələrini narahat etdi?
Sentyabrın 11-12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri regionda formalaşmış yeni reallıqların beynəlxalq diplomatik dairələr tərəfindən yerində müşahidə edilməsi baxımından mühüm hadisəyə çevrildi. Səfərdə 58 ölkəni və 9 beynəlxalq təşkilat
17 sentyabrBakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər
Bakı Qızlar Universitetinin fəaliyyətinin dayandırılması ilə əlaqədar tələbələrin təhsilinin fasiləsizliyinin təmin edilməsi məqsədilə onların digər ali təhsil müəssisələrinə köçürülməsi yekunlaşıb. xəbər verir ki, bu barədə Bizim.Media-ya Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib. Qey
16 sentyabrTələbələri təhdid edən oğlan universitetdən qovuldu - Açıqlama
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) birinci kurs tələbələri ilə bağlı sosial mediada paylaşılan videoya münasibət bildirib. "Qafqazinfo"nun məlumatına görə, açıqlamada qeyd olunub ki, sosial şəbəkədə yayılan video ADMİU rəhbərliyi tərəfindən araşdırılıb. Sözügedə
16 sentyabrAlla Axundova vəfat etdi
Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Azərbaycan SSR Əməkdar incəsənət xadimi, ssenarist, şair, tərcüməçi Alla Axundova vəfat edib. xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin sədri Abuzər Bağırov məlumat verib. Qeyd edək ki, Alla Axundova 1939-cu ildə Moskvad
17 sentyabrBakıda 29 dərəcə isti olacaq, rayonlarda leysan yağacaq
Sabah - sentyabrın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-23 isti, gündü
17 sentyabrŞəhid atası vəfat etdi - Foto
Vətən müharibəsi şəhidi Elnur Məmmədovun atası İsrafil Məmmədov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bir müddət əvvəl səhhətində ciddi problem yaranan şəhid atası Gəncədə həyatını itirib. Mərhum Gəncənin Köhnə Səbiskar qəbiristanlığında dəfn olunub. Qeyd edək ki, E. Məmmədov Kəlbəcər rayonunu
17 sentyabr