Uşaqların sosial mediada nümayişi: Valideynlər nələrə diqqət etməlidirlər?

Uşaqların sosial mediada nümayişi: Valideynlər nələrə diqqət etməlidirlər?Valideynlərin övladlarının fotolarını, videolarını virtual məkanda nümayiş etdirmələri artıq adi hal alıb. Sadə bir sevincin bölüşülməsi kimi görünən bu paylaşımlar, əslində uşaqların ləyaqətinin qorunması, hüquqi məsuliyyət və kibertəhlükəsizlik kimi problemləri də özü ilə gətirir.

Müasir rəqəmsal dövrün həyatımıza gətirdiyi ən kütləvi vərdişlərdən biri də gündəlik anlarımızı sosial şəbəkələrdə bölüşməkdir. Bu tendensiyanın ən həssas və mübahisəli tərəfi isə valideynlərin öz övladlarının fotolarını, videolarını və şəxsi məlumatlarını mütəmadi olaraq virtual məkanda nümayiş etdirmələridir. Qanunvericiliyə əsasən, uşaqların üzlərinin və şəxsiyyətlərini müəyyən edən məlumatların ənənəvi mediada açıq göstərilməsi qadağan olsa da, sosial şəbəkələrdə bu sərhədlər pozulur. Valideynlər bəzən övlad sevgisindən, bəzən isə rəqəmsal trendlərə ayaq uydurmaq həvəsindən uşaqların ən məhrəm anlarını belə geniş auditoriya ilə paylaşırlar. Bəs bu kütləvi hal zərərsizdirmi? Uşağın xəbəri və razılığı olmadan edilən bu paylaşımlar onun şəxsi həyatının toxunulmazlığına, gələcək psixologiyasına və təhlükəsizliyinə hansı riskləri yaradır?

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Uşaqların sosial mediada nümayişi: Valideynlər nələrə diqqət etməlidirlər? - FOTO

"Uşaq hüquqlarının pozulmasına gətirib çıxara bilər"

Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlunun sözlərinə görə, bu paylaşımlara birmənalı şəkildə "normaldır" və ya "qadağandır" demək doğru olmasa da, bəzi hallarda onların uşaq hüquqlarının pozulmasına gətirib çıxardığı danılmazdır. Xüsusilə uşağın ləyaqətinə xələl gətirən, onu həssas vəziyyətdə göstərən, gələcəkdə psixoloji narahatlıq yarada biləcək paylaşımlar qəbuledilməzdir:

"Görüntülərin geniş auditoriyaya açıq yayılması uşağın şəxsi həyatının toxunulmazlığını poza, gələcəkdə sosial və psixoloji çətinliklərə zəmin yarada bilər. Rəqəmsal mühitdə məlumatların nəzarətsiz yayılması riski xüsusi diqqətdə saxlanılmalıdır".

"Daha müasir tənzimləmələrə ehtiyac duyulur"

T.Mərdanoğlu bildirib ki, Azərbaycan qanunvericiliyi uşaqların şəxsi həyatını və məxfiliyini qoruyur. Görüntülərin yayılması uşağın maraqlarına zidd olduqda hüquqi məsuliyyət yarada bilər:

"Media üçün konkret məhdudiyyətlər mövcud olsa da, sosial mediada valideyn paylaşımları əsasən ümumi hüquqi prinsiplərlə tənzimlənir. Rəqəmsal mühitin yaratdığı riskləri nəzərə alaraq daha müasir tənzimləmələrə ehtiyac duyulur. Lakin ümumi qadağaların tətbiqi mürəkkəb prosesdir. Valideyn uşağın qanuni nümayəndəsi olsa da, bu, hüquqları istənilən formada məhdudlaşdırmaq səlahiyyəti vermir. Əsas meyar paylaşımın uşağa zərər verməməsidir. İnkişaf etmiş ölkələrdə uşaqların məxfiliyi ilə bağlı yanaşmalar daha həssasdır. Bəzi hallarda valideyn paylaşımları hüquqi mübahisəyə çevrilir, uşağın razılığı ön plana çəkilir. Xarici təcrübənin ölkəmizdə tətbiqi mümkündür, lakin proses mərhələli olmalıdır".

"Tərəddüd varsa, paylaşmayın"

T.Mərdanoğlu komitəyə belə hallarla bağlı müraciətlərin daxil olduğunu bildirib. Müraciətlər araşdırılır və uşağın maraqları əsas götürülərək tədbirlər görülür:

"Tövsiyəmiz budur ki, hər paylaşımda "Bu, uşağımın bu günü və gələcəyi üçün doğrudanmı təhlükəsizdir?" sualını verin. Tərəddüd varsa, paylaşmamaq ən doğru seçimdir".

"Valideynlər uşağın hüquq və mənafelərini qorumağa borcludurlar"

"Ümidli gələcək" İctimai Birliyinin icraçı direktoru Kəmalə Aşumova bildirib ki, uşaqların şəxsi məlumatlarının, xüsusilə də üz görüntülərinin sosial mediada yayılması hüquqi və etik baxımdan ciddi narahatlıq doğurur:

"Uşaq hüquqları haqqında" qanunun 17-ci maddəsinə əsasən, hər bir uşağın şəxsi və ailə həyatının sirri qorunur. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, uşağın foto və video çəkilişə məruz qoyulması, o cümlədən bu materialların yayılması yolverilməzdir. Həmçinin 18-ci maddə uşağın şərəf və ləyaqətinin müdafiəsini təmin edərək, internetdə ona zərər vura biləcək hər cür davranışı qadağan edir. Qanunun 38-ci maddəsinə görə, valideynlər uşağın hüquq və mənafelərini qorumağa borcludurlar. Yəni, valideynlərin paylaşım hüququ mütləq xarakter daşımır və uşağın üstün mənafeyi ilə məhdudlaşır. "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna əsasən, uşağın şəkli fərdi məlumat hesab olunur. Bu məlumatların yayılması şəxsi həyatın toxunulmazlığını pozmamalıdır. Uşaqlar həssas qrup olduqları üçün bu yanaşma onlara daha sərt tətbiq edilir, valideynin paylaşım azadlığı uşağın məxfiliyi ilə çərçivələnir".

K.Aşumovanın sözlərinə görə, rəqəmsal mühitdə yayılan məlumatlar uzun müddət silinmir və üçüncü şəxslər tərəfindən sui-istifadə edilə bilər. Bu, kiberzorakılıq və saxta profillərin yaradılması kimi pozuntular üçün zəmin yaradır.

"Uşaq valideyninə qarşı məhkəmə iddiası qaldıra bilər"

Vəkil Turan Abdullazadə də hesab edir ki, uşaqların şəkillərinin sosial mediada kütləvi paylaşılması ciddi psixoloji və təhlükəsizlik riskləri daşıyır:

"Hər bir fərdin məxfilik hüququ var. Uşaq razılıq verə bilmədiyi üçün qərarı valideyn versə də, bu addım uşağın ali mənafelərinə zidd olmamalıdır. Konstitusiyamıza və qanunvericiliyə əsasən, hər kəsin şəxsi toxunulmazlıq hüququ var, şəxsin fotosu yalnız razılığı (uşaqlarda isə qanuni nümayəndənin razılığı) ilə yayıla bilər. Uşağın ləyaqətini alçaldan kadrlar mübahisələndirilə, hətta uşaq yetkinlik yaşına çatdıqda valideyninə qarşı məhkəmə iddiası qaldıra bilər. Praktikada zərəri sübut etməyin çətinliyi və ölkəmizdə məhkəmə presedentinin yoxluğu bu prosesi mürəkkəbləşdirsə də, paylaşımlar uşağın karyerasına və psixologiyasına zərər vurursa, o, kompensasiya və məzmunun silinməsini tələb edə bilər. Məsələn, 2023-cü ildə Fransada gənclərin valideynlərini uşaqlıq fotolarına görə məhkəməyə verməsi praktikası başlanıb".

T.Abdullazadənin fikrincə, adi və kommersiya xarakterli paylaşımlar arasında da ciddi hüquqi fərqlər var. Sponsorlu postlar və ailə bloqu formatında uşağın təsvirinin gəlir mənbəyinə çevrilməsi yeni mübahisələr yaradır:

"Ailə Məcəlləsinə görə, uşaqla bağlı məsələlər valideynlərin qarşılıqlı razılığı ilə həll olunur. Gündəlik paylaşımlarda digər valideynin razılığı birmənalı tələb olunmasa da, kommersiya məqsədli hallarda bu, tələb oluna bilər. Məsələn, ana uşağı brend simasına çevirirsə və ata razı deyilsə, o, uşağın hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilər. Burada potensial uşaq əməyindən yararlanılır və gəlir uşağa aid edilməlidir. Bütün bunlara baxmayaraq, hazırda Azərbaycan qanunvericiliyində belə hallar dəqiq tənzimlənmir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 152   Tarix: 13 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bəzi ərazilərdə yağış yağır, şimşək çaxır

Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, düşən yağıntının miqdarı Culfada 23, Daşkəsəndə 12, Naftalanda 11, Ordubadda 9

13 iyun
.

Bakı-Naxçıvan reysləri bərpa olundu

"Azərbaycan Hava Yolları"nın (AZAL) Bakı-Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub. xəbər verir ki, bununla bağlı AZAL məlumat yayıb. Bildirilib ki, uçuşlar hazırda cədvələ uyğun şəkildə icra edilir. Qeyd olunub ki, bölgədə hava şəraitinin sabitləşməsindən sonra reyslərin yerinə yetirilməs

13 iyun
.

"Hansısa ağılsız hərəkətim evliliyimi bitirə bilər"

"Alyona da, mən də qısqancıq. Alyona buna səbəb yaratmır. Amma məndə buna səbəb yarana bilər". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Emin Ağalarov rusiyalı aparıcı Svetlana Bondarçukun yutub layihəsində deyib. O, xanımı Alyona Qavrilovanın qısqanc olmasından danışıb:. "Məşhuram

13 iyun
.

Xüsusi qabiliyyət imtahanlarına start verilir

V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinin və 11 illik təhsil bazasında kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanlarının ilkin keçirilmə qrafiki müəyyən olunub. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Bildirilib ki, 22 iyundan etibarə

12 iyun
.

Leykozdan əziyyət çəkən balaca Melisa üçün yardım kampaniyasına start verildi

Ağır qan xəstəliyi olan leykozla mübarizə aparan azyaşlı Melisanın müalicəsinə dəstək olmaq məqsədilə yardım kampaniyası başladılıb. Yaxınlarının verdiyi məlumata görə, balaca Melisanın sağalması üçün uzunmüddətli və davamlı müalicəyə ehtiyac var. xəbər verir ki, ailə hər kəsi bu çətin günlərdə Melisay

12 iyun
.

Emin Əmrullayev məzunları təbrik etdi

Elm və təhsil naziri Emin Əmrullayev məzunları "Son zəng" münasibətilə təbrik edib. "Qafqazinfo" xəbər verir ki, nazirin sosial şəbəkə hesablarındakı paylaşımda deyilir:. "Əziz məzunlar,. Bu gün həyatınızın yeni bir mərhələsi başlayır. Geridə qoyduğunuz məktəb illəri sizə yalnı

13 iyun
.

Polad Həşimovun oğlu da məzun oldu - Foto

Bu gün Azərbaycanda 57 şəhid övladı on birinci sinifdən məzun olub. "Qafqazinfo" xəbər verir ki, onların arasında şəhid Milli Qəhrəman Polad Həşimovun oğlu Teymur Həşimov, şəhid polkovnik-leytenant Murad Mirzəyevin oğlu Nurlan Mirzəzadə, şəhid polkovnik-leytenant Babək Ramaldanovun oğlu Ramalda

13 iyun
.

Azərbaycanın bütün məktəblərində "Son zəng" çalınır

Bu gün Azərbaycanda 2025-2026-cı tədris ili başa çatır və bütün ümumi təhsil müəssisələrində "Son zəng" çalınır. xəbər verir ki, ənənəvi tədbir hər bir təhsil müəssisəsinin ərazisində təşkil olunmalıdır. Bu tədris ilində Azərbaycanda 116 550 şagird məzun olur. Onlardan 55 min 954 nəfəri qız

13 iyun
.

İyunun 11-də Milli Məclisdə "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin

İyunun 11-də Milli Məclisdə "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"ndan irəli gələn vəzifələr barədə ictimai dinləmə keçirilib. Aqrar siyasət komitəsinin sədr

11 iyun