FHN-dən çimərliklərlə bağlı xəbərdarlıq: Qadağandır!
Fövqəladə Hallar Nazirliyi (FHN) çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib.
Bu barədə Sonxeber.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
"Havanın isinməsi ilə əhalinin istirahət üçün üz tutduğu məkanlardan biri də su hövzələridir.
"Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, bəzi vətəndaşlar tərəfindən bu məkanlarda təhlükəsizlik qaydalarına əməl olunmaması sonda acı nəticələrə səbəb olur", - deyə müraciətdə bildirilib.
Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhalini su hövzələrində, o cümlədən çimərliklərdə təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.
Bildirilib ki, aşağıda qeyd olunan hallar qadağandır:
- çimərlik kimi nəzərdə tutulmamış yerlərdə, o cümlədən kanal və çaylarda çimmək;
- çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək;
- küləkli havada dənizə girmək;
- çimərlikdə gecələmək;
- sərxoş halda çimərlikdə olmaq;
- suda kobud hərəkətlər etmək;
- xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq!
Qeyd olunub ki, çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir. Qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir.
Vurğulanıb ki, qaydalara biganəlik insan həyatına təhlükədir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 166 Tarix: 13 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu halda pensiya verilməyəcək - BİLMƏLİ OLDUĞUNUZ DETAL
Ailə başçısını itirməyə görə pensiya hansı hallarda verilmir?. Ailə başçısını itirməyə görə əmək pensiyası sosial təminat sisteminin mühüm hissələrindən biridir və məqsədi ailə üzvlərinin maddi təminatını qorumaqdır. Lakin bu pensiyanın təyin edilməsi hər bir halda avtomatik şəkildə həyata keçirilmir
14 iyunBitki yağları kəskin bahalaşdı - QİYMƏT
Azərbaycanda qida səbətinə ən çox daxil olan məhsullardan biri də bitki yağlarıdır ki, qiymətinin artması vətəndaşları narahat etməyə bilməz. Nəzərə alsaq ki, ölkəmiz bitki yağına olan tələbatını əsasən idxal hesabına ödəyir, dünya bazarındakı qiymət dəyişiklikləri daxili bazara birbaşa təsir göstərir
14 iyunLeykozdan əziyyət çəkən balaca Melisa üçün yardım kampaniyasına start verildi
Ağır qan xəstəliyi olan leykozla mübarizə aparan azyaşlı Melisanın müalicəsinə dəstək olmaq məqsədilə yardım kampaniyası başladılıb. Yaxınlarının verdiyi məlumata görə, balaca Melisanın sağalması üçün uzunmüddətli və davamlı müalicəyə ehtiyac var. xəbər verir ki, ailə hər kəsi bu çətin günlərdə Melisay
12 iyunAzərbaycanın bu rayonlarında zəlzələ oldu (YENİLƏNİB)
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 12.06.2026-cı il tarixində yerli vaxtla saat 15:13 dəqiqədə Qəbələ seysmik stansiyasından 11 km cənub-qərbdə, Qəbəl
12 iyunQəfil ölən keçmiş səfir tanınmış şəxsin QARDAŞI İMİŞ - FOTO
Ötən gün qəfil dünyasını dəyişən Azərbaycanın Gürcüstandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənovun hansı tanınmış şəxsin qardaşı olduğu üzə çıxıb. "Unikal"a istinadən xəbər verir ki, o, xarici işlər nazirinin sabiq müavini Ramiz Həsənovun qardaşı imiş. 10:54. Azərbaycanı
12 iyunPolad Həşimovun oğlu da məzun oldu - Foto
Bu gün Azərbaycanda 57 şəhid övladı on birinci sinifdən məzun olub. "Qafqazinfo" xəbər verir ki, onların arasında şəhid Milli Qəhrəman Polad Həşimovun oğlu Teymur Həşimov, şəhid polkovnik-leytenant Murad Mirzəyevin oğlu Nurlan Mirzəzadə, şəhid polkovnik-leytenant Babək Ramaldanovun oğlu Ramalda
13 iyunAzərbaycanda maaş və pensiyalar YENİ QAYDADA ÖDƏNİLƏCƏK
Ölkədə maaş və müavinətlərin verilməsində yeni dövr başlayır. Bu barədə məlumatı Azərbaycan Mərkəzi Bankının Ödəniş Sistemləri Administratoru Tofiq Acırqayev paytaxtda təşkil olunan "Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026" platformasında açıqlayıb. O qeyd edib ki, əhalinin sosial ödənişlərini
14 iyunBu ərazilərdə iyun pensiyaları ödənildi
Bu gün Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə iyun ayının pensiyaları ödənilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb. Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən də muxtar respublik
12 iyun