Polşa Ukraynaya MiQ-29 qırıcılarını verməkdən imtina etdi

Polşa Ukraynaya MiQ-29 qırıcılarını verməkdən imtina etdiPolşa Ukraynaya MiQ-29 qırıcılarını göndərməkdən imtina edib. Kiyevin pilotsuz uçan aparatların (PUA) istehsalı və onlara qarşı mübarizə ilə bağlı məlumat və texnologiyaları təqdim etməməsi bu addımın atılmasına səbəb olub.

Oxu.Az verir ki, bu barədə "Wydarzenia" məlumat yayıb.

Polşanın milli müdafiə nazirinin müavini Tsezari Tomçik "Radio Zet"in efirində bildirib:

"Biz Ukraynaya MiQ-ləri göndərmədik. Çünki biz onlarla texnologiyaların ötürülməsi barədə razılaşmışdıq".

O qeyd edib ki, Polşa PUA sahəsində potensialını artırır, lakin texnologiyalara çıxış olmadan bu təşəbbüs çətin olacaq.

Tomçik Kiyevlə belə bir razılaşmanın əldə olunduğunu təsdiqləyib və vurğulayıb ki, məlumatlar təqdim edildikdən sonra qırıcıların verilməsi məsələsi həllini tapacaq.

Xatırladaq ki, Polşa hakimiyyəti daha əvvəl dəfələrlə Ukraynaya sovet istehsalı olan MiQ-29 qırıcılarını verməyə hazır olduğunu bəyan edib. Çünki bu ölkənin Hərbi Hava Qüvvələri daha müasir - FA-50, F-16 və F-35 təyyarələrinə keçir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 197   Tarix: 16 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Boşanmış ailələrdə böyüyən uşaqlar təhsil haqqından azad olunmalıdır - TƏKLİF

Boşanma prosesi uşaqların psixologiyası ilə yanaşı həm də təhsilinə də mənfi təsir göstərir. Ayrılıq prosesi uşaqlarda diqqət dağınıqlığı, dərsə marağın azalması, məktəbdən yayınma (absenteizm) və akademik göstəricilərin aşağı düşməsi ilə nəticələnir. Bundan əlavə, sosial və emosional bacarıqlarda yarana

16 iyul
.

"907-ci düzəlişin ləğvi Azərbaycan diplomatiyasının ABŞ-la aparacağı strateji dialoqun əsas mövzularından birinə çevrilə bilər" - Bəhruz Qul

"Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində danışıqlar yeni mərhələyə qədəm qoyduğu bir vaxtda, regionda formalaşan yeni geosiyasi reallıqlar bir sıra mühüm siyasi məsələlərin də yenidən nəzərdən keçirilməsini aktuallaşdırır. Bu kontekstdə ABŞ Konqresinin 1992-ci ild

15 iyul
.

"12 yaşlı qızımı təhqir etmək murdarçılıqdır" - Video

Aktyor Taleh Yüzbəyov onun çəkildiyi reklam çarxında qadınların estetik əməliyyatları ilə bağlı səsləndirdiyi fikirləri tənqid edənlərə cavab verib. Axşam.az xəbər verir ki, aktyor sosial şəbəkədə paylaşdığı videoda son günlər ünvanına həm tənqid, həm də təhqirlər yazıldığını bildirib. T.Yüzbəyov instaqra

15 iyul
.

Keçmiş bələdiyyə sədri vəfat etdi

Sabirabad rayonunda müxtəlif vəzifələrdə çalışmış, rayonun ictimai həyatında uzun illər xidmət göstərmiş Mirşamil Mirmurtuza oğlu Qasımov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, o, ötən gün, 83 yaşında dünyasını dəyişib. Mirşamil Qasımov uzun illər Sabirabad Rayon İstehlak Cəmiyyətinin (Raypo

15 iyul
.

Flora Kərimovanın səhhəti necədir?

Bu gün səhər saatlarında Xalq artisti Flora Kərimovanın səhhəti pisləşib. Axşam.az-ın əldə etdiyi məlumata görə, müğənni üçün Təcili Tibbi Yardım briqadası çağırılıb. İfaçıya yerində ilkin tibbi yardım göstərilib. F. Kərimovanın qızı Zümrüd Axşam.az-a açıqlamasında anasının vəziyyətinin hazırda yaxş

16 iyul
.

Antibiotik vurulan 5 aylıq hamilə qadın öldü

Quba Rayon Mərkəzi Xəstəxanasında faciəvi hadisə baş verib. "Shimal.news"a istinadən xəbər verir ki, 5 aylıq hamilə olan gənc qadın vəfat edib. İddialara əsasən, mərhuma antibiotik iynəsi vurulduqdan sonra vəziyyəti qəfil ağırlaşıb. Onun bir uşağının olduğu bildirilir. Məsələ ilə bağlı aidiyyət

16 iyul
.

AZAL brendinin yeni vizual manifesti təqdim edildi

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları şirkətin dəyərlərini, korporativ kimliyini və gələcəyə baxışını əks etdirən yeni imic çarxını ictimaiyyətə təqdim edib. Çarx milli aviadaşıyıcının prinsipləri və gələcəyə baxışını ifadə edən brend manifestidir. Son illər Azərbaycan Hava Yollar

15 iyul
.

Azərbaycan qlobal miqyasda çoxtərəfli əməkdaşlığı təşviq edən regional güc mərkəzidir

Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda çıxışı Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunu, enerji diplomatiyasını, regional təhlükəsizliyə töhfələrini və qlobal əməkdaşlıq baxışını əhatə edən mühüm siyasi mesajlarla yadda qalıb. Azərbaycan bu gün yalnız regionun deyil

15 iyul
.

Yaslardakı zəhərlənmələr lavaşla bağlı olub - Açıqlama

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən son günlər Gəncə şəhəri və Samux rayonunda yas mərasimləri zamanı ardıcıl qeydə alınmış qida zəhərlənməsi halları ilə bağlı araşdırmalar davam etdirilir. "Qafqazinfo" xəbər verir ki, iyulun 12-də Gəncə şəhərində 7 nəfərin, iyulun 14-d

16 iyul