Artıq çəki hansı sağlamlıq problemlərinə yol açır? - Səhiyyə Nazirliyinin mütəxəssisi AÇIQLADI
"Artıq çəki oynaq sağlamlığına ən çox təsir edən amillərdən biridir".
Oxu.Az xəbər verir ki, bu fikirləri "Sağlam radio"nun (93 FM) "Sağlam səhər" efirində travmatoloq-ortoped Valid Novruzov açıqlayıb.
Artıq çəki hansı sağlamlıq problemlərinə yol açır? - Səhiyyə Nazirliyinin mütəxəssisi AÇIQLADI
Onun sözlərinə görə, insanların çoxu bunu yalnız estetik məsələ kimi qəbul etsə də, əslində artıq çəki ilk növbədə diz və bud-çanaq oynaqlarına əlavə yük deməkdir:
"Məsələn, insan yeriyərkən diz oynağına bədən çəkisinin bir neçə qatı qədər təzyiq düşür. Bu səbəbdən, hətta bir neçə kiloqram artıq çəki belə illər ərzində oynaqlarda ciddi aşınmaya səbəb ola bilər. Qığırdaq toxuması zədələndikcə oynaq səthləri bir-birinə sürtünməyə başlayır və nəticədə ağrı, hərəkət məhdudluğu və deformasiya yaranır. Xəstələr çox vaxt "ayağım məni saxlamır", "pilləkəndən enməkdə çətinlik çəkirəm" və ya "yeriyəndə dizimdən səs gəlir" kimi şikayətlərlə müraciət edirlər.
Oynaq dəyişdirilməsinə səbəb olan ən əsas xəstəlik artrozdur. Artroz zamanı oynaq qığırdağı tədricən sıradan çıxır və oynaq öz funksiyasını itirməyə başlayır. Bununla yanaşı, revmatoid artrit kimi iltihabi xəstəliklər də oynaqlarda ciddi zədələnmə yarada bilər. Bud sümüyü başının avaskulyar nekrozu da xüsusilə bud-çanaq oynağının dəyişdirilməsinə səbəb olan əsas problemlərdən biridir. Bundan başqa, köhnə sınıqlar, travmalar və düzgün bitişməyən sümük zədələnmələri də zamanla oynağın sıradan çıxmasına gətirib çıxara bilər. Anadangəlmə oynaq problemləri və bəzi metabolik xəstəliklər də gələcəkdə endoprotez ehtiyacını artıra bilir".
Valid Novruzov onu da qeyd edib ki, ən vacib məqamlardan biri odur ki, artıq çəkinin azaldılması bir çox hallarda əməliyyatı gecikdirə və ya ağrıların azalmasına kömək edə bilər:
"Sağlam qidalanma, düzgün fiziki aktivlik və əzələlərin gücləndirilməsi oynaqların qorunmasında çox böyük rol oynayır. İnsanlar çox vaxt ağrını yaşlanmanın normal hissəsi hesab edərək, həkimə gec müraciət edirlər. Halbuki erkən mərhələdə başlanılan müalicə həm oynağın qorunmasına, həm də gələcəkdə daha ağır problemlərin qarşısının alınmasına kömək edir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 319 Tarix: 16 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Metro istifadəçilərinə ŞAD XƏBƏR - Tarix açıqlandı
"AZCON Holding" şirkətlərindən olan "Bakı Metropoliteni" QSC-nin "qırmızı xətti"nin "Həzi Aslanov" stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işlərində son mərhələ başlanıb. xəbər verir ki, yenidənqurma işləri təxminən 280 metrlik sahədə üç mərhələ üzr
17 sentyabrADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birinci kurs tələbələri ilə bağlı sosial mediada paylaşılan video narazılığa səbəb olub. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkədə "leylakenan" adlı profildən canlı yayıma çıxan şəxslər ADMİU-nun birinci kurs tələbələr
16 sentyabr"Leobank" kütləvi şikayət atəşinə tutuldu
Rəqəmsal bankçılıq xidməti olan "Leobank"ın tətbiqində və daxili əməliyyat sistemində kütləvi texniki nasazlıq yaranıb. "Yeni Sabah" xəbər verir ki, sosial şəbəkələrdə bankın fəaliyyətindən narazı olan yüzlərlə müştəri şikayət paylaşmağa başlayıb. İstifadəçilərin sözlərinə görə, bi
16 sentyabrQarabağın yeni reallıqları beynəlxalq diplomatik korpusun gözü ilə
Sentyabrın 11-12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri regionda postmünaqişə reallıqlarının beynəlxalq diplomatik dairələr tərəfindən yerində müşahidə olunması baxımından diqqət çəkən hadisəyə çevrildi. İki gün davam edən səfərdə 58 ölkən
17 sentyabrAzərbaycanda zəlzələ oldu
Saatlı stansiyasından 25 km cənubda İmişli rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yeraltı təkanın maqnitudası 3.1, dərinliyi isə 43 km olub. Zəlzələ hiss edilməyib
16 sentyabrAzərbaycanda hərbi rütbələrin verilməsi qaydasına dəyişiklik edilir
Hərbi rütbənin vaxtından əvvəl verilməsi qaydası dəyişir. xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" v
16 sentyabrBalaəli Xosrov Maştağalıya butulka atıb? - Dostundan açıqlama
Meyxanaçı Balaəli ilə Xosrov Maştağalı arasında baş verdiyi iddia olunan "butulka" davasına aydınlıq gətirilib. Meyxanaçı Balaəlinin dostu Ramin Qaynarinfo-ya açıqlamasında hadisədən xəbərsiz olduğunu bildirib. "Dünənki tədbirdə mən olmamışam. Tədbir anidən təşkil olunub. Məlumatı səhə
16 sentyabrŞəhid atası vəfat etdi - Foto
Vətən müharibəsi şəhidi Elnur Məmmədovun atası İsrafil Məmmədov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bir müddət əvvəl səhhətində ciddi problem yaranan şəhid atası Gəncədə həyatını itirib. Mərhum Gəncənin Köhnə Səbiskar qəbiristanlığında dəfn olunub. Qeyd edək ki, E. Məmmədov Kəlbəcər rayonunu
17 sentyabr