"Ümumi təhsil haqqında" Qanuna təklif olunan dəyişikliklər nələri ehtiva edir?

"Ümumi təhsil haqqında" Qanuna təklif olunan dəyişikliklər nələri ehtiva edir?Təhsil müəssisələri yalnız akademik biliklərin verildiyi məkan deyil, həm də uşaqların şəxsiyyət kimi inkişaf etdiyi, sosial bacarıqlar qazandığı, kollektiv davranış vərdişlərini mənimsədiyi və gələcək ictimai həyata hazırlaşdığı mühüm sosial institutlardır. Məktəb mühitində formalaşan nizam-intizam, davranış mədəniyyəti, qarşılıqlı hörmət və məsuliyyət hissi şagirdlərin gələcək peşəkar ictimai fəaliyyətində mühüm rol oynayır. Məhz buna görə təhsil sahəsində həyata keçirilən islahatlar yalnız qanunvericilik bazasının təkmilləşdirilməsinə deyil, eyni zamanda müasir, təhlükəsiz, nizamlı və keyfiyyətli təhsil mühitinin formalaşdırılmasına yönəlib. Bu kontekstdə dövlət ümumi təhsil müəssisələrində geyimlə bağlı vahid yanaşmanın hüquqi əsaslarının dəqiqləşdirilməsi və təhsil prosesinin bütün iştirakçıları üçün ümumi prinsiplərin müəyyən olunması təhsil idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində mühüm addım hesab edilir. "Ümumi təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa təklif edilən dəyişikliklər də məktəbdaxili təşkilati mədəniyyətin möhkəmləndirilməsinə, peşəkar iş mühitinin inkişafına və tədris prosesinin səmərəliliyinin artırılmasına xidmət edir.

Sonxeber.az AZƏRTAC-a istinadən qanun layihəsində nəzərdə tutulan dəyişikliklərin əsas məqsədləri və gözlənilən nəticələri ilə bağlı təhlilini təqdim edir:

Xüsusilə qeyd olunmalıdır ki, təhsil müəssisələrində vahid yanaşmanın tətbiqi yalnız zahiri görünüş məsələsi kimi qiymətləndirilməməlidir. Bu yanaşma məktəbin idarəetmə fəlsəfəsinin və təşkilati mədəniyyətinin ayrılmaz tərkib hissəsidir. Onun əsas məqsədi tədris prosesinə diqqətin daha çox yönəldilməsi, təhsil mühitinə uyğun olmayan və diqqəti yayındıra biləcək vizual elementlərin minimuma endirilməsidir. Bu baxımdan həm təhsilalanların, həm də təhsilverənlərin zahiri görünüşündə müxtəlif subkulturaları və cərəyanları simvolizə edən atributların, eləcə də qeyri-rəsmi və ictimai etik normalara uyğun hesab edilməyən geyim elementlərinin minimuma endirilməsi məktəb mühitinin neytrallığının, nizamlılığının və təlimyönümlü xarakterinin qorunmasına xidmət edir. Beləliklə, məktəb mühitində diqqətin zahiri fərqliliklərə deyil, ilk növbədə, təhsil prosesinə, şəxsi inkişafa və əldə olunan nailiyyətlərə yönəldilməsi vahid yanaşmanın əsas məqsədlərindən biri kimi çıxış edir.

Ümumi təhsil haqqında Qanuna təklif olunan dəyişikliklər nələri ehtiva edir?

Mövcud məktəbli forması dəyişdirilmir

Ölkəmizdə dövlət ümumi təhsil müəssisələrində məktəbdaxili nizam-intizamın və təşkilati mühitin gücləndirilməsi təhsil siyasətinin prioritetlərindən biridir. Aydın və vahid qaydalar əsasında fəaliyyət göstərən məktəblərdə tədris prosesi daha səmərəli təşkil olunur, müəllim və şagird münasibətləri qarşılıqlı hörmət, məsuliyyət və peşəkarlıq prinsipləri üzərində formalaşır, sağlam və təhlükəsiz təhsil mühitinin inkişafı təmin edilir. Vahid yanaşmanın tətbiqi məktəbdə kollektiv məsuliyyət hissinin möhkəmlənməsinə, ümumi qaydalara hörmət mədəniyyətinin inkişafına və təhsil müəssisəsinin təşkilati kimliyinin güclənməsinə töhfə verir. Həmçinin bu yanaşmanın tətbiqi dünyanın bir çox ölkəsində qəbul edilən təcrübədir və peşəkar atmosferin formalaşdırılmasının mühüm elementlərindən hesab olunur.

Təhsilalanlarla bağlı qanunvericilikdə nəzərdə tutulan dəyişiklik isə dövlət ümumi təhsil müəssisələrində artıq müəyyən edilmiş geyim tələblərinə riayət olunmasının hüquqi müstəvidə təsbit edilməsini nəzərdə tutur. Bu dəyişiklik yeni məktəbli formasının tətbiqi və ya mövcud formanın dəyişdirilməsi demək deyil. Əsas məqsəd mövcud qaydaların hüquqi əsaslarını daha da dəqiqləşdirmək və onların bütün dövlət ümumi təhsil müəssisələrində vahid yanaşma əsasında tətbiqini təmin etməkdir.

Məktəbli forması uzun illərdir təhsil mühitinin təşkilati mədəniyyətinin ayrılmaz elementlərindən biri kimi tətbiq olunur. O, şagirdlərdə məktəbə aidlik hissinin, kollektiv ruhun, nizam-intizamın və məsuliyyət anlayışının formalaşmasına müsbət təsir göstərir. Bununla yanaşı, vahid məktəbli forması sosial-iqtisadi fərqlərin zahiri görünüş üzərindən ön plana çıxmasının qarşısını almağa, ayrı-seçkilik risklərini minimuma endirməyə və şagirdlərin diqqətinin daha çox təhsil prosesinə, şəxsi inkişafına və akademik nailiyyətlərinə yönəlməsinə əlverişli şərait yaradır. Bu baxımdan məktəbli forması yalnız geyim elementi deyil, həm də bərabər imkanların, məktəb kimliyinin və vahid təhsil mühitinin formalaşdırılmasına xidmət edən mühüm təşkilati vasitələrdən biri kimi qiymətləndirilir.

Ümumi təhsil haqqında Qanuna təklif olunan dəyişikliklər nələri ehtiva edir?

Müəllimlərin işgüzar görünüşü peşəkar təhsil mühitinin mühüm elementidir

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsasın yaradılması da dövlət ümumi təhsil müəssisələrində peşəkar iş mühitinin və təşkilati mədəniyyətin daha da möhkəmləndirilməsinə yönəlib. Müəllim yalnız bilik və bacarıqları şagirdlərə çatdıran şəxs deyil, eyni zamanda, davranışı, ünsiyyət mədəniyyəti və peşəkar görünüşü ilə onlar üçün nümunə rolunu yerinə yetirir. Bu baxımdan müəllimin işgüzar üslubda olması onun peşəkar statusunu, məsuliyyətini və təhsil müəssisəsinin nümayəndəsi kimi daşıdığı missiyanı daha dolğun şəkildə ifadə edir. Səliqəli, sadə və işgüzar geyim müəllimin pedaqoji fəaliyyətinin səmərəli təşkili baxımından mühüm amillərdən hesab olunur. Belə görünüş dərs prosesində diqqətin əsas məqsəddən yayınmamasına kömək edir, müəllimin sinfi idarəetmə bacarıqlarını və ünsiyyət effektivliyini dəstəkləyir. Eyni zamanda, şagirdlərdə müxtəlif mühitlərə uyğun geyim seçimi, peşəkar davranış mədəniyyəti və etik ünsiyyət normaları ilə bağlı düzgün yanaşmanın formalaşmasına müsbət təsir göstərir. Müəllimin geyimi onun gündəlik fəaliyyətinin xarakterinə uyğun, rahat və praktik olmaqla yanaşı, məktəbin peşəkar mühitini əks etdirən xüsusiyyətlərə malik olmalıdır.

Ümumi təhsil haqqında Qanuna təklif olunan dəyişikliklər nələri ehtiva edir?

Müəllimlər üçün vahid işgüzar yanaşmanın tətbiqi məktəblərdə korporativ idarəetmə mədəniyyətinin inkişafına da mühüm töhfə verir. Peşəkar görünüş müəllim kollektivində komanda ruhunun, qarşılıqlı həmrəyliyin və ortaq təşkilati dəyərlərin güclənməsinə xidmət edir. Şagirdlər üçün məktəbli forması məktəb kimliyinin və aidlik hissinin ifadəsi olduğu kimi, müəllimlər üçün də işgüzar geyim təhsil müəssisəsinin korporativ mədəniyyətinin, peşəkar davranış standartlarının və institusional dəyərlərinin mühüm tərkib hissəsi kimi çıxış edir. Bu yanaşma məktəbin ictimai nüfuzunun möhkəmlənməsinə, valideynlərin təhsil müəssisəsinə etimadının daha da artmasına və ümumilikdə sağlam, nizamlı və peşəkar təhsil mühitinin formalaşmasına xidmət edir.

Ümumi təhsil haqqında Qanuna təklif olunan dəyişikliklər nələri ehtiva edir?

Vahid təhsil mühitinin mühüm tərkib hissəsi - valideyn-məktəb əməkdaşlığı

Valideynlərin bu prosesdə iştirakı və dəstəyi xüsusi əhəmiyyət daşıyır. Məktəb ilə ailə arasında qarşılıqlı etimad və əməkdaşlığa əsaslanan münasibətlər təhsil müəssisələrində tətbiq olunan vahid yanaşmaların uğurla həyata keçirilməsinin əsas şərtlərindən biridir. Valideynlərin məktəbdə formalaşdırılan qayda və prinsipləri anlayışla qarşılaması, onları dəstəkləməsi uşaqların məktəb mühitinə daha asan uyğunlaşmasına, kollektiv məsuliyyət hissinin inkişafına və ümumi qaydalara hörmət mədəniyyətinin formalaşmasına mühüm töhfə verir. Uşaqların hərtərəfli inkişafı yalnız təhsil müəssisələrinin deyil, ailənin də ortaq məsuliyyətidir. Məktəb və valideyn arasında səmərəli əməkdaşlıq sağlam, təhlükəsiz və keyfiyyətli təhsil mühitinin formalaşdırılmasının əsas amillərindən biri hesab olunur.

Beləliklə, qanunvericilikdə nəzərdə tutulan dəyişikliklər yalnız geyim məsələsinin tənzimlənməsini hədəfləmir. Onların əsas məqsədi dövlət ümumi təhsil müəssisələrində vahid idarəetmə yanaşmasının möhkəmləndirilməsi, təşkilati mədəniyyətin inkişaf etdirilməsi, məktəbdaxili nizam-intizamın daha da gücləndirilməsi, peşəkar iş mühitinin formalaşdırılması və təhsil prosesinin bütün iştirakçıları üçün daha səmərəli şəraitin yaradılmasıdır. Eyni zamanda, bu yanaşma uşaqların maraqlarının qorunmasına, məktəb-ailə əməkdaşlığının genişləndirilməsinə, qarşılıqlı məsuliyyət və hörmət mədəniyyətinin təşviqinə, eləcə də müasir, təhlükəsiz və keyfiyyətli təhsil mühitinin davamlı inkişafına xidmət edir. Bu baxımdan nəzərdə tutulan dəyişikliklər təhsil sistemində vahid yanaşmanın gücləndirilməsinə yönəlmiş kompleks institusional addım kimi qiymətləndirilə bilər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 242   Tarix: 16 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan-ABŞ münasibətləri: Şuşadan verilən yeni siyasi mesajlar

IV Şuşa Qlobal Media Forumu artıq regional təşəbbüs çərçivəsindən çıxaraq beynəlxalq informasiya məkanının nüfuzlu platformalarından birinə çevrilib. İldən-ilə genişlənən iştirakçı coğrafiyası Forumun qlobal əhəmiyyətinin artdığını, Azərbaycanın isə beynəlxalq media dialoqunun təşkil olunduğu etibarl

15 iyul
.

Flora Kərimovanın səhhəti necədir?

Bu gün səhər saatlarında Xalq artisti Flora Kərimovanın səhhəti pisləşib. Axşam.az-ın əldə etdiyi məlumata görə, müğənni üçün Təcili Tibbi Yardım briqadası çağırılıb. İfaçıya yerində ilkin tibbi yardım göstərilib. F. Kərimovanın qızı Zümrüd Axşam.az-a açıqlamasında anasının vəziyyətinin hazırda yaxş

16 iyul
.

Qida zəhərlənmələri zamanı nə etmək lazımdır? - AÇIQLAMA

Bəzən sadə bir səhv nəticəsində həyatımıza ciddi şəkildə təsir edə bilər. Gündəlik həyatın tələsikliyində bayat yeməklər, gigiyenik olmayan qida hazırlığı ya da küçə yeməkləri kimi səbəblər mədə pozğunluğu və zəhərlənmə hallarına yol aça bilər. Daha çox da yay aylarında insanlar qida zəhərlənməsi diaqnoz

16 iyul
.

"Stimul Hospital"da faciə: Mədəkiçiltmə əməliyyatından sonra pasiyent öldü - QƏRAR

"Stimul Hospital"da həyata keçirilən mədəkiçiltmə əməliyyatından sonra pasiyentin ölümü ilə nəticələnən cinayət işi üzrə məhkəmə hökmü elan edilib. Qaynarinfo xəbər verir ki, məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinib. Ona 2 il müddətin

15 iyul
.

Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin doğum günüdür - VİDEO

İyulun 15-i Vətən müharibəsinin şəhidi, "Vətən yaxşıdır" mahnısı ilə könüllərdə taxt quran Xudayar Yusifzadənin doğum günüdür. xatırladır ki, şəhidimiz 1998-ci ildə Bərdə şəhərində anadan olub. X.Yusifzadə 2004-2015-ci illərdə Bərdə şəhərində Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbind

15 iyul
.

Şəmkirdə 11 nəfər restoranda zəhərləndi - Yenilənib

Şəmkirdə qidadan kütləvi zəhərlənmə baş verib. "Qafqazinfo" xəbər verir ki, zəhərlənmə rayondakı restoranlardan birində qeydə alınıb. İlkin ehtimala görə, məclisdə yedikləri salatdan zəhərlənən 11 nəfər Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib:. - Mədinə İsmayılova (1995. - Sevil Cəlilov

16 iyul
.

"Azərbaycan-Slovakiya münasibətləri qarşılıqlı etimad və strateji tərəfdaşlıq prinsipləri əsasında dinamik şəkildə inkişaf edir" - DEPUTAT

Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında münasibətlər qarşılıqlı hörmət, etimad və strateji tərəfdaşlıq prinsipləri əsasında dinamik şəkildə inkişaf edir. Son dövrlərdə yüksək səviyyəli qarşılıqlı səfərlər və siyasi dialoqun intensivləşməsi iki ölkə arasında əməkdaşlığın daha da möhkəmlənməsin

16 iyul
.

Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan

Bakcell abunəçilərinə yeni rəqəmsal xidmət təqdim edir. Bakcell tətbiqində istifadəyə verilən "Bakcell Games" bölməsi vasitəsilə oyunlar oynayaraq AirPods və hədiyyə internet qazanmaq mümkündür. Belə ki, yeni "Bakcell Games" bölməsində istifadəçilər "Topla & Qazan"

15 iyul
.

Sabah 38 dərəcə isti olacaq

Azərbaycanda iyulun 17-də havanın 38 dərəcə isti olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-25 isti, gündüz 30-3

16 iyul