Süni intellektlə yaradılan saxta foto və videoların paylaşılması hansı hüquqi məsuliyyətlər yarada bilər? - AÇIQLAMA
Süni intellekt texnologiyalarının sürətlə inkişafı foto və videoların hazırlanmasını daha əlçatan etsə də, bu yeniliklər yeni hüquqi problemləri də gündəmə gətirir.
Xüsusilə deepfake texnologiyaları vasitəsilə hazırlanan görüntülərin yayılması şəxsi həyatın toxunulmazlığı, şərəf və ləyaqətin qorunması, eləcə də dezinformasiya ilə mübarizə baxımından ciddi müzakirələrə səbəb olur.
Bəs süni intellektlə yaradılan saxta foto və videoların paylaşılması Azərbaycan qanunvericiliyi çərçivəsində hansı hüquqi məsuliyyətlər yarada bilər?
Hüquqşünas Xanım Yusifova bu barədə Sonxeber.az -a açıqlama verib:
"Süni intellekt vasitəsilə hazırlanmış foto və videoların yayılması bir sıra hüquqi risklər yarada bilər. Azərbaycan qanunvericiliyinə əsasən, hər bir şəxsin şərəf və ləyaqətinin, işgüzar nüfuzunun və şəxsi həyatının qorunması hüququ mövcuddur. Əgər süni intellekt texnologiyasından istifadə edilməklə hər hansı şəxsin həqiqətə uyğun olmayan görüntüsü hazırlanır və yayılırsa, bu, həmin şəxsin hüquqlarının pozulması kimi qiymətləndirilə bilər.
Xüsusilə deepfake texnologiyası vasitəsilə hazırlanmış və insanları yanlış təsəvvürə salan videoların yayılması nəticəsində vətəndaşın nüfuzuna zərər dəyərsə, zərərçəkən şəxs məhkəmə qaydasında həmin materialın təkzib edilməsini, silinməsini və ona dəymiş mənəvi ziyanın ödənilməsini tələb edə bilər.
Bundan əlavə, şəxsin razılığı olmadan onun görüntüsündən istifadə olunması, şəxsi məlumatlarının emalı və yayılması ilə bağlı məsələlər də hüquqi məsuliyyət yarada bilər. Əgər süni intellektlə hazırlanmış material dələduzluq, şantaj, böhtan və ya digər qanunazidd məqsədlərlə istifadə edilərsə, bu halda inzibati və ya cinayət məsuliyyəti məsələsi də yarana bilər.
Mövcud qanunvericilikdə süni intellekt ayrıca hüquq subyekti kimi nəzərdə tutulmasa da, həmin texnologiyadan istifadə edərək qanun pozuntusuna yol verən şəxslər öz hərəkətlərinə görə məsuliyyət daşıyırlar. Buna görə də vətəndaşlar hər hansı foto və ya videonu paylaşmazdan əvvəl onun həqiqiliyini yoxlamalı, digər şəxslərin hüquqlarına hörmətlə yanaşmalıdırlar"
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
"Leobank" kütləvi şikayət atəşinə tutuldu
Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama
Prezident açılışdan sonra sükan arxasına keçdi - Video
Müğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı
Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər
Badamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
Mənzurə Musayevanın işdən çıxarılan qardaşına yeni vəzifə verildi
"Bank of Baku"dan ŞİKAYƏT VAR
ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır
Tələbələri təhdid edən oğlan universitetdən qovuldu - Açıqlama
Balaəli Xosrov Maştağalıya butulka atıb? - Dostundan açıqlama
Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - FOTO