Məktəbdə ciddi nöqsanlar aşkarlandı: Direktor işdən çıxarıldı, məhkəmə qərarı qüvvədə saxladı

Məktəbdə ciddi nöqsanlar aşkarlandı: Direktor işdən çıxarıldı, məhkəmə qərarı qüvvədə saxladıLaçın rayonunun Taxtakörpü tam orta ümumtəhsil məktəbində aparılan yoxlama zamanı müəssisənin fəaliyyətində ciddi nöqsanlar aşkarlanıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, müəyyən edilmiş pozuntular əsasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 12 fevral 2026-cı il tarixli əmri ilə məktəbin direktoru Məmmədov Səxavətin əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq xitam verilib.

Sabiq direktor əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və işə bərpa olunması tələbi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edib. Lakin aparılan araşdırma nəticəsində iddia əsassız hesab olunaraq rədd edilib.

Məhkəmə işəgötürən tərəfindən verilmiş əmrin qanunvericiliyin tələblərinə uyğun olduğunu müəyyən edib və əmək münasibətlərinə xitam verilməsi üçün hüquqi əsasların mövcudluğunu təsdiqləyib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi faktı APA-ya təsdiqləyib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1324   Tarix: 16 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Antibiotik vurulan 5 aylıq hamilə qadın öldü

Quba Rayon Mərkəzi Xəstəxanasında faciəvi hadisə baş verib. "Shimal.news"a istinadən xəbər verir ki, 5 aylıq hamilə olan gənc qadın vəfat edib. İddialara əsasən, mərhuma antibiotik iynəsi vurulduqdan sonra vəziyyəti qəfil ağırlaşıb. Onun bir uşağının olduğu bildirilir. Məsələ ilə bağlı aidiyyət

16 iyul
.

"907-ci düzəlişin ləğvi Azərbaycan diplomatiyasının ABŞ-la aparacağı strateji dialoqun əsas mövzularından birinə çevrilə bilər" - Bəhruz Qul

"Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində danışıqlar yeni mərhələyə qədəm qoyduğu bir vaxtda, regionda formalaşan yeni geosiyasi reallıqlar bir sıra mühüm siyasi məsələlərin də yenidən nəzərdən keçirilməsini aktuallaşdırır. Bu kontekstdə ABŞ Konqresinin 1992-ci ild

15 iyul
.

"Sosial şəbəkələrdən nəzarətsiz və həddindən artıq çox istifadə ailələrdə boşanma riskini artırır" - Sosioloq

Azərbaycanda 2026-cı ilin ilk 6 ayı ərzində 10 350 boşanma faktı qeydə alınıb.Əhalinin hər 100 nəfərinə düşən boşanma sayı: 1,9 - 2,0 səviyyəsində qərarlaşıb. Bu gün boşanma səbəbləri arasında sosial şəbəkələrdən istifadə də var. Sosial şəbəkələrdən nəzarətsiz və qeyri-etik istifadə Azərbaycanda boşanm

16 iyul
.

Şəmkirdə 11 nəfər restoranda zəhərləndi - Yenilənib

Şəmkirdə qidadan kütləvi zəhərlənmə baş verib. "Qafqazinfo" xəbər verir ki, zəhərlənmə rayondakı restoranlardan birində qeydə alınıb. İlkin ehtimala görə, məclisdə yedikləri salatdan zəhərlənən 11 nəfər Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib:. - Mədinə İsmayılova (1995. - Sevil Cəlilov

16 iyul
.

13 yaşlı oğlan qıcolmadan öldü

Şəmkir rayonunda 13 yaşlı oğlan qıcolmadan vəfat edib. "Qafqazinfo"nun məlumatına görə, rayonun Dəllər qəsəbə sakini 2013-cü il təvəllüdlü Y. Məmmədovun səhhəti hamamda pisləşib və qıcolma baş verib. Nəticədə o, boğularaq ölüb. Faktla bağlı araşdırma başlanılıb

16 iyul
.

Azərbaycanın "yumşaq güc" siyasəti və beynəlxalq platformaya çevrilən Qlobal Media Forumu

Son illər Azərbaycanın evsahibliyi ilə keçirilən bir sıra tədbirlər artıq qlobal miqyaslı platformalarda öz yerini alıb. Qlobal Bakı Forumu, Mədəniyyətlərarası Dialoq Forumu və bu kimi beynəlxalq əhəmiyyətli tədbirlər sırasına Qlobal Media Forumu da əlavə olunub. Artıq Bakının "yumşaq güc"

15 iyul
.

Azərbaycanda autizmli uşaqların sayı sürətlə artır - RƏQƏMLƏR

Azərbaycanda son 5 ildə tibb müəssisələrində autizm sindromlu şəxslərin sayı artıb. -ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən bildirilib ki, 2021-i ildən 2025-i ilə dək 13 min 676 şəxsə autizm sindromu diaqnozu qoyulub. Statistikaya görə, uşaq autizmi diaqnozu ilə qeydiyyatda olanları

15 iyul
.

23 yaşlı oğlan dənizə batdı

Xəzər rayonu, Bilgəh qəsəbəsi, "Daçnik" adlanan nəzarətsiz ərazidə 1 nəfər batıb. Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə ən yaxın xilasetmə məntəqəsindən 3 km aralıda baş verib. FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasedicilər

16 iyul
.

Sakinlər mərasim evindən narazıdır - Sahibkar "Mən ağlamağa icazə vermirəm" deyir

Sumqayıtda yerləşən "Levent 2" yaşayış kompleksinin sakinləri binanın aşağı hissəsində mərasim evinin açılmasından narazıdır. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Baku TV"yə danışan şikayətçi Könül Əhmədova düşünür ki, yaşayış binasında yas mərasimlərinin keçirilməs

15 iyul