"Onunla son saatlarımı keçirirəm" - Qızının faciəvi ölümündən yazdı
Tanınmış vəkil Fərhad Mehdiyev qızının avtomobil qəzasında faciəvi şəkildə həlak olması ilə bağlı paylaşım edib.
"Sonxeber.az xəbər verir ki, o, paylaşımında övlad itkisinin gətirdiyi kədəri ifadə edib.
"Hər kəs uşağı ilə məzuniyyət şəkillərini paylaşır, mən isə deyə bilərəm ki qızım, şıltağım Zəhra artıq bu dünyada yoxdur.
Zəhramın faciəvi ölümündə əsas səbəbkar Bakı - Sumqayıt sürət yolunda, yolun sol tərəfində dayanmış avtomobil idi. Həmin avtomobilin sağ zolağı da dolu olduğuna görə və həmin zolaqla da avtomobillər keçdiyinə görə, onun sağdan keçmək kimi bir imkanı da yox idi. Həmin sürücü o nasaz maşını ilə dünən bir neçə insanın dünyasını yıxdı.
Zəhramın faciəvi ölümünün ikinci səbəbi isə onun motosikl sürməsi idi. Motosikl deyil, minik avtomobili sürsəydi, həmin o yaramaz avtomobilə çırpılsa belə, hər halda sağ qalardı. Onu motosikldən uzaqlaşdıra bilməməyim həyatda ən böyük uğursuzluq və səhv olaraq bir valideyn olaraq qəlbimə yazılacaq.
Mən qardaşımı, atamı, əmilərimi torpağa vermişəm. Öz balamı torpağa verəcəyimi düşünmək çox ağırdır.
Onunla son saatlarımı keçirirəm. Onu torpağa gömməyə tələsmirəm. Birlikdə keçirə bilmədiyimiz anlarımızı səssiz və soyuq bir ayrılıqda keçiririk.
Bu yazının altında "Allah rəhmət eləsin" də yazmayın. O deyil.
Yaxınlarınıza qarşı göstərdiyimiz hər bir ehmalkarlığın bədəlini bir gün ağır ödəyirik.
Səni çox istəyirəm, Zəhra, gedişinin ağrısı uzun çəkəcək", - F.Mehdiyev yazıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 371 Tarix: 17 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Diplomatik səfər niyə erməni revanşist dairələrini narahat etdi?
Sentyabrın 11-12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri regionda formalaşmış yeni reallıqların beynəlxalq diplomatik dairələr tərəfindən yerində müşahidə edilməsi baxımından mühüm hadisəyə çevrildi. Səfərdə 58 ölkəni və 9 beynəlxalq təşkilat
17 sentyabrRamiz Mehdiyevin işində onlar da dindirilib
Uzun illər Azərbaycanın siyasi hakimiyyətində mühüm postlar tutmuş Ramiz Mehdiyev gələn həftə təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılacaq. "Qafqazinfo" 88 yaşlı "Boz kardinal"ın cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid qismində dindirilmiş şəxslərdə
16 sentyabrMakiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"
Məktəblinin ilk dərs günü ilə bağlı çəkdiyi video sosial şəbəkədə müzakirələrə yol açıb. xəbər verir ki, görüntüləri Azərbaycan Uşaqlar Birliyinin sədri, Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin təsisçisi Kəmalə Ağazadə sosial şəbəkə hesabında yayımlayıb. Videoda şagird məktəbə hazırlaşdığı və makiya
16 sentyabrAzərbaycanda abortların sayı ilə bağlı DƏHŞƏTLİ STATİSTİKA
Azərbaycanda abortların sayı kəskin artıb. -a istinadən xəbər verir ki, son 15 ildə Azərbaycanda abort halları 30% artıb. Belə ki, ötən il Azərbaycanda 95 875 doğuş və 95.1 min abort qeydə alınıb. Bununla da ölkədə hər 100 doğulan körpəyə 99 abort faktı düşür. Maraqlıdır ki, 2010-cu ildə bir milyonda
16 sentyabr"SAB"ın kəsmiyi xarab çıxdı - VİDEO
Sosial şəbəkələrdə yerli qida istehsalçılarından birinin məhsulu ilə bağlı növbəti narazılıq işıqlandırılıb. "Yeni Sabah" xəbər verir ki, "Müştəriyəm, şikayətim var" qrupunda Əminə Abdullayeva adlı vətəndaş "Sab" markasına aid kəsmik məhsulunun qablaşdırması ilə tərkibini
16 sentyabrŞəhid atası vəfat etdi - Foto
Vətən müharibəsi şəhidi Elnur Məmmədovun atası İsrafil Məmmədov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bir müddət əvvəl səhhətində ciddi problem yaranan şəhid atası Gəncədə həyatını itirib. Mərhum Gəncənin Köhnə Səbiskar qəbiristanlığında dəfn olunub. Qeyd edək ki, E. Məmmədov Kəlbəcər rayonunu
17 sentyabr