Ən çox D vitamini hansı qidada var? - Həkim ən faydalı 10 məhsulu açıqladı
D vitamini əsasən heyvan mənşəli, qismən isə bitki mənşəli məhsullardan təbii şəkildə əldə oluna bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə magistr dərəcəli səhiyyə mütəxəssisi, həkim Sintiya Sass "Health" nəşrində yazıb.
ABŞ Milli Səhiyyə İnstitutlarının məlumatına görə, insanın gündəlik D vitamini tələbatı yaş və defisit riskindən asılıdır.
Uşaqlıqdan orta yaş dövrünə qədər adətən gündə təxminən 600 BV D vitamini tələb olunur. Hamilə və süd verən qadınlar üçün də eyni göstərici keçərlidir. 1 yaşadək körpələrə 400 BV, 70 yaşdan yuxarı şəxslərə isə 800 BV D vitamini tövsiyə olunur.
Həkimin sözlərinə görə, D vitamininə yüksək risk qrupuna daxil olan insanlar daha çox ehtiyac duyurlar. Bu qrupa ana südü ilə qidalanan körpələr, yaşlılar, tünd dərili şəxslər, həzm sistemi xəstəlikləri (Kron xəstəliyi, xoralı kolit, çölyak xəstəliyi) olanlar, mədə şuntlama əməliyyatı keçirmiş şəxslər və artıq çəkidən əziyyət çəkənlər daxildir.
Bundan başqa, xolesterini azaldan bəzi dərmanlar, qıcolma əleyhinə preparatlar, steroidlər və arıqlama dərmanları qəbul edən şəxslərdə də ehtiyac artır. Xroniki böyrək və qaraciyər xəstəlikləri olanlar da risk qrupuna daxildir.
Sintiya Sass D vitamini ilə zəngin 10 məhsulu açıqlayıb:
1. Forel
85 qram buxarda bişirilmiş foreldə 12,06 mkq (təxminən 60%) D vitamini var.
2. Qızılbalıq
85 qram bişmiş qızılbalıqda 383 BV (48%) D vitamini mövcuddur.
3. Badam südü
226 qram badam südündə 199 BV (24,9%) D vitamini var.
4. Sardina
106 qram yağda konservləşdirilmiş sardinalarda 178 BV (22%) D vitamini olur.
5. Yulaf südü
226 qram yulaf südündə 156,4 BV (19,5%) D vitamini var.
6. Süd məhsulları
1 stəkan tam süd (3,25%) 124 BV (15,5%) D vitamini ehtiva edir.
7. Soya südü
227 qram soya südündə 120 BV (15%) D vitamini mövcuddur.
8. Yumurta
1 böyük qaynadılmış yumurtada 43,5 BV (5,4%) D vitamini var.
9. Tuna balığı
85 qram bişmiş tuna balığında 40 BV (5%) D vitamini olur.
10. Göbələklər
1 stəkan bişmiş şiitake göbələyində 40,6 BV (5%) D vitamini var.
Araşdırmalara görə, günəş işığına məruz qalan göbələklərdə D vitamini miqdarı daha yüksək ola bilər. "Nutrients" jurnalında dərc olunan tədqiqatda qeyd olunur ki, belə göbələklər düzgün saxlanmadıqda və bişirildikdə D vitamini səviyyəsini qismən itirə bilər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
"Leobank" kütləvi şikayət atəşinə tutuldu
Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama
Prezident açılışdan sonra sükan arxasına keçdi - Video
Müğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı
Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər
Badamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
Mənzurə Musayevanın işdən çıxarılan qardaşına yeni vəzifə verildi
"Bank of Baku"dan ŞİKAYƏT VAR
ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır
Tələbələri təhdid edən oğlan universitetdən qovuldu - Açıqlama
Balaəli Xosrov Maştağalıya butulka atıb? - Dostundan açıqlama
Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - FOTO