İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 17-də ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Abraham Hamadeni qəbul edib.
Sonxeber.az xəbər verir ki, Prezident İlham Əliyev Donald Trampın ikinci dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycan-ABŞ əlaqələrinin uğurla inkişaf etdiyini vurğulayıb.
ABŞ prezidenti ilə şəxsi münasibətlərinin yüksək səviyyədə olduğunu deyən dövlətimizin başçısı Birləşmiş Ştatlara səfərlərini və Donald Trampla görüşlərini, həmçinin vitse-prezident Cey Di Vensin ölkəmizə səfərini məmnunluqla xatırlayıb, "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası"nın imzalanmasını münasibətlərimizin genişləndirilməsi baxımından tarixi rola malik olduğunu qeyd edib.
Söhbət zamanı Abraham Hamadenin ABŞ Konqresində Azadlığa Dəstək Aktına 907-ci düzəlişin ləğvi ilə bağlı irəli sürülmüş qanun layihəsinə həmmüəllif olmasının əhəmiyyətinə toxunulub.
Prezident İlham Əliyev Abraham Hamadenin ölkəmizə səfərinin uğurlu olacağına əminliyini bildirib.
Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edən qonaq ölkəmizin coğrafi baxımdan çox nadir bir məkanda yerləşdiyini deyib.
O, həmçinin Azərbaycanda UFC və "Formula-1" kimi mötəbər idman yarışlarının keçirildiyini də vurğulayıb.
Söhbət zamanı Azərbaycan və ABŞ prezidentlərinin strateji tərəfdaşlığımızın dərinləşdirilməsi istiqamətində səylərinə toxunularaq, hər iki liderin dövlətlərarası münasibətlərimizin inkişafına böyük önəm verdikləri qeyd olunub.
Donald Trampın Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasında rolu xüsusi vurğulanıb, regional nəqliyyat bağlantılarının inkişafı baxımından TRIPP dəhlizinin yaradacağı imkanlara toxunulub.
Görüşdə ölkəmizlə ABŞ Konqresi arasında dialoqun möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, iqtisadi-ticari, sərmayə, enerji, təhlükəsizlik, bağlantılar, texnologiya və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib, Azərbaycan-ABŞ tərəfdaşlığının perspektivləri müzakirə olunub.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
"Leobank" kütləvi şikayət atəşinə tutuldu
Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama
Prezident açılışdan sonra sükan arxasına keçdi - Video
Müğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı
Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər
Badamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
Mənzurə Musayevanın işdən çıxarılan qardaşına yeni vəzifə verildi
"Bank of Baku"dan ŞİKAYƏT VAR
ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır
Tələbələri təhdid edən oğlan universitetdən qovuldu - Açıqlama
Balaəli Xosrov Maştağalıya butulka atıb? - Dostundan açıqlama
Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - FOTO