Baş nazir: Azərbaycan açıq iqtisadiyyat və biznesin təşviqi siyasətini həyata keçirir
Azərbaycan ardıcıl olaraq açıq iqtisadiyyat və sahibkarlıq fəaliyyətinin təşviqi siyasətini həyata keçirir".
Sonxeber.az "Report"a istinadla xəbər verir ki, bu barədə Azərbaycanın Baş naziri Əli Əsədov V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda deyib.
Hökumət başçısı vurğulayıb ki, son 20 il ərzində ölkə iqtisadiyyatına 350 milyard dollardan çox investisiya yatırılıb ki, bunun da demək olar, yarısı xarici investisiyaların payına düşüb.
"Ölkədə investorların hüquqlarının etibarlı müdafiəsini, investisiyaların toxunulmazlığı zəmanətini, kapitalın sərbəst hərəkətini və bütün bazar iştirakçıları üçün bərabər şərtləri təmin edən müasir qanunvericilik bazası formalaşdırılıb. Azərbaycanın mühüm rəqabət üstünlüyü onun Avrasiyanın əsas nəqliyyat marşrutlarının kəsişməsində yerləşən unikal coğrafi mövqeyidir. Ardıcıl olaraq həyata keçirilən infrastruktur layihələri ölkəmizi regionun ən mühüm nəqliyyat-logistika qovşaqlarından birinə çevirib", - deyə o bildirib.
Ə.Əsədov həmçinin qeyd edib ki, hazırda Azərbaycan müasir nəqliyyat infrastrukturunun, dəniz limanlarının, dəmir yolu və avtomobil magistrallarının inkişafına böyük həcmdə maliyyə vəsaiti yatırmağa davam edir, bu isə "regional əlaqələrin möhkəmləndirilməsinə və biznes imkanlarının genişləndirilməsinə töhfə verir".
Onun sözlərinə görə, yaşıl energetikanın inkişaf etdirilməsi də investisiyalar üçün perspektivli istiqamətdir:
"Azərbaycan qarşısına milli enerji balansında bərpa olunan enerji mənbələrinin payını artırmaqla bağlı iddialı hədəflər qoyub. Günəş və külək enerjisi sahəsində irimiqyaslı layihələr həyata keçirilir, aparıcı beynəlxalq şirkətlər cəlb olunur və investorlar üçün yeni imkanlar yaradılır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 248 Tarix: 17 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birinci kurs tələbələri ilə bağlı sosial mediada paylaşılan video narazılığa səbəb olub. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkədə "leylakenan" adlı profildən canlı yayıma çıxan şəxslər ADMİU-nun birinci kurs tələbələr
16 sentyabrBakıda 29 dərəcə isti olacaq, rayonlarda leysan yağacaq
Sabah - sentyabrın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-23 isti, gündü
17 sentyabrRamiz Mehdiyevin işində onlar da dindirilib
Uzun illər Azərbaycanın siyasi hakimiyyətində mühüm postlar tutmuş Ramiz Mehdiyev gələn həftə təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılacaq. "Qafqazinfo" 88 yaşlı "Boz kardinal"ın cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid qismində dindirilmiş şəxslərdə
16 sentyabrBakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər
Bakı Qızlar Universitetinin fəaliyyətinin dayandırılması ilə əlaqədar tələbələrin təhsilinin fasiləsizliyinin təmin edilməsi məqsədilə onların digər ali təhsil müəssisələrinə köçürülməsi yekunlaşıb. xəbər verir ki, bu barədə Bizim.Media-ya Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib. Qey
16 sentyabrAzərbaycanda abortların sayı ilə bağlı DƏHŞƏTLİ STATİSTİKA
Azərbaycanda abortların sayı kəskin artıb. -a istinadən xəbər verir ki, son 15 ildə Azərbaycanda abort halları 30% artıb. Belə ki, ötən il Azərbaycanda 95 875 doğuş və 95.1 min abort qeydə alınıb. Bununla da ölkədə hər 100 doğulan körpəyə 99 abort faktı düşür. Maraqlıdır ki, 2010-cu ildə bir milyonda
16 sentyabrAlla Axundova vəfat etdi
Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Azərbaycan SSR Əməkdar incəsənət xadimi, ssenarist, şair, tərcüməçi Alla Axundova vəfat edib. xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin sədri Abuzər Bağırov məlumat verib. Qeyd edək ki, Alla Axundova 1939-cu ildə Moskvad
17 sentyabr