Şəxsin razılığı olmadan psixiatrik yoxlama hansı hallarda aparılacaq?
Prokurorun qərarı ilə psixiatrik, habelə profilaktik müayinə aparılması mümkün olacaq.
Sonxeber.az xəbər verir ki, bu, Milli Məclisin Səhiyyə komitəsinin bugünkü iclasında müzakirə olunan "Psixiatriya yardımı haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, psixiatriya müayinəsinin yekununa (diaqnoza) dair dərhal müayinə üçün müraciət etmiş şəxsə, prokurora və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat veriləcək.
Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə psixiatriya yardımının gecikdirilməsi onun özünün, yaxud başqa şəxslərin həyat və sağlamlığına təhlükə yaradarsa, şəxsin özünün və ya qanuni nümayəndəsinin razılığı olmadan psixiatriya müayinəsinin aparılması ilə bağlı qərar inzibati xətaya dair iş üzrə icraatı aparan prokuror və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) səlahiyyətli vəzifəli şəxs tərəfindən qəbul ediləcək. Bu halda da prokurorun və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) səlahiyyətli vəzifəli şəxsinin qərarı ilə psixiatriya müayinəsi, habelə profilaktik müayinə aparılacaq.
Məcburi hospitallaşdırma (tibbi xarakterli məcburi tədbirlər) zamanı pasiyentin özü və ya digər şəxslər üçün bilavasitə təhlükə doğuran hərəkətlərinin qarşısının alınması məqsədilə psixiatriya müəssisəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən həddlərdə rejim qaydaları və təhlükəsizlik tədbirləri təmin olunacaq.
Psixi pozuntu vəziyyətində olan şəxsin məhkəmənin qərarına qədər qeyri-könüllü psixiatriya stasionarına yerləşdirilməsi haqqında həkim-psixiatrın qərarı barədə müvafiq psixiatriya müəssisəsinin rəhbəri dərhal həmin şəxsin yaxın qohumlarına və ya qanuni nümayəndələrinə, prokurora və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) səlahiyyətli vəzifəli şəxsinə məlumat verməlidir.
Psixiatriya yardımı alan və ya əvvəllər psixiatriya yardımı almış şəxsə göstərilən yardım tədbirləri barədə məlumatlar şəxsin özü tərəfindən elektron sağlamlıq kartı sistemindən əldə ediləcək. Həmin şəxsin qanuni nümayəndəsinə qeyd olunan məlumatlar onun yazılı müraciətindən sonra iki iş günü ərzində müəssisənin müdiriyyəti tərəfindən təqdim olunacaq. Müalicədən imtina edilməsi ilə bağlı məlumatlar elektron sağlamlıq kartı sisteminə daxil ediləcək.
Tibbi xarakterli məcburi tədbirlərə cəlb edilən şəxslərin stasionar müalicəsi digər pasiyentlərdən təcrid olunmaqla aparılacaq.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Mətbəx dizaynında yeni dövr başlayır - Soyuducular gizlədilir
Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?
Azərbaycanlı milyarderlərin Moskvadakı bazarı PUA ilə vuruldu - VİDEO
Vətəndaşlar həyətdəki su quyularına görə pul ödəyəcəklər? - RƏSMİ AÇIQLAMA
DÇ 2026-da BÖYÜK SÜRPRİZ - qrupdan çıxacaq komandalar açıqlandı
Tətil cəhənnəmə dönəcək - Bu insanlarla səyahətə çıxmayın
Bakının ən təmiz çimərlikləri AÇIQLANDI
Qarpız toxumu yemək olarmı? Dietoloqların cavabı təəccübləndirdi
Azərbaycanda yumurtanın qiyməti 1 qəpiyə düşdü: Səbəb nədir?
Sabiq icra başçısını oğluna aldığı "Range Rover" satıldı - MƏBLƏĞ
Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu...
Məşhur aktrisa dünyasını dəyişdi
Nazirliklə deputatın rəhbəri olduğu zavod arasında 21 milyonluq müqavilə
"Doktor Aygün"də pozuntular aşkarlandı - Nümayəndəsi nazirliyi günahlandırdı
TƏBİB-də yeni təyinat