"İdrak" liseyində müəllimi güllələyən yeniyetmə ev dustaqlığına buraxılmayıb

"İdrak" liseyində müəllimi güllələyən yeniyetmə ev dustaqlığına buraxılmayıbBakıda "İdrak" liseyində müəllimi güllələyən yeniyetmə ev dustaqlığına buraxılmayıb.

"Report" xəbər verir ki, bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

İş üzrə hakim elan edib ki, iş üzrə zərərçəkmiş şəxs məhkəmədə iştirak etmir və nümayəndə ilə təmsil olunur.

Prosesdə təqsirləndirilən yeniyetmənin anket məlumatları dəqiqləşdirilib. Anket məlumatlarında qeyd edilib ki, 2010-cu ildə Sumqayıtda anadan olub, orada qeydiyyatdadır. Yeniyetmə hakimin sualına cavab olaraq bildirib ki. İdrak liseyində 10 cu sinifində oxuyub.

Məhkəmədə o elan edilib ki, yeniyetmənin anası məhkəmə prosesində onun qanuni nümayəndəsi qismində iştirak edir.

Yeniyetmənin vəkili Rəşad Mirmehdizadə məhkəmədə vəsatət qaldıraraq ki, məhkəmə baxışını qapalı keçirilməsi ilə bağlı vəsatət qaldırıb.

O qeyd edib ki, yetkinlik yaşına çatmayan şəxs bağlı

Daha sonra vəkil müdafiə etdiyi yeniyetmə barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsini xahiş edib.

O deyib ki, yemitmetə hadisəni törədən zaman məsələnin mahiyyətini başa düşməyib, peşmandır:

"Həmçinin zərərçəkmiş şəxslə qanuni qaydada barışıq əldə edilib. Yaşadığı yerdən arayış təqdim edilib. İngiltərədə kurs keçib, diplomlar və nailiyyətləri var. İdrak liseyində ingilis dilindən tərcüməçi kimi tədbirlərdə iştirak edib. Özünü saxlandığı yerdə müsbət aparır. İnternetdən və orada olan oyunlardan təsirə düşüb. Bir boşluğa düşüb. Ailəsi də bu hadisəni normal qəbul etmir. Sadəcə püxtələşmiş dövründə bir boşluğa düşüb. Bunun nəticəsində belə bir hadisə baş verib. Xahiş edirik ki, indiki mərhələdə barəsində həbs qətimkan tədbiri dəyişdirilsin".

Zərərçəkmiş şəxsin nümayəndəsi də təqsirləndirilən şəxsin qaldırdığı vəsatətə etiraz etməyib.

O bildirib ki, tərəflər arasında barışıq var:

"Bu səbəbdən təqsirləndirilən şəxsin ev dustaqlığına buraxılmasına etiraz etmirik".

Məhkəmə tərəfindən təmin edilməyib.

Məhkəmə baxışı iyulunn 1-ə təyin edilib.

Qeyd edək ki, hadisə fevralın 6-da paytaxtın Binəqədi rayonunda yerləşən özəl "İdrak" liseyində baş verib.

Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, məktəbdə şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb. Fevralın 7-si Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda cinayət işi başlanılıb. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (Xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə yekun ittiham elan olunub.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 748   Tarix: 17 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021
.

Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO

Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca

17 sentyabr 2021
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ

Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"

18 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco

17 sentyabr 2021
.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021
.

Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO

Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib

17 sentyabr 2021