"Süni intellekt nə bəladır, nə də sehrli çubuq" - Təhsil eksperti
"Süni intellekt alətləri artıq həyatımızın və müasir məktəblinin reallığının bir hissəsidir. Bu səbəbdən məsələyə qadağalarla deyil, düzgün istiqamətləndirmə prizmasından yanaşmalıyıq. Şagirdlərin ChatGPT və digər oxşar texnologiyalardan istifadəsi birtərəfli qiymətləndirilə bilməz. Çünki bu alətlər düzgün istifadə olunduqda informasiyaya sürətli çıxış təmin edən, fərdi öyrənmə prosesini dəstəkləyən və yaradıcı düşüncəni inkişaf etdirən əvəzsiz köməkçiyə çevrilir".
Bu sözləri Sonxeber.az-a təhsil eksperti Şəmsi Qoca danışıb.
O, açıqlamasında qeyd edib ki, bu texnologiyanın kor-koranə və ifrat istifadəsi ciddi pedaqoji risklər də yaradır:
"Şagird verilən esseni, riyazi məsələnin həllini və ya bədii mətnin təhlilini özü düşünmək əvəzinə tamamilə maşına yazdırdıqda, bu, yaradıcı təfəkkürü zəiflədir, beyni tənbəlləşdirir və kitabxana, arxiv araşdırmaları vasitəsilə formalaşan fundamental tənqidi düşünmə bacarıqlarını sıradan çıxarır. Xüsusilə milli tariximiz, ədəbiyyatımız və tarixi toponimlərimiz barədə süni intellektin tez-tez uydurma və təhrif olunmuş məlumatlar, yəni "hallüsinasiyalar" yaratdığını nəzərə alsaq, şagirdin mənbələri yoxlamaq vərdişindən məhrum olması onu asanlıqla yanlış informasiyanın qurbanına çevirə bilər.
Bu vəziyyətdən çıxış yolu məktəblərdə və ailədə "süni intellekt savadlılığı"nın formalaşdırılması, eləcə də təhsil sistemində qiymətləndirmə metodikasının yenilənməsidir. Müəllimlər internetdən və ya süni intellektdən asanlıqla köçürülə bilən mexaniki tapşırıqlardan uzaqlaşmalı, şagirdlərin sinifdəki canlı müzakirələrinə, arqument irəli sürmək və hadisələrə müstəqil yanaşmaq bacarıqlarına daha çox önəm verməlidirlər. Şagirdlərə öyrədilməlidir ki, süni intellekt mətni və ya ideyanı sıfırdan yaradan vasitə deyil, onların öz təfəkkürünün və əməyinin məhsulu olan yazıları qrammatik və üslubi baxımdan zənginləşdirən köməkçi alətdir.
Yekun olaraq, süni intellekt nə təhsil üçün mütləq bir bəladır, nə də sehrli çubuqdur; o, sadəcə çox güclü bir alətdir. Bu alətin şagirdi korşaldan bir asılılığa, yoxsa onu zirvəyə aparan bir pilləyə çevrilməsi bizim bu prosesi necə idarə etməyimizdən asılıdır. Əsas məqsəd texnologiyanın qulu olan deyil, onu milli-mənəvi dəyərlər və tənqidi təfəkkür əsasında idarə edən bir nəsil yetişdirməkdir".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 382 Tarix: 17 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ötən gün avtobuslara 2 milyon sərnişin minib - Rekord
Yeni tədris ili ilə əlaqədar avtobuslarla rekord sayda səfər olub. xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Bildirilib ki, 15 sentyabr 2026-cı ildə Bakı üzrə 2 milyondan çox sərnişin daşınıb. "Bu ötən ilin eyni günü ilə müqayisədə 300 00 sərnişin (+18%) artıq deməkdir"
16 sentyabrBakı ABŞ Konqresində böyük həmləyə hazırlaşır
Milli Məclis əlaqələrin inkişafı üçün xüsusi tədbirlər nəzərdə tutub; bu yaxınlaşma 907-ci düzəlişin ləğvinə təsir edəcəkmi?. Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələsinə uyğun olaraq Milli Məclisin ABŞ Konqresi ilə əlaqələrin inkişaf etdirilməsinə yönəlmiş xüsusi tədbirlər həyata keçirməsi nəzərd
16 sentyabrBakıda 29 dərəcə isti olacaq, rayonlarda leysan yağacaq
Sabah - sentyabrın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-23 isti, gündü
17 sentyabrMakiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"
Məktəblinin ilk dərs günü ilə bağlı çəkdiyi video sosial şəbəkədə müzakirələrə yol açıb. xəbər verir ki, görüntüləri Azərbaycan Uşaqlar Birliyinin sədri, Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin təsisçisi Kəmalə Ağazadə sosial şəbəkə hesabında yayımlayıb. Videoda şagird məktəbə hazırlaşdığı və makiya
16 sentyabrAdil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO
Sosial şəbəkədə "Adil Black" ləqəbi ilə tanınan Adil Əmrahlı bu dəfə başından bir az da yuxarı "tullanaraq" Allahı və onun rəsulu Məhəmməd peyğəmbəri (s.ə.s.) təhqir edib. xəbər verir ki, A.Əmrahlı ABŞ-də yaşayan "Kolyaka" ləqəbli rusdilli strimerin "TikTok"d
17 sentyabrAZAL Bakıdan Aktöbəyə ilk reysini həyata keçirib (FOTO)
"Azərbaycan Hava Yolları" (AZAL) QSC Qazaxıstanın Aktobe şəhərini marşrut şəbəkəsinə əlavə edərək bu istiqamət üzrə ilk uçuşunu həyata keçirib. Bu barədə -a səhmdar cəmiyyətindən bildirilib. Yeni marşrutun açılması ilə aviaşirkətin Qazaxıstanda uçuş həyata keçirdiyi şəhərlərin sayı altıya çatıb
17 sentyabrOtuz ildən Zəfərə, Zəfərdən Suverenliyə
Bəzi tarixlər var ki, onları yalnız təqvimdəki rəqəmlərlə izah etmək mümkün deyil. Belə tarixlərin arxasında illərlə davam edən mübarizə, böyük itkilər, sarsılmaz iradə və nəsillərin bir-birinə ötürdüyü arzular dayanır. Azərbaycan xalqının müasir tarixində 20 Sentyabr məhz belə günlərdəndir. 20 Sentyab
17 sentyabr