Fərhad Mehdiyevin qızının sürücülük hüququ olmayıb - Anbaan video
Tanınmış hüquqşünas Fərhad Mehdiyevin qızı Zəhra Mehdizadənin həyatını itirdiyi qəzanın görüntüləri yayılıb.
"Qafqazinfo" xəbər verir ki, görüntüləri Baş Dövlət Yol Polisi İdarəsi ictimailəşdirib.
"16 iyun saat 17:00 radələrində Pərviz Əhmədovun idarə etdiyi "Mercedes" markalı avtomobil Bakı-Quba yolunda nasazlıq səbəbindən məcburi dayanıb.
Məcburi dayanma zamanı baş verə biləcək qəzanın qarşısının vaxtında alınması üçün zəruri təhlükəsizlik tədbirləri görmək, ən qısa müddətdə avtomobili yolun hərəkət hissəsindən kənarlaşdırmaq əvəzinə, P.Əhmədov digər sürücüləri sadəcə əl işarələri ilə xəbərdar etməklə kifayətlənib, bununla da vəzifəsini yerinə yetirdiyini güman edib.
Nəticədə nasaz nəqliyyat vasitəsinin dayandığı zolaqda hərəkətdə olan motosiklet sürücüsü 17 yaşlı Zəhra Mehdizadə mövcud şəraiti vaxtında qiymətləndirə bilməyib və gəldiyi sürətlə də avtomobilə çırpılıb.
Motosikleti sürücülük hüququ olmadan idarə edən Z.Mehdizadə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı istintaq aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri nasaz nəqliyyat vasitələri ilə yola çıxmamağa, məcburi dayanma zamanı qanunvericilikdə nəzərdə tutulmuş vəzifələri düzgün və vaxtında icra etməyə, bununla yanaşı sürücülük hüququ olmayan şəxsləri sükan arxasına əyləşməkdən çəkinməyə, özlərinin və başqalarının həyat və sağlamlığına laqeyd yanaşmamağa çağırır", - məlumatda qeyd edilib.
Sözügedən qəzanın anbaan görüntülərini təqdim edirik:
[/youtube]
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 628 Tarix: 17 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şəhid atası vəfat etdi - Foto
Vətən müharibəsi şəhidi Elnur Məmmədovun atası İsrafil Məmmədov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bir müddət əvvəl səhhətində ciddi problem yaranan şəhid atası Gəncədə həyatını itirib. Mərhum Gəncənin Köhnə Səbiskar qəbiristanlığında dəfn olunub. Qeyd edək ki, E. Məmmədov Kəlbəcər rayonunu
17 sentyabrMetro istifadəçilərinə ŞAD XƏBƏR - Tarix açıqlandı
"AZCON Holding" şirkətlərindən olan "Bakı Metropoliteni" QSC-nin "qırmızı xətti"nin "Həzi Aslanov" stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işlərində son mərhələ başlanıb. xəbər verir ki, yenidənqurma işləri təxminən 280 metrlik sahədə üç mərhələ üzr
17 sentyabrOtuz ildən Zəfərə, Zəfərdən Suverenliyə
Bəzi tarixlər var ki, onları yalnız təqvimdəki rəqəmlərlə izah etmək mümkün deyil. Belə tarixlərin arxasında illərlə davam edən mübarizə, böyük itkilər, sarsılmaz iradə və nəsillərin bir-birinə ötürdüyü arzular dayanır. Azərbaycan xalqının müasir tarixində 20 Sentyabr məhz belə günlərdəndir. 20 Sentyab
17 sentyabrŞəxsiyyət vəsiqəsində ANA ADI yazılmalıdır? - AÇIQLAMA
Hazırda şəxsiyyət vəsiqəsində valideynlərə dair məlumatların necə əks etdirilməsi məsələsi cəmiyyətdə müzakirə olunan mövzulardan biridir. Həm ata, həm də ana adının sənəddə göstərilməsi uşağın hər iki valideyni ilə bağlı məlumatların eyni formada təqdim olunması baxımından yeni yanaşma kimi qiymətləndiril
17 sentyabrŞahin Hüseynli vəzifələrindən azad edildi - FOTO
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin İnformasiya şöbəsinin müdir müavini, Rəqəmsallaşdırma sektorunun müdiri vəzifələrindən azad edilib. -ın əldə etdiyi məlumatına görə, Şahin Hüseynli öz ərizəsi ilə işdən çıxıb. Ş.Hüseynli 2025-ci ildə həmin vəzifələrə təyin olunub. O, yen
18 sentyabr