Fərhad Mehdiyevin qızının sürücülük hüququ olmayıb - Anbaan video

Fərhad Mehdiyevin qızının sürücülük hüququ olmayıb - Anbaan videoTanınmış hüquqşünas Fərhad Mehdiyevin qızı Zəhra Mehdizadənin həyatını itirdiyi qəzanın görüntüləri yayılıb.

"Qafqazinfo" xəbər verir ki, görüntüləri Baş Dövlət Yol Polisi İdarəsi ictimailəşdirib.

"16 iyun saat 17:00 radələrində Pərviz Əhmədovun idarə etdiyi "Mercedes" markalı avtomobil Bakı-Quba yolunda nasazlıq səbəbindən məcburi dayanıb.

Məcburi dayanma zamanı baş verə biləcək qəzanın qarşısının vaxtında alınması üçün zəruri təhlükəsizlik tədbirləri görmək, ən qısa müddətdə avtomobili yolun hərəkət hissəsindən kənarlaşdırmaq əvəzinə, P.Əhmədov digər sürücüləri sadəcə əl işarələri ilə xəbərdar etməklə kifayətlənib, bununla da vəzifəsini yerinə yetirdiyini güman edib.

Nəticədə nasaz nəqliyyat vasitəsinin dayandığı zolaqda hərəkətdə olan motosiklet sürücüsü 17 yaşlı Zəhra Mehdizadə mövcud şəraiti vaxtında qiymətləndirə bilməyib və gəldiyi sürətlə də avtomobilə çırpılıb.

Motosikleti sürücülük hüququ olmadan idarə edən Z.Mehdizadə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı istintaq aparılır.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri nasaz nəqliyyat vasitələri ilə yola çıxmamağa, məcburi dayanma zamanı qanunvericilikdə nəzərdə tutulmuş vəzifələri düzgün və vaxtında icra etməyə, bununla yanaşı sürücülük hüququ olmayan şəxsləri sükan arxasına əyləşməkdən çəkinməyə, özlərinin və başqalarının həyat və sağlamlığına laqeyd yanaşmamağa çağırır", - məlumatda qeyd edilib.

Sözügedən qəzanın anbaan görüntülərini təqdim edirik:

[/youtube]


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 396   Tarix: 17 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda xarici narkotacirlərin tapşırıqlarını icra edən Nicat Həsənov SAXLANILDI - ƏMƏLİYYATIN GÖRÜNTÜLƏRİ

Paytaxt ərazisində keçirilən növbəti əməliyyat zamanı 26 yaşlı Nicat Həsənov saxlanılıb. xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Narkotiklərlə Mübarizə Baş İdarəsi (NMBİ) məlumat yayıb. Həmin şəxsdən 51 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuan

17 iyun
.

"ColorStorm"un Abşeron Ticarət Mərkəzində böyük mağaza və "showroom" açılışı oldu

Dekorativ boya və interyer həlləri sahəsində fəaliyyət göstərən "ColorStorm" şirkətinin Abşeron Ticarət Mərkəzində yerləşən yeni böyük mağaza və "showroom"unun açılışı uğurla baş tutub. Yeni "showroom" müştərilərə dekorativ boya və örtükləri real səthlər üzərində görmək

17 iyun
.

Azərbaycanda yeni MALİYYƏLƏŞMƏ MEXANİZMİ yaradılır

Azərbaycanda yeni maliyyələşmə mexanizmi yaradılır. -ın məlumatına görə, bununla bağlı "Kraudfandinq haqqında" yeni qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Bu Qanun Azərbaycan Konstitusiyasının 94-c

17 iyun
.

Yeyib-içdikdən sonra tanışının maşını qaçırdı, qəza törətdi - 40 minlik ziyan

Kafedə spirtli içki qəbul etdikdən sonra tanışının avtomobilini qaçıran şəxs həbs edilib. "Qaynarinfo"a istinadla xəbər verir ki, hadisə Ağcabədi şəhərində baş verib. Belə ki, təqsirləndirilən şəxs tanışı ilə kafedə yeyib-içdikdən sonra ona məxsus "Land Rover" markalı avtomobili sahibini

17 iyun
.

Sabah 36 dərəcə isti olacaq

İyunun 18-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

17 iyun
.

İctimai qınaq qorxusu insanın gündəlik qərarlarına nə dərəcədə təsir edir? - AÇIQLAMA

Müasir cəmiyyətdə insanların davranışlarına təsir edən ən güclü amillərdən biri də ictimai qınaq qorxusudur. Bir çox hallarda insanlar öz istəklərinə və düşüncələrinə uyğun deyil, ətraf mühitin və cəmiyyətin onlardan gözlədiyi şəkildə qərarlar qəbul edirlər. Bu qorxu bəzən şəxsi münasibətlərdən tutmu

17 iyun
.

İT və innovasiya sahəsində çalışanlar üçün YENİ GÜZƏŞTLƏR

Süni intellekt texnologiyalarının hazırlanması istiqamətində xidmət göstərən fiziki şəxslər 20 il müddətində gəlir vergisindən azadolmalar və güzəştlər əldə edəcəklər. -ın məlumatına görə, sözügedən məsələ Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Layihədə qeyd olunur ki, rəqəmsa

17 iyun
.

Maştağada avtomobil işıq dirəyini aşırıb: Onlarla ev işıqsız qalıb

Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində elektrik enerjisinin verilməsində problem yaranıb. Bu barədə -ın qaynar xəttinə məlumat daxil olub. Bildirilib ki, bu gün səhər saatlarından qəsəbənin Ülvi Rəfiyev küçəsində elektrik enerjisinin verilməsi dayandırılıb. Məsələ ilə bağlı -ın sorğusunu cavablandıra

17 iyun
.

Psixatriyanın müalicə üsulları genişlənib

"Bu gün klinik psixiatriyanın müalicə üsulları genişlənib". bunu Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bu gün keçirilən iclasında deyib. Psixatriyanın müalicə üsulları genişlənib. O qeyd edib ki, bu gün müasir texnologiyalardan istifadə etməklə bir sıra xəstəliklər

17 iyun