Sosial şəbəkədə paylaşılmış görüntünün silinməsinə məhkəmə qərarı ilə nail olmaq nə dərəcədə mümkündür? - AÇIQLAMA

Sosial şəbəkədə paylaşılmış görüntünün silinməsinə məhkəmə qərarı ilə nail olmaq nə dərəcədə mümkündür? - AÇIQLAMARəqəmsal dövrdə sosial şəbəkələrdə foto və videoların paylaşılması adi hala çevrilsə də, bəzi hallarda bu paylaşımlar şəxslərin şəxsi həyatının toxunulmazlığı, şərəf və ləyaqəti, habelə təsvir hüquqları ilə bağlı hüquqi mübahisələr yaradır.

Xüsusilə razılıq alınmadan yayılan görüntülər və ya şəxsin nüfuzuna zərər vuran paylaşımlar məhkəmə müstəvisinə daşına bilir.

Bəs sosial şəbəkədə paylaşılmış görüntünün silinməsinə məhkəmə qərarı ilə nail olmaq nə dərəcədə mümkündür?

Hüquqşünas Xanım Yusifova bu barədə Sonxeber.az -a açıqlama verib:

"Azərbaycan qanunvericiliyinə əsasən, sosial şəbəkədə paylaşılmış görüntünün silinməsi üçün məhkəməyə müraciət etmək mümkündür və bir çox hallarda məhkəmə belə tələbi təmin edə bilər. Bunun üçün həmin paylaşımın şəxsin hüquqlarını pozduğu sübuta yetirilməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsində hər kəsin şəxsi həyatının toxunulmazlığı hüququ təsbit olunub. Həmin maddəyə görə, şəxsin razılığı olmadan onun barəsində məlumatların toplanılması, saxlanılması, istifadəsi və yayılması qanunla müəyyən edilmiş hallar istisna olmaqla yolverilməzdir.

Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsini nəzərdə tutur. Əgər paylaşılmış görüntü şəxsin nüfuzuna xələl gətirirsə və ya onu cəmiyyət qarşısında mənfi şəkildə təqdim edirsə, həmin şəxs məlumatın təkzib olunmasını və yayımın dayandırılmasını tələb edə bilər.

Bundan əlavə, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanunda da şəxsi məlumatların qorunması ilə bağlı müddəalar mövcuddur. Şəxsin açıq razılığı olmadan onun görüntüsünün yayılması müəyyən hallarda hüquq pozuntusu kimi qiymətləndirilə bilər.

Məhkəmə təcrübəsində xüsusilə aşağıdakı hallarda görüntünün silinməsi ilə bağlı iddiaların təmin olunması ehtimalı yüksəkdir:

Şəxsin razılığı olmadan çəkilmiş və ya paylaşılmış görüntülər;
Şəxsi və ailə həyatına aid məqamları əks etdirən videolar;
Azyaşlıların valideyn razılığı olmadan yayılan görüntüləri;
Təhqir, alçaltma və ya böhtan xarakteri daşıyan paylaşımlar;
Şəxsin təhlükəsizliyinə və ya nüfuzuna zərər vuran materiallar.

Məhkəmə paylaşımın qanunsuz olduğu qənaətinə gələrsə, görüntünün silinməsi, yayımın dayandırılması, mənəvi zərərin ödənilməsi və bəzi hallarda təkzib verilməsi barədə qərar qəbul edə bilər.

Lakin nəzərə almaq lazımdır ki, görüntü ictimai maraq doğuran hadisə ilə bağlıdırsa, jurnalist fəaliyyəti çərçivəsində çəkilibsə və ya açıq ictimai məkanda qanuni məqsədlərlə yayımlanıbsa, məhkəmə hər bir halı ayrıca qiymətləndirir. Bu zaman şəxsi həyat hüququ ilə cəmiyyətin məlumat almaq hüququ arasında balans qorunmalıdır.

Sosial şəbəkədə paylaşılmış görüntünün silinməsinə məhkəmə qərarı ilə nail olmaq hüquqi baxımdan mümkündür. Ancaq bunun üçün paylaşımın konkret olaraq hansı hüququ pozduğunu sübut etmək əsas şərtdir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 571   Tarix: 17 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Güclü küləkdə paytaxtda 32 ağac sınıb - Fotolar

Noyabrın 15-i axşam saatlarından başlayaraq paytaxtda əsən güclü külək nəticəsində ümumilikdə 32 ağac sınıb, 36 ağacın isə budaqları qırılıb. xəbər verir ki, bu barədə Baki Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda ötən gündən etibarən müşahidə olunan gücl

16 noyabr
.

Bu ərazilərə qar yağır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində qeyri-sabit yağıntılı və küləkli hava şəraiti davam edir. Bəzi dağlıq ərazilərdə - Altıağac, Xınalıq, Qrız, Quba, Qusar, Şahdağ, Kəlbəcər, Laçın və Qubadlıda arabir qa

16 noyabr
.

Şəmkirdə meyiti tapılanlarla bağlı - Yeni detallar

Ötən gün Şəmkirdə evdə iki nəfərin meyitinin tapılması ilə bağlı bəzi təfərrüatlar üzə çıxıb. "Qafqazinfo" xəbər verir ki, ilkin araşdırmalar zamanı rayonun Varlı Həyat kəndində 1968-ci il təvəllüdlü Rəfi Mustafayevin özünə məxsus evdə qeyri-rəsmi münasibətdə yaşadığı qadını qətlə yetirməsin

17 noyabr
.

Güclü küləklə bağlı xəbərdarlıq

Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Şamaxı, Qobustan, Xızı, Xaçmaz, Siyəzən, Şabran

16 noyabr
.

Bakıda külək hasarı aşırdı - Qadın daşların altında qalıb öldü

Güclü külək Bakıda bədbəxt hadisəyə səbəb olub. "Qafqazinfo" xəbər verir ki, dünən saat 18:30 radələrində güclü külək Binəqədi rayonu Xocəsən qəsəbəsi Şollar küçəsi 100 ünvanındakı həyətin hasarını uçurub. Nəticədə, orada piyada hərəkət edən 1978-ci il təvəllüdlü Nuriyeva Samirə Nəsir qız

16 noyabr
.

Noyabr ayının pensiyaları ödənildi

Bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə noyabr ayının pensiyaları ödənilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

17 noyabr
.

Deputat Ağalar Vəliyevin oğluna məxsus "Kristal Bakı" vətəndaşları aldadır?

Ölkənin aparıcı tikinti şirkətlərindən biri olan "Kristal Bakı" ASC (VÖEN - 3103396091) satışa çıxardığı mənzilləri alıcılara fərqli qiymətlərlə təqdim edir. "Real Azərbaycan" xəbər verir ki, şirkətin rəsmi saytı - " vasitəsilə satışa çıxarılan mənzillərin aylıq ödəniş məbləğlər

16 noyabr
.

Gürcüstanda 31 yaşlı azərbaycanlını cərəyan vurub öldürdü

Gürcüstanın Laqodexi bələdiyyəsində azərbaycanlı şəxs bədbəxt hadisə nəticəsində ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə Yzybtala kəndində baş verib. Usta işləyən 31 yaşlı Əmrah Kazımov talvarın üzərini metal təbəqə ilə örtdüyü zaman ehtiyatsızlıqdan yüksəkgərginlikli elektrik naqillərin

18 noyabr
.

Prezident İlham Əliyevdən milli teleradioya mühüm mesaj: Azərbaycan həqiqətlərinin təbliği strateji vəzifədir

Prezident İlham Əliyevin milli radio və televiziya yayımının yubileyi münasibətilə ünvanladığı müraciət Azərbaycanın informasiya siyasətinin prioritetləri, milli-mənəvi dəyərlərin qorunması və müasir media qarşısında dayanan vəzifələr baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının müraciəti bi

16 noyabr