Norveçli tələbənin qətli: Epşteyn milyarder oğluna ədalətdən yayınmağa necə kömək edib?

Norveçli tələbənin qətli: Epşteyn milyarder oğluna ədalətdən yayınmağa necə kömək edib?Pedofil maliyyəçi Ceffri Epşteyn yəmənli milyarderin oğluna norveçli tələbə qızı zorlayıb qətlə yetirməkdə ədalətdən yayınmağa kömək edib.

Oxu.Az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Məlumata görə, 2008-ci ilin mart ayında Londonun bahalı malikanələrindən birinin zirzəmisində 23 yaşlı Martine Vik Maqnussenin cəsədi tapılmışdı. Meyitin üzərində boğulma və zorakılıq əlamətləri aşkar edilmişdi. Gənc qızı sağ görən sonuncu adam onunla eyni biznes məktəbində təhsil alan, yəmənli milyarder Şaher Abdulhakın 20 yaşlı oğlu Faruk Abdulhak olmuşdu. Maqnussenin cəsədi tapılmazdan əvvəl şübhəli şəxs cəzadan yayınmaq üçün Böyük Britaniyadan Yəmənə özəl təyyarə ilə qaçmışdı.

Ceffri Epşteynin ictimaiyyətə açıqlanan yeni məktubları göstərir ki, Şaher Abdulhak ondan bu işdə yardım istəyib. Bunun ardınca Epşteyn piar üzrə mütəxəssis İen Osbornla əlaqə yaradaraq onun köməyi ilə 2003-2008-ci illərdə Böyük Britaniyanın baş ittihamçısı olmuş (Kral Prokurorluq Xidmətinin direktoru) lord Ken Makdonalda müraciət edib. Makdonald vəzifəsindən getdikdən cəmi iki ay sonra Paris şəhərində Şaherlə bir araya gəlib, ardınca isə Yəmənə səfər edərək onun oğlu ilə şəxsən danışıqlar aparıb. Milyarder atanın Epşteynə göndərdiyi məktublardan aydın olur ki, o, oğlunun sadəcə ev dustaqlığı və ya ictimai işlərlə cəzalandırılacağına ümid edirmiş. Eyni zamanda, o, zərərçəkənin ailəsinə şikayətçi olmamaları üçün 50 milyon dollar təzminat təklif edib. Lakin öldürülən qızın atası Petter Maqnussen bu təklifi qətiyyətlə rədd edib.

Bundan əlavə, Epşteynin norveçli diplomat Terye Röd-Larsen və onun həyat yoldaşı, həmin hadisənin araşdırılması zamanı müşahidə olunan "anlaşılmaz sükut" dövründə Norveçin Londondakı səfiri işləmiş Mona Yuulla sıx əlaqələri üzə çıxıb. Məlum olub ki, Epşteyn bu cütlüyün uşaqlarının hər birinə miras olaraq 5 milyon dollar məbləğində vəsait qoyub.

Hazırda 39 yaşı olan Faruk Abdulhak heç vaxt ədalət mühakiməsinə cəlb edilməyib. O, yalnız 2023-cü ildə verdiyi bir müsahibəsində cinayətdə əli olduğunu etiraf edib və baş verən hadisəni intim əlaqə zamanı yaranmış bədbəxt təsadüf kimi qələmə verib. Lord Makdonald Yəmənə etdiyi səfəri şübhəli şəxsi könüllü şəkildə təslim olmağa inandırmaq cəhdi ilə izah etsə də, zərərçəkmişin ailəsi və Britaniya mətbuatı onun bu addımını mənəvi baxımdan qəbuledilməz adlandırır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 520   Tarix: 17 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Güclü küləkdə paytaxtda 32 ağac sınıb - Fotolar

Noyabrın 15-i axşam saatlarından başlayaraq paytaxtda əsən güclü külək nəticəsində ümumilikdə 32 ağac sınıb, 36 ağacın isə budaqları qırılıb. xəbər verir ki, bu barədə Baki Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda ötən gündən etibarən müşahidə olunan gücl

16 noyabr
.

Bu ərazilərə qar yağır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində qeyri-sabit yağıntılı və küləkli hava şəraiti davam edir. Bəzi dağlıq ərazilərdə - Altıağac, Xınalıq, Qrız, Quba, Qusar, Şahdağ, Kəlbəcər, Laçın və Qubadlıda arabir qa

16 noyabr
.

Şəmkirdə meyiti tapılanlarla bağlı - Yeni detallar

Ötən gün Şəmkirdə evdə iki nəfərin meyitinin tapılması ilə bağlı bəzi təfərrüatlar üzə çıxıb. "Qafqazinfo" xəbər verir ki, ilkin araşdırmalar zamanı rayonun Varlı Həyat kəndində 1968-ci il təvəllüdlü Rəfi Mustafayevin özünə məxsus evdə qeyri-rəsmi münasibətdə yaşadığı qadını qətlə yetirməsin

17 noyabr
.

Güclü küləklə bağlı xəbərdarlıq

Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Şamaxı, Qobustan, Xızı, Xaçmaz, Siyəzən, Şabran

16 noyabr
.

Bakıda külək hasarı aşırdı - Qadın daşların altında qalıb öldü

Güclü külək Bakıda bədbəxt hadisəyə səbəb olub. "Qafqazinfo" xəbər verir ki, dünən saat 18:30 radələrində güclü külək Binəqədi rayonu Xocəsən qəsəbəsi Şollar küçəsi 100 ünvanındakı həyətin hasarını uçurub. Nəticədə, orada piyada hərəkət edən 1978-ci il təvəllüdlü Nuriyeva Samirə Nəsir qız

16 noyabr
.

Noyabr ayının pensiyaları ödənildi

Bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə noyabr ayının pensiyaları ödənilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

17 noyabr
.

Deputat Ağalar Vəliyevin oğluna məxsus "Kristal Bakı" vətəndaşları aldadır?

Ölkənin aparıcı tikinti şirkətlərindən biri olan "Kristal Bakı" ASC (VÖEN - 3103396091) satışa çıxardığı mənzilləri alıcılara fərqli qiymətlərlə təqdim edir. "Real Azərbaycan" xəbər verir ki, şirkətin rəsmi saytı - " vasitəsilə satışa çıxarılan mənzillərin aylıq ödəniş məbləğlər

16 noyabr
.

Gürcüstanda 31 yaşlı azərbaycanlını cərəyan vurub öldürdü

Gürcüstanın Laqodexi bələdiyyəsində azərbaycanlı şəxs bədbəxt hadisə nəticəsində ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə Yzybtala kəndində baş verib. Usta işləyən 31 yaşlı Əmrah Kazımov talvarın üzərini metal təbəqə ilə örtdüyü zaman ehtiyatsızlıqdan yüksəkgərginlikli elektrik naqillərin

18 noyabr
.

Prezident İlham Əliyevdən milli teleradioya mühüm mesaj: Azərbaycan həqiqətlərinin təbliği strateji vəzifədir

Prezident İlham Əliyevin milli radio və televiziya yayımının yubileyi münasibətilə ünvanladığı müraciət Azərbaycanın informasiya siyasətinin prioritetləri, milli-mənəvi dəyərlərin qorunması və müasir media qarşısında dayanan vəzifələr baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının müraciəti bi

16 noyabr