Firuzə İskəndərova: "Mingəçevir Dövlət Universitetinin RUR reytinqində ilk iştirakdan əldə etdiyi nəticə mühüm uğurdur"
Mingəçevir Dövlət Universiteti (MDU) ilk dəfə nüfuzlu "Round University Ranking" (RUR) beynəlxalq universitet reytinqində təmsil olunub.
Universitet ilk iştirak ilində Azərbaycan ali təhsil müəssisələri arasında 12-ci yerdə qərarlaşıb. Bu nəticə MDU-da son illərdə təhsilin keyfiyyətinin yüksəldilməsi, elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və institusional inkişaf istiqamətində həyata keçirilən məqsədyönlü fəaliyyətin mühüm göstəricisi hesab olunur.
Mingəçevir Dövlət Universitetinin İctimai əlaqələr və marketinq şöbəsinin müdiri, mətbuat katibi Firuzə İskəndərovanın sözlərinə görə, universitetin beynəlxalq reytinqdə ilk dəfə yer alması MDU-nun inkişaf strategiyasının uğurla həyata keçirildiyini göstərir:
"RUR kimi nüfuzlu beynəlxalq reytinqdə ilk iştirakımızdan etibarən ölkə üzrə 12-ci yerdə qərarlaşmağımız universitetimizin inkişaf yolunda mühüm nailiyyətdir. Bu nəticə professor-müəllim heyətinin, əməkdaşlarımızın və tələbələrimizin birgə əməyinin göstəricisidir. Qarşıdakı illərdə beynəlxalq görünürlüğümüzü daha da artırmaq, elmi fəaliyyət və tədrisin keyfiyyətini yüksəltmək istiqamətində fəaliyyətimizi davam etdirəcəyik".
Qeyd edək ki, RUR reytinqində universitetlər tədris, tədqiqat, beynəlxalq müxtəliflik və maliyyə dayanıqlılığı göstəriciləri əsasında qiymətləndirilir. Mingəçevir Dövlət Universiteti dünya üzrə 1198-ci yerdə qərarlaşıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 143 Tarix: 17 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda yeni MALİYYƏLƏŞMƏ MEXANİZMİ yaradılır
Azərbaycanda yeni maliyyələşmə mexanizmi yaradılır. -ın məlumatına görə, bununla bağlı "Kraudfandinq haqqında" yeni qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Bu Qanun Azərbaycan Konstitusiyasının 94-c
17 iyunSabah 36 dərəcə isti olacaq
İyunun 18-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur
17 iyunİT və innovasiya sahəsində çalışanlar üçün YENİ GÜZƏŞTLƏR
Süni intellekt texnologiyalarının hazırlanması istiqamətində xidmət göstərən fiziki şəxslər 20 il müddətində gəlir vergisindən azadolmalar və güzəştlər əldə edəcəklər. -ın məlumatına görə, sözügedən məsələ Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Layihədə qeyd olunur ki, rəqəmsa
17 iyunMaştağada avtomobil işıq dirəyini aşırıb: Onlarla ev işıqsız qalıb
Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində elektrik enerjisinin verilməsində problem yaranıb. Bu barədə -ın qaynar xəttinə məlumat daxil olub. Bildirilib ki, bu gün səhər saatlarından qəsəbənin Ülvi Rəfiyev küçəsində elektrik enerjisinin verilməsi dayandırılıb. Məsələ ilə bağlı -ın sorğusunu cavablandıra
17 iyunPsixatriyanın müalicə üsulları genişlənib
"Bu gün klinik psixiatriyanın müalicə üsulları genişlənib". bunu Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bu gün keçirilən iclasında deyib. Psixatriyanın müalicə üsulları genişlənib. O qeyd edib ki, bu gün müasir texnologiyalardan istifadə etməklə bir sıra xəstəliklər
17 iyun