Fərhad Abdullayev: Süni intellekt hakim mülahizəsini tam əvəz edə bilməz
Süni intellekt hakim mülahizəsini və insan faktorunu tam əvəz edə bilməz.
Sonxeber.az xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev "Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər" mövzusunda Ombudsmanların Beynəlxalq Bakı Sammitində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, süni intellekt məhkəmə sistemində də böyük imkanlar yaradır:
"Məhkəmə praktikasının sistemləşdirilməsi, hüquqi məlumat bazalarının təhlili və məhkəmə xidmətlərinin əlçatanlığının artırılması baxımından bu texnologiyalar faydalı vasitə ola bilər. Bununla yanaşı, nəzərə alınmalıdır ki, ədalət mühakiməsinin mahiyyəti yalnız texniki prosedurlarla məhdudlaşmır. Onun əsasında hüquqi təfəkkür, vicdan, daxili inam və insan hüquqlarının mahiyyətinin düzgün qiymətləndirilməsi dayanır. Buna görə də süni intellekt hakim mülahizəsini və insan faktorunu tam əvəz edə bilməz".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 264 Tarix: 18 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Karantin rejimi yanvara qədər uzadıldı
Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2027-ci il 2 yanvar saat 06:00-dək uzadılıb. xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qeyd edə
17 sentyabrAzərbaycanda zəlzələ oldu
Yardımlı stansiyasından 23 km cənub-şərqdə Lerik rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, zəlzələ yerli vaxtla 16:03-də baş verib. Yeraltı təkanın maqnitudası 3.1, dərinliy
17 sentyabrAzərbaycanda abortların sayı ilə bağlı DƏHŞƏTLİ STATİSTİKA
Azərbaycanda abortların sayı kəskin artıb. -a istinadən xəbər verir ki, son 15 ildə Azərbaycanda abort halları 30% artıb. Belə ki, ötən il Azərbaycanda 95 875 doğuş və 95.1 min abort qeydə alınıb. Bununla da ölkədə hər 100 doğulan körpəyə 99 abort faktı düşür. Maraqlıdır ki, 2010-cu ildə bir milyonda
16 sentyabrAzərbaycanda hərbi rütbələrin verilməsi qaydasına dəyişiklik edilir
Hərbi rütbənin vaxtından əvvəl verilməsi qaydası dəyişir. xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" v
16 sentyabrŞəhid atası vəfat etdi - Foto
Vətən müharibəsi şəhidi Elnur Məmmədovun atası İsrafil Məmmədov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bir müddət əvvəl səhhətində ciddi problem yaranan şəhid atası Gəncədə həyatını itirib. Mərhum Gəncənin Köhnə Səbiskar qəbiristanlığında dəfn olunub. Qeyd edək ki, E. Məmmədov Kəlbəcər rayonunu
17 sentyabr