Sabiq icra başçısını oğluna aldığı "Range Rover" satıldı - MƏBLƏĞ

Sabiq icra başçısını oğluna aldığı "Range Rover" satıldı - MƏBLƏĞİmişlinin 8 il 6 ay həbsə məhkum edilmiş sabiq icra başçısı Vilyam Hacıyevin müsadirə edilən daha bir əmlakı satılıb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, söhbət onun əvvəl prokuror işləyən oğlu Məhəmməd Hacıyevə aldığı "Range Rover"dən gedir.

Məhkəmə həmin avtomobilin cinayət yolu ilə qazanılmış pullar hesabına alındığını təsdiq edəndən sonra maşın müsadirə edilmişdi.

Məhəmmədin "Range Rover"i əvvəl 56 min manata satışa çıxarılsa da, o qiymətə alıcı tapmayıb. Sonradan qiymət 14 min ucuzlaşaraq 42 minə salınıb. Yekun hərracda isə icra məmuru avtomobili 47 min 500 manata sata bilib.

Satışdan gələn pul dövlətə nəfinə keçəcək.

Qeyd edək ki, indi ucuz qiymətə verilən həmin "Range Rover"in əvvəl 100 min manata yaxın qiyməti var idi. Müsadirədən sonra isə Məhəmmədlə həyat yoldaşı bu avtomobilə görə məhkəməlik olub. Hacıyevin həyat yoldaşı iddia edirdi ki, "Range Rover" birgə evlilik dövründə alınıb, bu səbəbdən pay hüququ var. Lakin iddia qəbul edilməmişdi.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1155   Tarix: 18 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ABŞ-İran razılaşmasının GİZLİNLƏRİ

Marko Rubionun memorandumu çap etmək üçün printer axtardığı bildirilib. Britaniya mətbuatında yer alan xəbərlərə görə, tarixi saziş son anda verilən sürpriz bir qərarla Versal sarayında imzalanıb. Fransa diplomatik mənbələrinin bildirdiyinə görə, Tramp Fransa Prezidenti Emmanuel Makronun ev sahibliy

19 iyun
.

Əmlak üzərinə həbsin məhkəmə nəzarəti qaydasında mübahisələndirilməsi qanuniləşir

Cinayət mühakimə icraatı çərçivəsində əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı məhkəmə nəzarəti qaydasında mübahisələndiriləcək. -ın məlumatına görə, bu, Milli Məclisin bugünkü iclasında müzakirə olunan Cinayət-Prosessual Məcəllədə dəyişiklik edilməsi barəd

19 iyun
.

Beyləqanda 70 yaşlı kişi hoteldə ölü tapıldı

Beyləqanda hoteldən meyit tapılıb. -a istinadla xəbər verir ki, hadisə şəhərin ərazisində qeydə alınıb. Gəncə şəhər sakini 70 yaşlı Adil Fərhad oğlu Quliyevin meyiti hoteldə aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Faktla bağlı araşdırma aparılır

19 iyun
.

İnsan öldükdən sonra onun sosial şəbəkə hesablarına kimin müdaxilə etmək hüququ var? - AÇIQLAMA

Rəqəmsal texnologiyaların həyatımızın ayrılmaz hissəsinə çevrildiyi müasir dövrdə insanın ölümündən sonra onun sosial şəbəkə hesablarının taleyi də hüquqi müzakirə mövzusuna çevrilib. Bir çox hallarda yaxınları vəfat etmiş şəxsin hesabını bağlamaq, xatirə hesabına çevirmək və ya şəxsi məlumatlarına çıxı

19 iyun
.

Azərbaycanda yumurtanın qiyməti 1 qəpiyə düşdü: Səbəb nədir?

Azərbaycanda son günlər yumurtanın qiymətində müşahidə olunan kəskin ucuzlaşma istehlakçıların diqqətini çəkib. Bəzi marketlərdə bir ədəd yumurtanın qiyməti 1-4 qəpiyə qədər enib. Quş Əti və Yumurta İstehsalçıları Assosiasiyasının sədri Mürvət Həsənli Qaynarinfo-ya açıqlamasında bildirib ki, qiymətləri

19 iyun
.

Bakıda "Mercedes"lə BYD-nin toqquşmasının ANBAAN GÖRÜNTÜLƏRİ A- A+

Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb. -a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis mayoru Toğrul Nəsirli faktı təsdiqləyib. Bakıda Mercedeslə BYD-ni

19 iyun
.

Hava kəskin DƏYİŞƏCƏK: Yağış, dolu və şimşək XƏBƏRDARLIĞI

İyunun 20-də gündüz Azərbaycanın dağlıq və dağətəyi rayonlarında, 21-də gündüzdən 25-dək isə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəy

19 iyun
.

İsrail və "Hizbullah" atəşkəs barədə RAZILIĞA GƏLDİLƏR

İsrail və "Hizbullah" atəşkəs barədə razılığa gəliblər. Atəşkəsin yerli vaxtla saat 16:00-da başlaması nəzərdə tutulur. -ın "Reuters" agentliyinə istinadən xəbərinə görə, bu barədə adı açıqlanmayan yüksək rütbəli ABŞ rəsmisi məlumat verib. "İsrail və "Hizbullah" atəşkə

19 iyun
.

Azərbaycanda 2025-ci il istehsalı olan 5 avtomobil utilizasiyaya verilib

Azərbaycanda utilizasiyaya verilən avtomobilərin köhnəsi 1948-ci ilin, ən yenisi isə 2025-ci il istehsalı olub. xəbər verir ki, bunu Abşeron rayonu ərazisində yerləşən nəqliyyat vasitələrinin utilizasiyası məntəqəsinə təşkil olun mediatur çərçivəsində jurnalistlərə deyilib. Qeyd edilib ki, 2025-ci i

19 iyun