"Traber işi" üzrə daha iki nəfər həbs edildi
Rusiyada iş adamı İlya Traberin ittiham olunduğu qətl işi üzrə daha iki nəfər həbs edilib. Onlardan biri Traberin uzunmüddətli biznes ortağıdır.
Oxu.Az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.
Məlumata görə, Basmannı Rayon Məhkəməsi Vladimir Danilenko və Səid Saladinov barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.
Danilenko Traberin köhnə biznes ortağı sayılır. İndi ona qətlin təşkilində ittiham irəli sürülüb. Bundan bir gün öncə isə qətlin ehtimal olunan icraçısı Əlisultan Nadirbəyov həbs edilmişdi.
Dörd nəfərin hamısına tamah məqsədilə, mütəşəkkil dəstə tərəfindən törədilən qətl və qanunsuz silah dövriyyəsi maddələri ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, Traberin özünün saxlanılması barədə mayın 17-də məlum olub.
Məlumata görə,məsələ 2020-ci ilin oktyabrında güllələnən deputat və iş adamı Aleksandr Petrovun sifarişli qətli ilə bağlıdır.
Omskda anadan olan İlya Traber Peterburqun nüfuzlu sahibkarı sayılır. Onun biznesi əsasən şəhər limanları ilə bağlıdır. Məlumata görə, o, "Baltik Gəmi Mexaniki Zavodu" ASC-nin nizamnamə kapitalında böyük paya sahibdir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 244 Tarix: 18 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İranda hicabsız çıxış edən müğənniyə 74 şallaq cəzası verilib
İranda müğənni Pərəstu Əhmədi və onun prodüser komandasının üzvləri hicabsız çıxış etdiklərinə görə 74 şallaq zərbəsi cəzasına məhkum ediliblər. xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb. 2024-cü ilin dekabrında 29 yaşlı Əhmədi özünün "YouTube" kanalında canlı yayımd
19 iyunAzərbaycanın Portuqaliyada səfirliyi təsis edilib
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilib. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev səfirliyin təsis edilməsi haqqında qanunu təsdiqləyib. Daha bir Sərəncamla Nazirlər Kabinetinə Lissabon şəhərində olacaq səfirliyin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilm
19 iyunİran danışıqların bərpası üçün ABŞ qarşısında şərt qoydu
İran İsveçrədə ABŞ ilə danışıqları bərpa etmək üçün şərt kimi Livan ərazisində hərbi əməliyyatların dayandırılmasına dair zəmanət verilməsini tələb edib. xəbər verir ki, CNN telekanalı bu məlumatı diplomatik mənbəyə istinadən yayımlayıb. Mənbənin sözlərinə görə, İran tərəfi imzalanmış razılaşmanın şərtlərin
19 iyunKİV: İran Hörmüz boğazını yenidən bağladı
Hörmüz boğazı akvatoriyasında xəbərdarlıq atəşləri açılıb və İran ordusu radio vasitəsilə gəmilərin əraziyə yaxınlaşmasına qadağa qoyulduğunu elan edib. xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb. Hadisə ilə bağlı hələlik heç bir rəsmi təsdiq yoxdur. İranın Fars Körfəzi Boğazı İşlər
19 iyunTramp özünü Stalin və Hun hökmdarı Atilla ilə müqayisə edib
Trampın ikinci prezidentliyi dövrünün sirləri barədə yeni kitab çıxıb. xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Məlumata görə, yeni kitabda Trampın özünü Mao, Stalin və Hun hökmdarı Atilla ilə necə müqayisə etdiyi barədə danışılır. Prezident Donald Tramp "New York Times"ın reportyorlar
19 iyunBakıda əcnəbilərdən ibarət dəstə üzvlərinə hökm oxundu
Bakıda kiberdələduzluq və digər cinayətlərdə təqsirləndirilərək saxlanılan dəstə üzvləri - Sergey Sofronov, Anton Draçev, Dmitri Bezuqli, Dmitri Fedorov, Boris Timoşov, Valeri Dulov, Aleksey Vasilçenko və İlya Bezuqliyin barələrindəki cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. -ın məlumata görə, Bak
19 iyun