Milli Məclis Gömrük Məcəlləsində dəyişikliklərə "hə" dedi

Milli Məclis Gömrük Məcəlləsində dəyişikliklərə "hə" dedi"Milli Məclisdə Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi üçüncü oxunuşda qəbul olunub".

Sonxeber.az-ın məlumatına görə, qanun layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Bildirilib ki, dəyişikliklər gömrük qanunvericiliyinin tətbiqi zamanı ortaya çıxan məsələlərin həlli, gömrük fəaliyyətinin müasir tələblərə və beynəlxalq təcrübəyə uyğunlaşdırılması, rəqəmsal həllərin genişləndirilməsi, xarici ticarətin asanlaşdırılması və sahibkarların hüquqlarının qorunması məqsədilə hazırlanıb.

Qanun layihəsinə əsasən, bir sıra yeni anlayışlar müəyyənləşdirilir, mövcud anlayışlar isə yenilənir, həmçinin Gömrük Məcəlləsinin digər qanunvericilik aktları ilə uyğunlaşdırılması təmin edilir.

Əsas yeniliklərdən biri gömrük orqanlarının səlahiyyətlərinin genişləndirilməsidir. Belə ki, gömrük borcu ödənilmədiyi hallarda gömrük orqanlarına şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ verilir. Borc ödənildikdən sonra həmin məhdudiyyətin aradan qaldırılması barədə qərarın qəbul edilməsi də gömrük orqanlarının səlahiyyətinə aid ediləcək.

Dəyişikliklərlə digər dövlətlərin gömrük xidmətləri ilə məlumat mübadiləsinin tranzit daşımalarını da əhatə etməsi, səyyar gömrük auditinin nəticələri barədə şəxslərə 3 iş günü ərzində məlumat verilməsi, eləcə də gömrük baxışı və yoxlamalarının daha detallı hüquqi tənzimlənməsi nəzərdə tutulur.

Qanun layihəsində "gömrük brokeri" anlayışının "dolayı gömrük təmsilçisi" ilə əvəz olunması, bu fəaliyyət üçün lisenziya tələbinin ləğvi və müvafiq reyestr sisteminin yaradılması da əksini tapıb. Eyni zamanda, birbaşa gömrük təmsilçiliyinin tətbiqi genişləndirilir.

Bundan başqa, gömrük daşıyıcısı fəaliyyəti üçün lisenziya tələbi aradan qaldırılır, daşıyıcıların dairəsi genişləndirilir və onların siyahılarının elektron formada dərc olunması nəzərdə tutulur.

Dəyişikliklər həmçinin "Səlahiyyətli İqtisadi Operator" institutunun təkmilləşdirilməsini, malların gömrük dəyərinin milli valyuta ilə bəyan edilməsini, gömrük borcunun qismən ödənildiyi hallarda təminatın mütənasib şəkildə azad edilməsini və "Yaşıl Dəhliz" sisteminin daimi istifadəçilərinə əlavə səlahiyyətlərin verilməsini ehtiva edir.

Layihədə elektron ticarətin inkişafı nəzərə alınaraq sürətli (ekspres) daşınan malların gömrük sərhədindən keçirilməsi və rəsmiləşdirilməsi qaydaları da ayrıca tənzimlənir. Fiziki şəxslərin gömrük sərhədindən keçirdiyi malların müvəqqəti saxlanması ilə bağlı yeni normalar müəyyənləşdirilir.

Qanunun qəbulunun idxal-ixrac əməliyyatlarının sadələşdirilməsinə, tranzit dəhlizlərinin rəqabət qabiliyyətinin artırılmasına, yükdaşımaların sürətlənməsinə, risklərin avtomatlaşdırılmış idarə edilməsinin təkmilləşdirilməsinə və xarici ticarətin daha da asanlaşdırılmasına xidmət edəcəyi bildirilir. Bundan əlavə, dəyişikliklərin gömrük nəzarəti və rəsmiləşdirilməsində şəffaflığın artırılmasına, vaxt itkisinin azaldılmasına və ölkənin iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verəcəyi vurğulanır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 146   Tarix: 19 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda zəncirvari qəza: Xəsarət alan var - FOTO - VİDEO

Bakının Yasamal rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb. -a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis mayoru Toğrul Nəsirli bildirib ki, hadisə nəticəsində bir nəfər xəsarət alıb:. "Hadisə bu gün saat 10:00-da, Yasamal rayonu Cəfər Cabbarl

19 iyun
.

Əmlak üzərinə həbsin məhkəmə nəzarəti qaydasında mübahisələndirilməsi qanuniləşir

Cinayət mühakimə icraatı çərçivəsində əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı məhkəmə nəzarəti qaydasında mübahisələndiriləcək. -ın məlumatına görə, bu, Milli Məclisin bugünkü iclasında müzakirə olunan Cinayət-Prosessual Məcəllədə dəyişiklik edilməsi barəd

19 iyun
.

Gəncədə Vətən müharibəsi iştirakçısı olan müəllim vəfat edib

Gəncə şəhərində Aşıq Ələsgər adına 36 nömrəli tam orta məktəbin hərbi hazırlıq müəllimi Rüstəm İsayev vəfat edib. xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. Bildirilib ki, Vətən müharibəsinin iştirakçısı R.İsayev ötən gün dünyasını dəyişib. Qeyd edək ki, o, Vətən müharibəsində

19 iyun
.

Deputatdan taksilərlə bağlı TƏKLİF

"Taksilərə sərnişinləri mindirib düşürmək üçün müxtəlif ərazilərdə 2-3 dəqiqəlik şərait yaradılması təklif edilir. -ın məlumatına görə, bu təkliflə deputat Məlahət İbrahimqızı Milli Məclisin bu gün keçirilən iclasında çıxış edib. O qeyd edib ki, müxtəlif ərazilərdə, o cümlədən sosial obyektləri

19 iyun
.

Milli Məclis bəzi qanunların mopedlərlə bağlı qanunvericiliyə uyğunlaşdırılmasını ilk oxunuşda təsdiqləyib

Milli Məclis "Avtomobil yolları haqqında", "Dövlət rüsumu haqqında" və "İcbari sığortalar haqqında" qanunların mopedlərlə bağlı qanunvericiliyə uyğunlaşdırılmasını birinci oxunuşda təsdiqləyib. xəbər verir ki, bununla bağlı "Yol hərəkəti haqqında" qanunda dəyişikli

19 iyun
.

"Doktor Aygün"də pozuntular aşkarlandı - Nümayəndəsi nazirliyi günahlandırdı

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən Gəncə şəhəri, Şah İsmayıl Xətai prospekti, 97c ünvanında yerləşən "Doktor Aygün" Tibb Mərkəzində yoxlama aparılıb. Qaynarinfo-nun məlumatına görə, "Doktor Aygün" Tibb Mərkəzində keçirilən planlı yoxlama zamanı lisenziyadan kəna

19 iyun
.

Saxta pasportla Fransaya getmək istəyən əcnəbi Bakıda HƏBS EDİLDİ

Bakıda hava limanında əcnəbi vətəndaş saxlanılıb. -a istinadla xəbər verir ki, buna səbəb onun sərhəd nəzarəti məntəqəsinə saxta sənəd təqdim etməsidir. İttiham aktına görə, Banqladeş Xalq Respublikasının vətəndaşı olan 25 yaşlı Ho Al Avropa ölkələrində işləmək məqsədilə əvvəlcə Şri-Lankaya gedib. Burad

19 iyun
.

Paytaxtın bəzi ərazilərində işıq olmayacaq

İyunun 20-də paytaxtın Nəsimi və Nərimanov rayonlarının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət olacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, buna səbəb Nəsimi Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisind

19 iyun
.

Hava kəskin DƏYİŞƏCƏK: Yağış, dolu və şimşək XƏBƏRDARLIĞI

İyunun 20-də gündüz Azərbaycanın dağlıq və dağətəyi rayonlarında, 21-də gündüzdən 25-dək isə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəy

19 iyun