46 min vergi borcu, 20 min cərimə - "Brand Lux Trade And Distribution"un bu filialları bağlandı
"Brand Lux Trade And Distribution" Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) aparılan yoxlama zamanı ciddi pozuntular aşkarlanıb.
Qaynarinfo-nun məlumatına görə, şirkətin qanuni təmsilçisi və icraçı direktor Hüseynov Rüfət Xalıq oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (konktraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanıb və məhkəmədə baxılıb.
Məlum olub ki, Rüfət Hüseynov şirkətin icraçı direktor, Əhmədov Elfat Eldar oğlu isə baş direktorudur.
"Brand Lux Trade And Distribution" MMC-də satışın idarə olunması və işin gedişinə nəzarət vəzifəsi Rüfət Hüseynovun, işçilərin işə qəbulu və işdən azad edilməsi isə Elfad Əhmədovun səlahiyyətində olub. 200-ə yaxın şəxsin çalışdığı şirkət əsasən regionlar üzrə qida və qeyri-qida məhsullarının satışını həyata keçirir.
O da məlum olub ki, 2025-ci ilin iyun ayından etibarən şirkətin Gəncə, Bərdə və Quba filiallarının xeyli sayda əməkdaşı əmək haqlarını ala bilməyiblər. Həmçinin, "Brand Lux Trade And Distribution" MMC rəhbərliyi əmək müqaviləsi hüquqi qüvvəyə minməyən xeyli sayda işçini Gəncə şəhərində yerləşən filialda işlərə cəlb edib. Bütün bunlar əmək haqqı almayan işçilərin müvafiq dövlət qurumlarına etdikləri şikayət əsasında üzə çıxıb.
Məhkəmədə Rüfət Hüseynov bildirib ki, 2024-cü ilin avqust ayından etibarən rəhbərlik etdiyi müəssisənin işində böhran yaranmağa başlayıb və fəaliyyət həcmi azalıb. Şirkət Bərdə, Quba, Bakı və Gəncə şəhərlərində filiallarla fəaliyyət göstərib. Biznesin kiçildilməsi qərarı qəbul edildikdən sonra Gəncə, Bərdə və Quba filialları bağlanıb. O, işçilərə debitor borcların olduğunu da etiraf edib. 2025-ci ilin aprel ayında sözügedən filialların fəaliyyət dayandırılarkən orada çalışan əməkdaşların müştərilərə satdığı məhsullar üzrə borclar yaranıb. Şirkət tərəfindən bu borcların təsdiq olunması və geri qaytarılmasının təmin edilməsi məqsədilə əməkdaşlarla borc müqavilələri bağlanıb və onların əmək fəaliyyətlərinə xitam verilib. O, qeyd olunanlara əsasən, barəsində tərtib olunmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edib.
Məhkəmənin hökmü ilə şirkətin qanuni təmsilçisi və icraçı direktoru Rüfət Hüseynov İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 20.000 manat məbləğində cərimə olunub.
Qeyd edək ki, hüquqi ünvanı Quba Şəhəri, Vaqif küçəsi, ev 41A-da yerləşən, nizamnamə kapitalı 10 AZN olan şirkətin Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə 46.640,64 AZN vergi borcu da var.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 354 Tarix: 19 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ADMİU-dan qovulan tələbə: "Sırğa taxdığıma görə..."
Ötən gün sosial şəbəkədə açdığı canlı yayım zamanı birinci kurs tələbələrinə qarşı hədə-qorxunu əks etdirən ifadələr işlətməsinə görə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən (ADMİU) qovulan Kənan Zindadil təhsil ocağına yenidən qaytarılmasını istəyir. xəbər verir ki, bu barədə o, ö
17 sentyabrQarabağın yeni reallıqları beynəlxalq diplomatik korpusun gözü ilə
Sentyabrın 11-12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri regionda postmünaqişə reallıqlarının beynəlxalq diplomatik dairələr tərəfindən yerində müşahidə olunması baxımından diqqət çəkən hadisəyə çevrildi. İki gün davam edən səfərdə 58 ölkən
17 sentyabrŞəhid atası vəfat etdi - Foto
Vətən müharibəsi şəhidi Elnur Məmmədovun atası İsrafil Məmmədov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bir müddət əvvəl səhhətində ciddi problem yaranan şəhid atası Gəncədə həyatını itirib. Mərhum Gəncənin Köhnə Səbiskar qəbiristanlığında dəfn olunub. Qeyd edək ki, E. Məmmədov Kəlbəcər rayonunu
17 sentyabrRamiz Mehdiyevin işində onlar da dindirilib
Uzun illər Azərbaycanın siyasi hakimiyyətində mühüm postlar tutmuş Ramiz Mehdiyev gələn həftə təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılacaq. "Qafqazinfo" 88 yaşlı "Boz kardinal"ın cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid qismində dindirilmiş şəxslərdə
16 sentyabrTələbələri təhdid edən oğlan universitetdən qovuldu - Açıqlama
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) birinci kurs tələbələri ilə bağlı sosial mediada paylaşılan videoya münasibət bildirib. "Qafqazinfo"nun məlumatına görə, açıqlamada qeyd olunub ki, sosial şəbəkədə yayılan video ADMİU rəhbərliyi tərəfindən araşdırılıb. Sözügedə
16 sentyabrBalaəli Xosrov Maştağalıya butulka atıb? - Dostundan açıqlama
Meyxanaçı Balaəli ilə Xosrov Maştağalı arasında baş verdiyi iddia olunan "butulka" davasına aydınlıq gətirilib. Meyxanaçı Balaəlinin dostu Ramin Qaynarinfo-ya açıqlamasında hadisədən xəbərsiz olduğunu bildirib. "Dünənki tədbirdə mən olmamışam. Tədbir anidən təşkil olunub. Məlumatı səhə
16 sentyabrOtuz ildən Zəfərə, Zəfərdən Suverenliyə
Bəzi tarixlər var ki, onları yalnız təqvimdəki rəqəmlərlə izah etmək mümkün deyil. Belə tarixlərin arxasında illərlə davam edən mübarizə, böyük itkilər, sarsılmaz iradə və nəsillərin bir-birinə ötürdüyü arzular dayanır. Azərbaycan xalqının müasir tarixində 20 Sentyabr məhz belə günlərdəndir. 20 Sentyab
17 sentyabrMetro istifadəçilərinə ŞAD XƏBƏR - Tarix açıqlandı
"AZCON Holding" şirkətlərindən olan "Bakı Metropoliteni" QSC-nin "qırmızı xətti"nin "Həzi Aslanov" stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işlərində son mərhələ başlanıb. xəbər verir ki, yenidənqurma işləri təxminən 280 metrlik sahədə üç mərhələ üzr
17 sentyabr