İlan sancmasının əlamətləri nələrdir və belə vəziyyətdə necə davranmaq lazımdır? - AÇIQLAMA
Yay aylarında havaların istiləşməsi ilə insanların təbiətə üz tutması ilan sancması hallarının da artmasına səbəb olur.
Mütəxəssislər bildirirlər ki, ilan sancmaları bəzən yüngül keçsə də, zəhərli ilanların hücumu ciddi sağlamlıq problemlərinə, hətta ölümə səbəb ola bilər.
Bəs ilan sancmasının əlamətləri nələrdir və belə vəziyyətdə necə davranmaq lazımdır?
Mövzu ilə bağlı terapevt Ülviyyə Əliyeva Sonxeber.az -a açıqlama verib:
"İlan sancmasının ilk əlamətləri adətən sancılan nahiyədə ağrı, qızartı və şişkinlik şəklində özünü göstərir. Bununla yanaşı, insanda ürəkbulanma, qusma, başgicəllənmə, halsızlıq, tərləmə və ürəkdöyünmənin sürətlənməsi müşahidə oluna bilər. Ağır hallarda nəfəsalma çətinliyi, görmənin bulanıqlaşması, arterial təzyiqin düşməsi və huşun itməsi də baş verə bilər.
İlan sancan şəxs ilk növbədə sakitləşdirilməli və hərəkəti minimuma endirilməlidir. Çünki fiziki aktivlik zəhərin orqanizmdə daha sürətlə yayılmasına səbəb ola bilər. Sancılan ətraf hərəkətsiz saxlanmalı, zərərçəkən isə mümkün qədər tez tibbi müəssisəyə çatdırılmalıdır.
El arasında geniş yayılmış bəzi üsullar təhlükəli ola bilər. Məsələn, yaranın kəsilməsi, zəhərin sorulmağa çalışılması, turniket bağlanması və ya sancılan yerə buz qoyulması tövsiyə edilmir. Bu müdaxilələr vəziyyəti daha da ağırlaşdıra bilər.
İlan sancmalarında vaxtında tibbi yardımın göstərilməsi həyati əhəmiyyət daşıyır. Buna görə də belə hallarda özbaşına müalicə üsullarına əl atmaq əvəzinə dərhal təcili tibbi yardıma müraciət etmək lazımdır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 754 Tarix: 19 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ADMİU-dan qovulan tələbə: "Sırğa taxdığıma görə..."
Ötən gün sosial şəbəkədə açdığı canlı yayım zamanı birinci kurs tələbələrinə qarşı hədə-qorxunu əks etdirən ifadələr işlətməsinə görə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən (ADMİU) qovulan Kənan Zindadil təhsil ocağına yenidən qaytarılmasını istəyir. xəbər verir ki, bu barədə o, ö
17 sentyabrQarabağın yeni reallıqları beynəlxalq diplomatik korpusun gözü ilə
Sentyabrın 11-12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri regionda postmünaqişə reallıqlarının beynəlxalq diplomatik dairələr tərəfindən yerində müşahidə olunması baxımından diqqət çəkən hadisəyə çevrildi. İki gün davam edən səfərdə 58 ölkən
17 sentyabrŞəhid atası vəfat etdi - Foto
Vətən müharibəsi şəhidi Elnur Məmmədovun atası İsrafil Məmmədov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bir müddət əvvəl səhhətində ciddi problem yaranan şəhid atası Gəncədə həyatını itirib. Mərhum Gəncənin Köhnə Səbiskar qəbiristanlığında dəfn olunub. Qeyd edək ki, E. Məmmədov Kəlbəcər rayonunu
17 sentyabrRamiz Mehdiyevin işində onlar da dindirilib
Uzun illər Azərbaycanın siyasi hakimiyyətində mühüm postlar tutmuş Ramiz Mehdiyev gələn həftə təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılacaq. "Qafqazinfo" 88 yaşlı "Boz kardinal"ın cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid qismində dindirilmiş şəxslərdə
16 sentyabrTələbələri təhdid edən oğlan universitetdən qovuldu - Açıqlama
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) birinci kurs tələbələri ilə bağlı sosial mediada paylaşılan videoya münasibət bildirib. "Qafqazinfo"nun məlumatına görə, açıqlamada qeyd olunub ki, sosial şəbəkədə yayılan video ADMİU rəhbərliyi tərəfindən araşdırılıb. Sözügedə
16 sentyabrBalaəli Xosrov Maştağalıya butulka atıb? - Dostundan açıqlama
Meyxanaçı Balaəli ilə Xosrov Maştağalı arasında baş verdiyi iddia olunan "butulka" davasına aydınlıq gətirilib. Meyxanaçı Balaəlinin dostu Ramin Qaynarinfo-ya açıqlamasında hadisədən xəbərsiz olduğunu bildirib. "Dünənki tədbirdə mən olmamışam. Tədbir anidən təşkil olunub. Məlumatı səhə
16 sentyabrOtuz ildən Zəfərə, Zəfərdən Suverenliyə
Bəzi tarixlər var ki, onları yalnız təqvimdəki rəqəmlərlə izah etmək mümkün deyil. Belə tarixlərin arxasında illərlə davam edən mübarizə, böyük itkilər, sarsılmaz iradə və nəsillərin bir-birinə ötürdüyü arzular dayanır. Azərbaycan xalqının müasir tarixində 20 Sentyabr məhz belə günlərdəndir. 20 Sentyab
17 sentyabrMetro istifadəçilərinə ŞAD XƏBƏR - Tarix açıqlandı
"AZCON Holding" şirkətlərindən olan "Bakı Metropoliteni" QSC-nin "qırmızı xətti"nin "Həzi Aslanov" stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işlərində son mərhələ başlanıb. xəbər verir ki, yenidənqurma işləri təxminən 280 metrlik sahədə üç mərhələ üzr
17 sentyabr