Bakıda əcnəbilərdən ibarət dəstə üzvlərinə hökm oxundu

Bakıda əcnəbilərdən ibarət dəstə üzvlərinə hökm oxunduBakıda kiberdələduzluq və digər cinayətlərdə təqsirləndirilərək saxlanılan dəstə üzvləri - Sergey Sofronov, Anton Draçev, Dmitri Bezuqli, Dmitri Fedorov, Boris Timoşov, Valeri Dulov, Aleksey Vasilçenko və İlya Bezuqliyin barələrindəki cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Oxu.Az-ın məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən iclasda S.Sofronov, A.Draçev, D.Bezuqli, V.Dulov hər biri 4 il, D.Fedorov, B.Timoşov, A.Vasilçenko, İ.Bezuqlinin hər biri 3 il müddətinə azadlıqdan məhrum ediliblər.

İttihama görə, Sergey Sofronov tamah niyyəti ilə Dmitrii Bezuqli, Aleksey Vasilçenko, Valeri Dulov, Anton Draçev, Dmitri Fedorov, Boris Timaşov, İlya Bezuqli və şəxsiyyəti istintaqla araşdırılan digər şəxslərlə birgə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi, saxlanılması, daşınması və sonrakı müddətdə Bakı şəhərində qanunsuz satışının həyata keçirilməsi barədə razılıq əldə ediblər.

Belə ki, onlar həmin cinayətlərin törədilməsi üçün qabaqcadan öz aralarında vəzifə bölgüsü aparmaqla çoxsaylı şəxslərdən ibarət sabit cinayətkar qrup yaradıb mütəşəkkil dəstə halında birləşməkdə təqsirləndiriliblər.

Həmçinin, ittihama əsasən, aralarında əldə olunan ümumi razılaşmaya əsasən Sergey Sofronov digər mütəşəkkil dəstə üzvləri ilə birlikdə istintaqa məlum olmayan yerdə, vaxtda və şəraitdə naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 4.153 qram çəkidə narkotik vasitə olan heroin, 50 ədəd metadon dərman tabletləri və külli miqdarda - 36.814 qram çəkidə psixotrop maddə metamfetamin əldə ediblər, onları gələcəkdə satmaq üçün ayırıb öz aralarında bölüblər.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Daxili İşlər Nazirliyinin İrandan narkotik vasitələrin tranziti, dövriyyəsi və kiberdələduzluqla bağlı keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar. Onlar barəsində ötən il iyulun 1-də Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən və külli miqdarda törədildikdə) maddələri ilə yekun ittiham irəli sürülüb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 426   Tarix: 19 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ADMİU-dan qovulan tələbə: "Sırğa taxdığıma görə..."

Ötən gün sosial şəbəkədə açdığı canlı yayım zamanı birinci kurs tələbələrinə qarşı hədə-qorxunu əks etdirən ifadələr işlətməsinə görə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən (ADMİU) qovulan Kənan Zindadil təhsil ocağına yenidən qaytarılmasını istəyir. xəbər verir ki, bu barədə o, ö

17 sentyabr
.

Qarabağın yeni reallıqları beynəlxalq diplomatik korpusun gözü ilə

Sentyabrın 11-12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri regionda postmünaqişə reallıqlarının beynəlxalq diplomatik dairələr tərəfindən yerində müşahidə olunması baxımından diqqət çəkən hadisəyə çevrildi. İki gün davam edən səfərdə 58 ölkən

17 sentyabr
.

Diplomatik səfər niyə narahatlıq yaratdı? Qarabağ reallığının yerində görülməsinə erməni revanşist dairələrdən sərt reaksiya

Sentyabrın 11-12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri regiondakı yeni reallıqların beynəlxalq diplomatik dairələr tərəfindən yerində müşahidə edilməsi baxımından diqqətçəkən hadisələrdən biri oldu. Səfərdə 58 ölkəni və 9 beynəlxalq təşkilat

17 sentyabr
.

Şəhid atası vəfat etdi - Foto

Vətən müharibəsi şəhidi Elnur Məmmədovun atası İsrafil Məmmədov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bir müddət əvvəl səhhətində ciddi problem yaranan şəhid atası Gəncədə həyatını itirib. Mərhum Gəncənin Köhnə Səbiskar qəbiristanlığında dəfn olunub. Qeyd edək ki, E. Məmmədov Kəlbəcər rayonunu

17 sentyabr
.

Ramiz Mehdiyevin işində onlar da dindirilib

Uzun illər Azərbaycanın siyasi hakimiyyətində mühüm postlar tutmuş Ramiz Mehdiyev gələn həftə təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılacaq. "Qafqazinfo" 88 yaşlı "Boz kardinal"ın cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid qismində dindirilmiş şəxslərdə

16 sentyabr
.

Tələbələri təhdid edən oğlan universitetdən qovuldu - Açıqlama

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) birinci kurs tələbələri ilə bağlı sosial mediada paylaşılan videoya münasibət bildirib. "Qafqazinfo"nun məlumatına görə, açıqlamada qeyd olunub ki, sosial şəbəkədə yayılan video ADMİU rəhbərliyi tərəfindən araşdırılıb. Sözügedə

16 sentyabr
.

Balaəli Xosrov Maştağalıya butulka atıb? - Dostundan açıqlama

Meyxanaçı Balaəli ilə Xosrov Maştağalı arasında baş verdiyi iddia olunan "butulka" davasına aydınlıq gətirilib. Meyxanaçı Balaəlinin dostu Ramin Qaynarinfo-ya açıqlamasında hadisədən xəbərsiz olduğunu bildirib. "Dünənki tədbirdə mən olmamışam. Tədbir anidən təşkil olunub. Məlumatı səhə

16 sentyabr
.

Otuz ildən Zəfərə, Zəfərdən Suverenliyə

Bəzi tarixlər var ki, onları yalnız təqvimdəki rəqəmlərlə izah etmək mümkün deyil. Belə tarixlərin arxasında illərlə davam edən mübarizə, böyük itkilər, sarsılmaz iradə və nəsillərin bir-birinə ötürdüyü arzular dayanır. Azərbaycan xalqının müasir tarixində 20 Sentyabr məhz belə günlərdəndir. 20 Sentyab

17 sentyabr
.

Metro istifadəçilərinə ŞAD XƏBƏR - Tarix açıqlandı

"AZCON Holding" şirkətlərindən olan "Bakı Metropoliteni" QSC-nin "qırmızı xətti"nin "Həzi Aslanov" stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işlərində son mərhələ başlanıb. xəbər verir ki, yenidənqurma işləri təxminən 280 metrlik sahədə üç mərhələ üzr

17 sentyabr