Sənədsiz evlər problemi: Dövlət büdcəsi milyonlarla gəlirdən məhrum olur
"Vətəndaşın güvəndiyi əsas ünvan dövlətdir. Sənədsiz evlərlə bağlı xüsusi qərar və ya fərman verilərsə, amnistiyaya düşən əmlakların böyük hissəsini çıxarışla təmin etmək mümkündür".
Bunu Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev deyib.
O bildirib ki, uzun illərdir sənədsiz əmlaklarla bağlı müzakirələr aparılsa da, problemin həlli istiqamətində ciddi addımlar atılmayıb. Ekspertin sözlərinə görə, bu vəziyyətdən zərər çəkən təkcə vətəndaşlar deyil, dövlət də itkilərlə üzləşir:
"Ölkə üzrə yüz minlərlə, hətta bir milyona yaxın çıxarışsız əmlakın olduğu bildirilir. Bu əmlaklar torpaq və əmlak vergisinə cəlb olunmur, nəticədə dövlət büdcəsi potensial gəlirlərdən məhrum qalır. Eyni zamanda, çıxarış olmadığı üçün həmin evlərin sığortalanması da mümkün olmur. Son illərdə baş verən təbii fəlakətlər zamanı bu problem özünü daha qabarıq göstərdi".
Elnur Fərzəliyev qeyd edib ki, daşınmaz əmlak bazarında qiymətlərin davamlı artdığı bir dövrdə ən əlçatan mənzillər məhz çıxarışsız fərdi yaşayış evləridir:
"Əgər bu evlər çıxarışla təmin olunsa, onlar ipoteka predmetinə çevrilə bilər. Bu isə xüsusilə aztəminatlı ailələrin mənzil əldə etmək imkanlarını genişləndirər. Çıxarışın verdiyi üstünlüklər çoxdur. Bununla belə, mühafizə zolaqlarında və qanunvericiliyin qadağan etdiyi ərazilərdə inşa edilmiş tikililər istisna təşkil edir. Digər əmlakların böyük hissəsinin sənədləşdirilməsi mümkündür".
Ekspert bildirib ki, "sənədsiz evlər" adlandırılan tikililərin əksəriyyəti vaxtilə müxtəlif dövlət qurumlarının qərar və sərəncamları əsasında ayrılmış torpaq sahələrində inşa edilib:
"Bir zamanlar icra hakimiyyətləri, bələdiyyələr, kolxoz və sovxoz idarələri, bağlar təsərrüfatları və digər qurumlar tərəfindən vətəndaşlara torpaq sahələri ayrılıb. İnsanlar da dövlət qurumlarının təqdim etdiyi sənədlərə əsaslanaraq həmin torpaqlarda ev tikiblər. Bu gün isə həmin əmlakların bir hissəsi müxtəlif səbəblərlə qanunsuz hesab olunur. Halbuki burada vətəndaşın hər hansı təqsiri yoxdur".
Onun fikrincə, dövlət qurumlarından birinin vaxtilə verdiyi qərarın sonradan başqa bir dövlət qurumu tərəfindən tanınmaması ciddi hüquqi suallar yaradır:
"Burada söhbət zəbt edilmiş torpaqlardan getmir. Çıxarışsız evlərin böyük hissəsinin əlində müxtəlif dövlət qurumları tərəfindən verilmiş sənədlər, möhürlər və qərarlar var. Bu əmlakların rəsmiləşdirilməsi həm vətəndaşların problemlərini həll edər, həm də dövlət büdcəsinə əlavə gəlirlər qazandırar".
Elnur Fərzəliyev vurğulayıb ki, daşınmaz əmlak sektoru qeyri-neft iqtisadiyyatının mühüm hissəsidir:
"Azərbaycanda insanlar tarixən torpağa və əmlaka bağlı olublar. Bir çox ailələr son vəsaitlərini belə mənzil almağa sərf edir. Bu potensialdan düzgün istifadə olunarsa, həm vətəndaşlar, həm də dövlət qazanar".
Ekspert xatırladıb ki, sənədsiz evlərlə bağlı müxtəlif illərdə çoxsaylı təkliflər səsləndirilsə də, real nəticələr əldə olunmayıb:
"Problemin həlli üçün ilk növbədə konkret mexanizm hazırlanmalı və prosesə start verilməlidir. Addımlar atılmadıqca, eyni müzakirələrin təkrarlanması problemin həllinə xidmət etməyəcək".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"
"Leobank" kütləvi şikayət atəşinə tutuldu
Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama
Prezident açılışdan sonra sükan arxasına keçdi - Video
Müğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı
Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər
Badamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
Mənzurə Musayevanın işdən çıxarılan qardaşına yeni vəzifə verildi
"Bank of Baku"dan ŞİKAYƏT VAR
ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır
Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - FOTO